"COP29 əla təşkil olunub" - Zaxarova
Moskva BMT-nin COP29 iqlim konfransının Bakıda əla təşkil olunduğunu qeyd edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiyanın tədbirdə geniş surətdə təmsil olunması bir daha təsdiqləyir ki, Moskva iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin ardıcıl tərəfdarıdır.
M.Zaxarova Rusiyanın Baş naziri Mixail Mişustinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan tərəfindən “ənənəvi səmimi, qonaqpərvər” qəbulunu vurğulayıb.
“Əminik ki, bu tədbirin Azərbaycanda keçirilməsi, xüsusən də belə nəticələr, uğurlar və nümayiş etdirilən yüksək səviyyə Bakının dünya miqyasında nüfuzunu daha da artıracaq. Biz Azərbaycan və bütün maraqlı dövlətlərlə iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığı artırmaqda davam etmək niyyətindəyik”, - deyə diplomat sözlərini yekunlaşdırıb.
ZÜMRÜD