Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....
Son beş ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib. Bu barədə Sputnik Ermənistan-a Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Belə ki, 2024-cü il dekabrın 11-də İrəvandan Bakıya beynəlxalq şirkətin sifarişi ilə çarter reysinin həyata keçirildiyi məlum olub. Departamentdən yazılı sorğuya cavab olaraq, bu uçuşun ilk olmadığını izah ediblər. Eyni zamanda, İrəvan-Bakı-İrəvan marşrutu üzrə avialaynerlər iki trayektoriya üzrə uçur.
“Son beş il ərzində, 2020-ci ildən başlayaraq beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün İrəvandan Bakıya və geriyə 66 dövlət reysi yerinə yetirilib”, - deyə Nazirlikdən bildirilib.
Mətləb