Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …
Azərbaycan Mətbuat Şurası "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailə üzvlərinə başsağlığı verir, yaralılara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayır. Bu barədə Mətbuat Şurasının açıqlamasında bildirilir.
Şura həmçinin media orqanlarını, cəmiyyətə informasiya verilməsinə məsul ayrı-ayrı fiziki şəxsləri Azərbaycan Hava Yollarının Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı informasiya bölüşərkən, həssas davranmağa, yalnız rəsmi mənbələrdən əldə edilmiş məlumatları yaymağa çağırır. Mətbuat Şurası hesab edir ki, başqa mənbələrin bilgiləri həmin bilgilər yalnız rəsmi qaydada təsdiqləndikdən sonra açıqlanmalı, baş vermiş hadisə dezinformasiyalara və jurnalistika prinsiplərinə zidd digər hallara əsas yaratmamalıdır.
NAMİQ