"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri
Bu gün "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi sarsıdıb və dərindən kədərləndirib.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "X" sosial media hesabında qeyd edib.
"Sağ qalanların sağalması üçün dua edirik. İsrail xalqı adından yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk. İsrail səfirliyi müvafiq orqanlarla əlaqə saxlayır və biz lazım olan hər cür yardımı göstərməyə hazırıq. Həlak olanların ruhu şad olsun", - deyə o bildirib.
ZÜMRÜD