KÖHNƏ VERSİYA            

Fransa dövlət elitasında Azərbaycanla bağlı peşmançılıqlar başladı...

Image

Elşən Manafov: “Sabiq nazirin verdiyi müsahibə göstərir ki, bu ölkənin özündə də onun Azərbaycanla...”

Fransanın sabiq ətraf mühit naziri Brice Lalonde Frans 24 televiziyasında Bakıda keçirilən COP29 və rəsmi Parislə Bakı arasındakı gərginlikdən danışıb. Bu barədə suala cavab verən sabiq nazirin Azərbaycanı müdafiə etməsi aparıcı üçün də gözlənilməz olub. 

Sabiq nazir aparıcının sualına cavabında bunları deyib: “Mən çox kədərliyəm ki, biz orada yoxuq. Hesab edirəm ki, cənab Makron Bakıya getməli və prezident Əliyevlə danışmalı idi. Bizim Ermənistanla uzun tarixə söykənən dostluğumuz var. Amma bu o demək deyil ki, Ermənistan haqlıdır. Yaxşı xatırlayıram, mən nazir olanda Ermənistan Azərbaycanın Qarabağ bölgəsini işğal etmişdi. İndi Azərbaycan öz ərazilərini azad edib. Hər hansı təcavüzdən söhbət getmir. Fransız siyasətçilər danışanda ehtiyatlı olmalıdırlar, çünki bu tarixi unuda bilərlər”.

“Makronun Fransada iqtidara gəlməsindən sonra bu şəxslər real siyasətdən kənara sıxışdırılıblar”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov sabiq nazirin fikirlərinə bir neçə aspektdən yanaşdı: “Fransanın tarixən Ermənistanla çox dərin münasibətləri olub. Avropada ən güclü erməni diasporası məhz Fransadadır. Bu faktorun özü Fransanın Ermənistanla münasibətlərinə ciddi təsir göstərib. Fransız siyasətçiləri bir qayda olaraq bu ölkədəki erməni əsilli Fransa vətəndaşlarının səslərini qazanmaq üçün diaspora ilə əməkdaşlıq edib, onun lobbiçilik imkanlarından öz siyasi karyeralarını qurmaq işində istifadə ediblər. Fransanın Avropa siyasətinin formalaşmasındakı rolunu, habelə bir qayda olaraq ermənilərlə yaxınlığını nəzərə alaraq Azərbaycanın sabiq prezidenti Heydər Əliyev dövlət başçısı kimi özünün ilk səfərini Fransaya edib. Məqsəd dövlətlərarası münasibətlərdə erməni diasporasının səyləri ilə yaranmış məlum gərginliyi səngitmək, Fransanın Azərbaycanla münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlıq müstəvisi üzərində qurmaq və inkişaf etdirmək olub. Nəticə etibarı ilə münasibətlərimizdə müsbət dinamika inkişaf edib, siyasi-iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq genişlənib. Fransanın Azərbaycanda 200 dən yuxarı şirkəti fəaliyyət göstərir, onun ən böyuk enerji şirkətlərindən sayılan Total Azərbaycan Beynəlxalq Neft Konsorsiumunda payçı şirkətlərdən biridir. H. Əliyevin razılığı ilə Fransa 1997-ci ildən ATƏT-in Minsk Qrupunda ABŞ və Rusiya ilə yanaşı həmsədr dövlətlərdən biri olub. Danışıqlarda vasitəçı tərəf olaraq iştirak edib. Münasibətlərdəki gərginlik prezident Şirak və sonradan Sarkozi dövründə səngiyib. Fransa əvvəlki dövrlərlə müqayisədə Qarabağ probleminin nizamlanması ilə bağlı danışıqlarda daha obyektiv olmağa, qərəzli və bitərəf mövqe sərgiləməməyə çalışıb. Bu dönəmdə münasibətlərdəki müsbət dinamika dövlət başçısı kimi ilk səfərini Fransaya etmiş Prezident İlham Əliyevin Fransa ilə qurduğu münasibətlər nəticəsində mümkün olub. Hətta Fransa prezidenti Nikola Sarkozinin 2011-ci ildə Bakıya rəsmi səfəri baş tutub ki, bu da Ermənistanda dərin məyusluq doğurmuşdu. Fransanın sabiq ətraf mühit nazirinin Frans 24 kanalına verdiyi müsahibə göstərir ki, Fransanın özündə də onun Azərbaycanla münasibətlərinə dövlət maraqları rakursundan yanaşan, münasibətlərdə qərəz və obyektivsizliyə yol verməyən siyasətçilər var. Onlar Ermənistanın əsatirlərə bürünmüş təbliğatından uzaq, sağlam məntiqə əsaslanan münasibətlərin davam etdirilməsinin tərəfdarlarıdırlar. Makronun Fransada iqtidara gəlməsindən sonra bu şəxslər real siyasətdən kənara sıxışdırılıblar və bu işdə erməni diasporasının xüsusi xidmətləri olub. Digər tərəfdən unutmaq lazım deyil ki, ABŞ-da Bayden, Fransada Makron, Ermənistanda Paşinyan kimi siyasətçilər tarixən Bakı neftinə ciddi iddiaları olan məşhur Rotşildlərin maliyyə dəstəyi ilə hakimiyyətə gəliblər. Filantrop və milyarder Soros özu də bu klanla sıx bağlıdır. Bu amillər isə bütövlükdə götürdükdə rəsmi Bakı ilə adıçəkilən iqtidarların münasibətinə ən ciddi şəkildə təsir edib və bu gün də bu belədir. Makron hökumətində bu gün milliyyətcə erməni iki şəxsin nazir vəzifəsində olması deyilənlərə bariz sübutdur. Digər tərəfdən, məhz Rotşildlərlə bağlı olan məlum iqtidarlar bu gün Ermənistanı silahlandırır və əslində bölgədə eskalasiyanın zəifləməsinə yol vermək istəmirlər. Mübarizə qlobal çapda Rusiyaya qarşı yönəldilib. Zira Ukrayna prezidenti Zelenski özü də məlum klanla bağlı olan yəhudi mənşəli siyasətçidir. Fransanın sabiq ətraf mühit nazirinə gəlincə, bizim Fransada lobbiçilik imkanlarına malik cəmiyyətlərimiz, habelə xaricdəki azərbaycanlılarla əlaqələr üzrə Dövlət Komitəmiz Azərbaycanla münasibətlərdə obyektivlik hissini itirməmış siyasətçilər, yazarlar, ictimai xadimlərlə əlaqələr qurmalı, Azərbaycan həqiqətlərinin Fransa və Avropa ictimaiyyətlərinə çatdırılmasında onlarla əməkdaşlıq etməlidirlər”.

Vidadi ORDAHALLI







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031