KÖHNƏ VERSİYA            

Ağdam ‒ “Qafqazın Xirosiması”ndan Qafqazın “Sülh şəhəri”nə

Image

Bu gün, noyabrın 20-də Ağdam şəhərinin erməni işğalından azad edilməsinin dörd ili tamam olur. Bu tarixi hadisəni əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri, o cümlədən 20 noyabr ‒ Ağdam Şəhəri Günü təsis edilib.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. 

Rayon erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra 846,8 kv. km-lik ərazi, o cümlədən bir şəhər və 80 kənd, 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü tamamilə yerlə-yeksan olundu. Rayonun işğal olunmuş ərazisində bütün tikililər ‒ Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri, mövcud infrastruktur darmadağın edilməklə heç bir əsər-əlamət qalmadı. Əbəs yerə Ağdamı “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırmırdılar.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı şanlı Zəfərə gedən yolda Ağdam rayonu hərbi-siyasi taktika, döyüş manevri baxımından mühüm əhəmiyyət kəsb edib. Təsadüfi deyildi ki, düşmən Ağdamı bütünlüklə minalamaqla ən möhkəm istehkamlar burada qurmuş, qoşunlarının əsas hissəsini bu istiqamətdə cəmləşdirmişdi.

Şuşa Zəfərindən sonra kapitulyasiya aktını imzalayan Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Birgə Bəyanata əsasən, Ağdamdan çıxmağa məcbur oldu. Azərbaycan Silahlı Qüvvələri şəhid vermədən, qan tökülmədən Ali Baş Komandanın möhtəşəm strateji planına əsasən Ağdam rayonunun ərazilərinə daxil oldu, BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi kağız üzərində qalan 853 saylı qətnaməsini icra etdi. 

İlk dəfə, 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə gələrək, Azərbaycan bayrağını ucaldaraq növbəti dəfə xalqımıza qələbə və qürur hissini bəxş etdi. Dövlət başçısının Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilib, Silahlı Qüvvələrimzin 5790 hərbi qulluqçusu həmin medalla təltif olunub.

Vaxtilə Qarabağ iqtisadi rayonu ilə yanaşı, Azərbaycanın sənaye-aqrar mərkəzlərindən biri olan, sosial-iqtisadi aktivliyi ilə seçilən Ağdam şəhərinin resursları və iqtisadi sərvətləri də tamamilə dağıdılıb. 

44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi Ağdamda da fasiləsiz quruculuq-bərpa işlərinə başlanılıb, Böyük Qayıdış proqramının icrası uğurla davam edir.

Son 4 il ərzində Prezident İlham Əliyev dəfələrlə Ağdam rayonunda olub, Muğam Mərkəzinin, Xıdırlı, Kəngərli, Baş Qərvənd, Sarıcalı, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı, Eyvazxanbəyli kəndlərinin, digər yaşayış məhəllələrinin, Ağdam şəhər inzibati binasının, Bərdə-Ağdam dəmir yolu xəttinin, Mərkəzi Xəstəxananın və digər obyekt və infrasrtrukturların təməllərini qoyub. Xurşudbanu Natəvanının abidəsinin, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam Cümə məscidinin “Aghdam City Hotel”-in və digər mühüm obyektlərin açılışlarını edib.

Yeri gəlmişkən, 2022-ci il oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramın iştirakı ilə ilk Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi də təsadüfi deyildi. Bu, beynəlxalq ictimaiyyətin diqqətini həm erməni vandalizminin vurduğu böyükhəcmli dağıntılara yönəltmək, həm də Azərbaycanın öz iqtisadi qüdrəti ilə Ağdamın əvvəlkindən də yaraşıqlı, zövqlü, müasir şəhərsalma üslubuna uyğun qurulmasını nümayiş etdirmək məqsədi daşıyırdı.  

Ağdam müasir şəhərsalma mədəniyyətinin ən son yenilikləri və milli arxitektura üslubu əsasında, eyni zamanda, iqtisadi planlaşdırma baxımından sənayeləşmənin yeni ünvanlarından biri kimi qurulmaqdadır. Rayonun ölkə iqtisadiyyatına inteqrasiyanın təməlləri qoyulub və ölkəmizin sənaye quruculuğuna transformasiya başlayıb. 

Rezident sayına və sənaye cəlbediciliyinə görə, Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdə qərarlaşan Ağdam Sənaye Parkına cəmi 2 il ərzində 80 milyon manata yaxın investisiya qoyulub, 2 ay əvvəl, sentyabrın 19-da Cənab Prezidentin iştirakı ilə istifadəyə verilən “BAFCO Invest”, “Eel Electric”, “Rail Trans Service”, “Mister Decor” MMC, “Metkons” və “Prof-Dam” MMC-lər hazırda  ölkəmizin sənaye zəncirinə qoşulmaqla ümumi sənaye buraxılışında yer almaqdadır. Sənaye Parkının digər istehsal sahələrinin qurulmasında xarici investorlar da birgə yer almaq niyyətindədir. Belarus Respublikası ilə imzalanmış sazişə əsasən, Ağdamda aqroşəhərciyin salınması nəzərdə tutulur.

Ağdam digər ərazilərimiz kimi füsunkar təbiətə, geniş turizm imkanlarına malikdir. Şuşa və Xankəndinin arasında coğrafi körpü rolunu oynayan Ağdamın rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün ilk əsaslar da qoyulub. Prezident İlham Əliyevin sentyabrın 19-da açılışını etdiyi “Aghdam City Hotel” ən müasir standartlara cavab verməklə, rayonun əvvəlki əzəmətli simasını yenidən dizayn edəcək.

Şəhərin yeni Baş Planına əsasən beş məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri aparılır, paralel olaraq digər məhəllələrdə inşaatlar həyata keçirilməkdədir. Şəhərdəki ilk yaşayış binaları tamalanmaq üzrədir və Ağdam özünün əzəli sakinlərini gözləyir.

Beləliklə, erməni vandallığının qurbanı olan yaxın illərdə dahi Prezidentimizin rəhbərliyi altında aparılan quruculuq işləri sayəsində “Qafqazın Xirosiması”nın Qafqazın “Sülh şəhəri”nə çevrilməsinin şahidi olacağıq.

Ramid Namazov
Milli Məclisin deputatı







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031