çərşənbə axşamı günü, 11 mart 2025
     

İrəvandan Bakıya şübhəli zənglər - itkin Həsən Cəfərovun anası dəhşətli həyat hekayəsi danışır...

Image

Xanım Cəfərova: "Günlərin birində İrəvandan bizə zəng gəldi, zəng edən adam dedi ki, oğlun Həsən mənim əlimdədir"

Yollarınmı bağlıdır? 

Balam, sinəm dağlıdır.

Hər gün yola baxıram

Yollar qəm soraqlıdır...

Nə danışır, nə dinir

Ayrılıq məni yenir.

Bircə gəl, sənə qurban 

Qayıt ananı dindir. 

Xanım ananın oğlu Həsən 1993-cü il iyul ayının 3-də müharibəyə gedib, həmin ayın 28-də isə onun itkin düşdüyü barədə xəbər gəlib. Həmin gündən də ananın ağrılı, intizarlı günləri başlayır, hər dəqiqəsi, hər günü ağlamaqla, balasını soraqlamaqla keçir. Söhbət Birinci Qarabağ müharibəsində itkin düşən, hələ də barəsində heç bir məlumat olmayan Cəfərov Həsən Nurəddin oğlundan gedir. Həsən Cəfərov Tərtər rayonunun Marquşevan, Levinar kəndləri, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib, Tərtər rayonu  ərazisində itkin düşüb.  

Mədəniyyət Nazirliyi  Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidmətinin əsir və itkin düşmüş, girov götürülümüş vətəndaşlarıa əlaqədar Dövlət Komitəsi ilə birlikdə dörd cilddən ibarət xüsusi buraxlış ərsəyə gətirib. Azərbaycan və ingilis dillərində olan nəşrdə əsir və itkin düşmüş, götürülmüş vətəndaşlarımız barədə məlumat öz əksini tapıb. Burada Cəfərov Həsən Nurəddin oğlu barədə də məlumat var. 

Sözügedən nəşrin IV cildində onun barəsində yazılır: "Cəfərov Həsən Nurəddin oğlu 20 aprel 1975-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuşdu. Hərbi xidmətə qəədr Gəncə şəhərində yaşamışdır. Gəncə ŞHK tərəfindən hərbi xidmətə çağrılmışdı. Hərbiçi Cəfərov Həsən Nurəddin oğlu Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda Ermənistan Silahlı Qüvvələri və onların dəstəklədiyi separatçı hərbi birləşmələrə qarşı həyata keçirilən döyüş əməliyyatları zamanı 3 iyul 1993-cü ildə Tərtər rayonu ərazisində itkin düşmüşdür. 

Dövlət Komissiyasının apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cəfərov Həsən Nurəddin oğlu3 iyul 1993-cü il tarixində Tərtər rayonun Göyarx kəndi ərazisində erməni silahlı birləşmələrinə qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı nəməlum şəraitdə itkin düşmüşdür. Cəfərov Həsən Nurəddin oğlunun sonrakı taleyi barədə məlumat yoxdur". 

Birinci Qarabağ müharibəsində itkin düşən Həsən Cəfərovun anası Cəfərova Xanım Məmməd qızı ilə Respublika Xatirə Kitabı Redaksiyasında görüşüb müsahibə götürdük. "Oğlum 1993-cü il iyulun 3-də müharibəyə gedib, ayın 28-də isə itkin xəbəri gəlib. Aradan bir aymı, iki aymı keçdi, günlərin birində İrəvandan bizə zəng gəldi, zəng edən adam dedi ki, mən İrəvanda Çörək zavodunun direktoruyam, adım Mobil müəllimdir. Onun söhbətindən məlum oldu ki, qardaşı və qardaşı oğlu müharibədə biz tərəfə əsir düşüb,   Qobustanda saxlanılır. O deyəndə ki, oğlun Həsən əsir düşüb, mənim əlimdədir, sözün düzü, məni dəhşət götürdü ki, necə ola bilər mənim oğlum ermənilərə əsir düşər? Dedi oğlun bizim əlimizdədir, mən İrəvanda Çörək zavodunun direktoruyam, özüm də Gəncədə olmuşam, orda yaşamışam. O zaman Gəncəyə "Kirovabad" deyirdilər. Həmin adam "qardaşımı demirəm, əgər qardaşımın oğlunu alıb mənə versəniz mən sizin oğlunuz Həsəni Gürcüstan vasitəsilə evinizə göndərəcəyəm. Bax, oğlunuz mənim yanımdadır" - dedi. Anası ölmüş balam səsini çıxardı, (ağlayır) dedi ki, qara qız, mən buradayam, bunlar nə desə siz onu edin. Oğlum məni ləqəbimlə "qara qız" deyə çağırırdı. Mən də inanmadım, dedim ki, bəlkə aldadırlar. Həmin kişi dedi ki, inanmırsan, amma istəyirsən sizin bütün ailə üzvlərinin adını bir-bir deyim. Dedi Cəfərova İntizar, Cəfərova Gülnarə, Cəfərova Fəridə, Cəfərova Xəyalə qızlarındır, Cəfərov Vüsal oğlundur, yoldaşının adı Nurəddindir, öz adın da Xanımdır, amma ləqəbin qara qızdı. Dedim bəli. Dedi istəyirsən oğlunun nişanlısının adını da deyim, adı Səidədir. Gördüm ki, bu artıq hamısını dəqiq deyir. "Siz mənim qardaşım oğlunu Qobustan həbsxanasından çıxartdırıb mənə verin, mən də sizin oğlunuzu gətirim Gürcüstana gəlin götürün. Amma mənim qardaşım oğlunun başına bir iş gəlsə siz də oğlunuzdan əlinizi üzün, bir daha onun üzünü görə bilməzsiniz" - dedi o adam. İrəvandan gələn zəngin üstündən bir həftə keçər-keçməz, biz Bakıya Murtuz Ələsgərovun yanına gəldik, o, anamla əmi qızı, əmioğludur. Murtuz müəllimin yanına getdik əhvalatı danışdıq ki, hal-qəziyyə belədir, kömək edin. Qobustanda yatan erməni əsir də deyəsən öz general əmisi ilə Salatın Əsgərovanı "Villis" maşınında öldürmüşdü. Bu dəqiqdirmi deyə bilmirəm, eşitdiyimi deyirəm. Murtuz müəllim dedi ki, o əsirlər dövlət əlindədir, biz heç cür onları verə bilmərik, bu işə qarışa bilmərik, bu işə Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi kimi dövlət qurumları qarışa bilər. Dedi ki, mən o əsiri alıb gətirib sizə verə bilmərəm, əsir əsirdir. Biz əlacsız Bakıdan Gəncəyə qayıtdıq. Bir gün gecə saat 1-2 olardı, İrəvandan bizə zəng gəldi ki, siz əsiri alıb bizə vermədiniz, Qızıl Xaç Cəmiyyəti bizim oğlanın meyitini gətirdi, qardaşım oğlunun meyiti gəldiyi üçün siz daha Həsəndən əlinizi üzün. Həmin adam dedi ki, qardaşımın oğlu öləndən sonra mən sizin oğlunuzu sağ qoymaram, o necə öldüsə elə də Həsən ölməlidi. Nə qədər ağladım, yalvardım. Dedi ki, yox. O gün bu gün düz 1993-cü ilin oktyabr ayından sonra Həsəndən bir xəbər ala bilmədik. Zəng də kəsildi, əlaqə də".

Ana deyir ki, 1993-cü ilin oktyabrından sonra Həsəndən bir soraq ala bilməyiblər, amma oğullarını arayıb-axtarmaqdan da əl çəkməyiblər. "Bu zəng kəsiləndən sonra vaxtaşırı Qızıl Xaç Cəmiyyətinə Elnur müəllimin yanına gəlirdim. Sonuncu dəfə üç-dörd ay bundan əvvəl getdim ki, Elnur müəllim, sənə qurban, istəyirsən ölüsü, istəyirsən dirisi, istəyirsən sümüyü, nə olsa verin. Neçə il necə dözmüşəmsə yenə də dözərəm, amma övladımın nəşini verin. İndi də Milli Məclisə gedirik. Bəzi vəzifəlilər bizim sözlərimizi eşitmək istəmirlər. Təəssüf ki, müəyyən hallarda vəzifəli şəxslər Birinci Qarabağ müharibəsi şəhidləri ilə İkinci Qarabağ müharibəsi şəhidləri arasında fərq qoyurlar, ayrıseçkilik edirlər. Əlimizdə bir sənədimiz yoxdur ki, övladımın şəhid olduğunu sübut edək. Oğlum, qızım bir yana gedib deyəndə ki, şəhid qardaşıyam, yaxud şəhid bacısıyam, onlara "sənəd göstərin sizə inanım" deyirlər. Çünki hələ oğlum Həsənə  şəhidlik statusu verilməyib. Övladlarımıza şəhidlik statusu verilmədiyi üçün Milli Məclisə gedib-gəlirik ki, bizə sənəd versinlər. Bir mənəm. Mən də ölsəm bu işlə kim maraqlanacaq? Altı uşaq anasıyam, böyüyüm Həsən idi. 1975-ci ildə doğulub Həsən. Mən onun şəhid olduğunu da, sağ olduğunu da bilmirəm. Amma hiss edirəm ki, Həsən sağdır və hər gün yolunu gözləyirəm, birdən qəfil gələcəyinə inanıram.  Bilirsiz sağ olduğuna niyə inanıram? Biz hər həftə Gürcüstana gedirdik, yoldaşım nə qazanırdısa hamısını Həsəndən soraq almaq yolunda xərcləyirdik. 

Düzdür, mən özüm də Gəncədən Ali Sovetin deputatı, Gəncə üzrə Qadınlar Şurasının sədri olmuşam. Mən heç vaxt evə rüşvət gətirməmişəm. Ulu öndərimiz mənə həmişə deyirdi ki, çoxuşaqlı ana olmağına çox sevinirəm, gənc anasan, heç vaxt rüşvətlə, qohumbazlıqla işin olmasın, heç vaxt ətrafına qohum yığma, rüşvətin axırı türmədir və sair. Həmişə sessiyalara gedirdim Bakıya. 1993-cü ildə oğlumun itkin xəbəri çıxanda hər şeyi təhvil verdim, istəmədim. Anası ölmüş Azərbaycan çempionu idi, həm cüdo, həm qaydasız döyüşlə, həm kinqboks, həm karate ilə məşğul olurdu. İnamazdım ki, mənim oğlum əsir düşə bilər. Həsən Gəncədə "stroybat"da xidmət edirdi, öz şəhərimizdə əsgərlik çəkirdi, müharibəyə ordan apardılar. 1975-ci il aprelin 20-də doğulmuşdu, elə 1993-cü ilin aprelin 20-də də əsgərliyə getdi. Nişanlı idi. Nişanlısı sonradan ailə qurdu və oğluna Həsənin adını verdi. Anayam, gedib dedim ki, Səidə olmaz, adını qoymağını istəmirəm...

Deyirlər ki, şəhid yaxşıdır, çünki məzarının yerini bilib gedib üstündə ağlayırsan. Amma itki ağırdır, çox ağırdır. Hər dəqiqə gözüm yoldadır (ağlayır). Həsənə görə evimizi də satdıq ki, bəlkə Gürcüstan vasitəsilə meyitini alaq. Bir xəbər öyrənmək üçün Gürcüstana, Sadaxlıya gedirdik, pullar tökürdük ki, bəlkə Həsəndən bir soraq ala bildik. Ermənilər Gürcüstanda bizdən 15 min rus rublu istədilər ki, pulu verin, oğlunuzu tapıb gətirək. Gedənə pul verirdik ki, bəlkə oğlumuzdan bir xəbər gətirələr.

İndi fikirləşirəm ki, bəlkə yaşayır, sağdır, qayıdıb gələcək, bəlkə nəşi gələcək, bilmirəm. 65 yaşındayam, az yaşım yoxdur (ağlayır). Qırmızı Xaça gedirəm deyirəm ki, "Elnur müəllim, hər xəbərə hazıram, heç olmasa oğlunun meyiti tapılıb de". Meyitinin gəlməsinə də razılaym, təki bir soraq ala bilim. Amma daha çox sağ olduğuna inanıram. Çünki mənə demişdilər ki, yaşlıları öldürürlər, amma cavan, güclü əsir əsgərləri saxlayıb həyətlərində işlədirlər. Ona görə  hələ də Həsənin sağ olduğuna gümanım var. 50 yaşı olacaq balamın. Mən onun yaşını keçirmirəm, qızlar keçirir. O gedəndən ən sevdiyi yeməkləri bişirmirəm. Aşı və qayğanağı çox sevirdi. Mən hələ o yeməkləri qazana salmamışam. Ona görə də çox istəyirəm ki, oğlumdan bir xəbər biləm (ağlayır). Bəlkə də evləndiriblər, uşağı var atıb gələ bilmir, üzə çıxmır. Balam nə ölü, nə diri kitabında çıxmır. Qırmızı Xaçda deyirlər ki, əsirlikdən geri qayıdanları danışdırırıq, kimi görmüsünüz? Amma Həsəni gördüm deyən olmur. O adam Həsəni evində işlədirdi. Bəlkə öldürüb, bəlkə də ailə qurdurub. Bilmirəm, hər şey sirrdir, müəmmadır".

Xanım Cəfərova bildirdi ki, 31 ildir oğlunun yolunu gözləyir. Ana istəyir ki, heç olmasa oğluna şəhidlik statusu verilsin və bəlkə bu ona bir az təsəlli oldu. İnanırıq ki, Xanım Cəfərova və oğlu, qardaşı, yaxını itkin düşənlərin səsinə əlaqədar qurumlar cavab verəcək və itkinlərimizə şəhidlik statusu verəcəklər...

İradə SARIYEVA




VİDEO

Trampın 44 günlük müharibəsinin nəticələri... - VİDEO

Azərbaycanda siyasi partiyalar niyə bu günə qaldı... - VİDEO

Baydenlərin dağıtdığı BMT-yə son zərbə vurulur... - VİDEO

İcbari Tibbi Sığortanın rayonlarda icarə müqavilələri ilə bağlı “söz-söhbət” yaranıb...

Vardanyanın Bakı məhkəməsindən ailəsinə göndərdiyi səs erməni təbliğatını ifşa etdi...

ABŞ, Azərbaycan və İsrail arasında üçtərəfli strateji saziş - inanılmaz şeylər olur...

SON XƏBƏRLƏR

11.03.2025 / 09:05
“Mançester Yunayted” yeni stadion tikdirir

11.03.2025 / 09:00
“Qardaş İlham Əliyevlə Ermənistanla sülh danışıqları məsələsini müzakirə etdik" - Ərdoğan

11.03.2025 / 08:41
Güləş millimizdən böyük qələbə - 4-cü dəfə Avropa çempionu olduq!

11.03.2025 / 08:40
“Azərsu”yun əhaliyə verdiyi su bu gündədir - sosial şəbəkə fəalları görüntülər paylaşdı...

10.03.2025 / 23:37
Azərbaycan keçmiş hakim Xaxalevanın Rusiyaya ekstradisiyasından imtina etdi

10.03.2025 / 23:20
“ABŞ artıq Zəngəzur dəhlizində maraqlı deyil”

10.03.2025 / 23:16
Şaraa ələvilərin öldürülməsinə görə Mahir Əsədə yaxın qüvvələri günahlandırdı

10.03.2025 / 22:39
Tramp Ukraynanı yenidən silahlandırmağa hazırdır

10.03.2025 / 22:36
“Türkiyə Suriyanın bölünməsinə icazə verməyəcək”

10.03.2025 / 21:57
Ərdoğan Suriyada quldurlar tərəfindən dinc əhalinin qətliamını şərh edib

10.03.2025 / 21:53
“Əlləri günahsızların qanına bulaşmış insanlara aman verməyəcəyik” – Suriya rəsmisi

10.03.2025 / 21:26
Tramp Xamneyi ilə müharibəyə heç vaxt bu qədər yaxın olmadı...

10.03.2025 / 21:23
Şimali Makedoniya Prezidenti Bakıya gəldi - FOTO

10.03.2025 / 21:16
Suriya lideri söz verdi - qətliamlara görə məsuliyyət daşıyanlar cəzalandırılacaq

10.03.2025 / 21:12
İcbari Tibbi Sığortanın rayonlarda icarə müqavilələri ilə bağlı “söz-söhbət” yaranıb...

10.03.2025 / 21:10
Kiyev Kurskda Ukrayna qoşunları üçün mühasirə təhlükəsinin olmadığını deyir - "ruslar itki verir"

10.03.2025 / 21:07
Qukasyandan etiraf - "Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb"

10.03.2025 / 20:59
Rusiya XİN KTMT məsələsində Ermənistanla “modal əməkdaşlığa” hazırlaşır...

10.03.2025 / 20:50
Bako Sahakyan: "Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub" - MƏHKƏMƏ + FOTO

10.03.2025 / 20:44
İran "Rusiya Talış Diasporunun" sədri İsmayıl Şabanova xüsusi diqqət yetirir...

10.03.2025 / 20:30
Çirkli erməni pullarına baş əymiş pakistanlı müsəlman vəkil Vardanyanın müdafiəsinə qalxıb...

10.03.2025 / 20:15
Paşinyan Köçəryanı və Sarkisyanı Bakıya təslim edəcək... Ermənistan qaynayır...

10.03.2025 / 20:01
Tramp eyni vaxtda Rusiya və İranla yaxınlaşmaq istəyir - risq, ya şans...

10.03.2025 / 19:47
Konstitusiya dəyişikliyi Paşinyana 3 hədəf verəcək - sülh, diaspor və kilsə...

10.03.2025 / 19:33
Fransanın yanlış anti-Azərbaycan siyasəti İsrailə də problemlər yaradır...

10.03.2025 / 19:21
Milli Aviasiya Akademiyasında “Boeing 777” tam uçuş simulyatoru quraşdırıldı - FOTO

10.03.2025 / 19:20
İstanbul Aydın Universitetinin müəllimi Ramazan Kürdoğlundan absurd iddia - eradan əvvəl erməni krallığı var idi?..

10.03.2025 / 19:06
Zəkəriyyə Əylislinin erməniləşdirilmiş gündəliyi...

10.03.2025 / 18:54
Vardanyanın Bakı məhkəməsindən ailəsinə göndərdiyi səs erməni təbliğatını ifşa etdi...

10.03.2025 / 18:51
Aİ Dəməşq hökumətini Brüsselə dəvət etdi

10.03.2025 / 18:35
Əhalinin 80 faizi bölgələrdə yaşayır, iş yerlərinin isə 80 faizdən çoxu Bakıda açılır... Təzad…

10.03.2025 / 18:21
ABŞ, Azərbaycan və İsrail arasında üçtərəfli strateji saziş - inanılmaz şeylər olur...

10.03.2025 / 18:14
XİN-dən Fransanın "müstəmləkə nazirinə" cavab - həmin xalqlar arasında dayaqlarını itirməsi ilə barışa bilmirlər

10.03.2025 / 18:07
Əsədin qiyamı, ya İŞİD-in xristianlardan və ələvilərdən qisası? - Rus-erməni baxışı...

10.03.2025 / 17:56
"Silahlar Ermənistandan gəlirdi" - Bako Sahakyandan etiraf...

10.03.2025 / 17:52
Ermənilər PKK-çı Kobanini qəhramanlaşdırdı

10.03.2025 / 17:52
Buraxılış imtahanları bu il də narazılıq yaratdı - sərbəst suallar...

10.03.2025 / 17:45
DTX rəisi İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

10.03.2025 / 17:42
Afrikanın resursları uğrunda Çin və ABŞ arasında ticarət müharibəsi qızışır...

10.03.2025 / 17:39
Azərbaycanın səfiri Trampa qarşı bu hərəkəti etsə...

10.03.2025 / 17:33
BMT İsraili Qəzza əhalisini kollektiv cəzalandırmaqda ittiham etdi

10.03.2025 / 17:29
"İtkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi prosesinə mina təhdidi ciddi şəkildə maneçilik törədir" - Ceyhun Bayramov

10.03.2025 / 17:25
Trampın Putinlə yaxınlaşmasına İran-Rusiya-Çin hərbi təlimləri ilə cavab verildi...

10.03.2025 / 17:15
İqtisadi Şuranın növbəti iclası keçirildi - qərarlar qəbul olundu, tapşırıqlar verildi

10.03.2025 / 17:12
Qərbi Azərbaycana qayıdış ictimai və dövlət mənafeləri müstəvisində...

10.03.2025 / 17:06
“...Müharibə onun hərbidən ayrılmasına imkan vermədi”

10.03.2025 / 16:55
Əmisi oğlu Bəşər Əsədi yıxıb sürüdü - ölkəni yox etdin, parçaladın, xalqı ac qoydun, bəs deyilmi?

10.03.2025 / 16:46
Budapeştdə Azərbaycanla Avropanı birləşdirən “yaşıl enerji” dəhlizi ilə bağlı mühüm sənəd imzalandı

10.03.2025 / 16:30
Xaçmazda avtomobillərə və evlərə qənim kəsilən oğur dəstəsi ifşa edildi

10.03.2025 / 16:16
Nazir Vilayət Eyvazov Şimali makedoniyalı həmkarını qəbul etdi - FOTO

10.03.2025 / 16:00
İsveç-Ermənistan dostluq qrupu müharibə caniləri ilə bağlı faktları həyasızcasına təhrif etdi, Milli Məclisdən də tutarlı cavab aldı...

10.03.2025 / 15:48
Qukasyan: "1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı"

10.03.2025 / 15:42
Trampın kursu Çinlə Rusiyanı bir-birinə daha da yaxınlaşdırır - iki ölkə kütləvi vizasız gediş-gəlişə başlayır...

10.03.2025 / 15:27
Fransa qoşunları Seneqaldan çıxarılır...

10.03.2025 / 15:10
Sumqayıtda narkotiklərə görə iki nəfər saxlandı

10.03.2025 / 14:54
ABŞ USAID proqramlarının 80 faizini bağladı...

10.03.2025 / 14:44
Əsəd qüvvələrinin Suriyadakı addımları erməniləri də fəallaşdırıb

10.03.2025 / 14:42
Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir

10.03.2025 / 14:41
Bakıda quldurluq və oğurluqda şübhəli bilinən şəxslər saxlandı

10.03.2025 / 14:40
Trampın Ukraynayla bağlı qərarları Respublikaçılar arasında da fikir ayrılığı yaradıb

10.03.2025 / 14:27
"Robert Köçəryan “Krunq” təşkilatının üzvü idi" - Qukasyan

10.03.2025 / 14:11
"Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik" - Əhliman Əmiraslanov

10.03.2025 / 13:55
Arkadi Qukasyan: “Böyük Ermənistan” ideyası nağıldır

10.03.2025 / 13:38
Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciətlər sadələşdirildi

10.03.2025 / 13:38
Azərbaycan və Ermənistan arasında itkinlər üçün Müstəqil DNT Müqayisə Mexanizminin Yaradılması təklif edilir

10.03.2025 / 13:36
“Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları” dəyişdi

10.03.2025 / 13:35
Prezident Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavəni təsdiqlədi

10.03.2025 / 13:28
Ermənistan 5 aydır, Xankəndidə ölmüş erməniəsilli qadının meyitini təhvil almır

10.03.2025 / 13:26
Turizm Agentliyinin istintaqa cəlb olunmuş əməkdaşlarından birinin kimliyi məlum oldu

10.03.2025 / 13:07
Украина может превратиться в могилу империй - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.03.2025 / 13:05
ABŞ-ın vitse-prezidenti barədə ŞOK XƏBƏR - əmisioğlu Ukraynada Putinə qarşı vuruşub!

10.03.2025 / 12:04
Dərdin içindən doğulan könül çırpıntıları

10.03.2025 / 12:00
Tramp ümid edir ki, ABŞ tariflərlə “yenidən zənginləşəcək”

10.03.2025 / 11:47
“İtkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimi keçirildi

10.03.2025 / 11:34
Ursula fon der Leyen AB-nin müdafiəni öz üzərinə götürdüyünü bəyan edib

10.03.2025 / 11:20
44 günlük müharibədən sonra 384 nəfər minaların qurbanı olub - ŞOK FAKT!

10.03.2025 / 11:12
"Biz hədə-qorxu ilə danışıqlar aparmayacağıq" - İran XİN rəhbərindən paylaşım

10.03.2025 / 11:06
Ermənistan kütləvi məzar yerləri barədə məlumat verməkdən niyə boyun qaçırır?

10.03.2025 / 11:01
Putin Avropa üçün hazırladığı “sürpriz” planı işə salır...

10.03.2025 / 10:32
"Biz heç vaxt ABŞ-ın bir hissəsi olmayacayıq" - Kanadanın yeni lideri Ağ Evi məyus etdi

10.03.2025 / 10:18
Tramp “nala-mıxa vurur” – Ukraynayla kəşfiyyat məlumatlarını bölüşdüyünü iddia edir

Qərbi Azərbaycana qayıdış ictimai və dövlət mənafeləri müstəvisində...

XƏBƏR ARXİVİ