KÖHNƏ VERSİYA            

Ağrı dağına açıq erməni iddiası - bu halda Türkiyə ilə sülh istəyirlər...

Image

Qasım Hacıyev: “Ermənistan doğrudan da Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, Ağrı dağının şəklini öz gerbindən götürsün və birdəfəlik bu xəstə düşüncədən əl çəksin”

Ermənistan Türkiyə ilə yaxınlaşmaq istədiyini, münasibətləri normallaşdırmaq niyyətində olduğunu desə də, əməldə tamamilə başqa mövqe sərgiləyir. Ermənilərin Türkiyə ərazisinə iddialarını büruzə verən faktlar az deyil. Məsələn, Ermənistanın dövlət gerbində Ağrı dağının əks olunduğu məlumdur. 

Bu da aşkar şəkildə Türkiyəyə qarşı ərazi iddiasından xəbər verir. Bu azmış kimi, indi də bəzi erməni təşkilatları Ağrı dağının ermənilərin “milli kimlik simvolu” olduğunu bildirirlər.    

Ermənistan Respublika Partiyasının rəhbəri Henrix Danielyan Ağrı dağla bağlı cəfəng iddialar səsləndirib. 

O yazıb ki, Ağrı dağının tarixi həm Ermənistan, həm də region üçün vacibdir. Guya bu, erməni “mədəniyyətinin, tarixinin və kimliyinin ayrılmaz hissəsidir”. “Ağrı dağı hazırda Türkiyədə yerləşsə də və indiki Ermənistanın rəhbərləri onu tərk etsələr də, erməni xalqı üçün onun dərin əhəmiyyəti var”-deyən Danielyan hətta Ağrı dağının Bibliyadakı mənasına da toxunub. Yazır ki, Ağrı dağı İncildə Nuhun gəmisinin tufandan sonra dayandığı yer kimi qeyd olunur. Bu epizod Yaradılışda təsvir edilmişdir. 

Eyni zamanda erməni partiya sədri digər bir cəfəng fikri də irəli sürərək, onu “milli rəmz” adlandırıb. Guya Ağrı dağı “əsrlər boyu” Ermənistanın “simvolu” olub. “Bugünə qədər o, Ermənistanın dövlət gerbində təsvir edilmişdir”-deyə bildirən Danielyan aşkar şəkildə ölkəsinin ərazi iddiasını ortaya qoyur. 

Deyir ki, erməni ədəbiyyatında, rəssamlığında və xalq yaradıcılığında Ağrı dağı çox vaxt “erməni xalqının gücünü, gözəlliyini və çoxəsrlik tarixini simvolizə edir”.

Doğrudan da, Danielyanın tarixdən, gerçəklikdən, faktlardan uzaq düşüncələri xəstə bir millətin kiflənmiş, çürümüş təfəkkürünü ortaya qoyur. Bu xəstə təfəkkürlü insan deyir ki, Ağrı dağı erkən “erməni dövrünün” tarixi mətnlərində və əfsanələrində öz yerini tapmışdır. “Onu çox vaxt erməni vətəninin ürəyi adlandırırlar”-deyən Danielyan yazır ki, guya “erməni dövləti” Urartu e.ə.   IX-VI əsrlərdə bu ərazidə mövcud olmuşdur.

Bu azmış kimi, “Böyük Tiqranın hakimiyyət dövrü”nü də bu ərazi ilə bağlamağa çalışıb. 

Guya ki, Böyük Tiqranın “hakimiyyət dövründə” (e.ə. I əsr) Ağrı dağı onun krallığının cənub sərhədinin yaxınlığında yerləşirdi.

“Ağrı dağı erməni xalqının gücünün və ilhamının simvolu (?) olmaqda davam edir. Ermənistan gerbi dağın təsvirini ehtiva edir və bütün dünya diasporu onu (dağ) erməni kimliyinin bir hissəsi hesab edir (?)”. Bu cəfəng, heç bir elmi əsası olmayan, ermənilərin xəstə, işğalçı təfəkkürünə xas olan bu ifadə də həmin şovinist partiya sədrinin statsunda qeyd olunub. 

Həqiqətən də ermənilər xəstə düşüncəli, miflərin, nağılların havasına uyub yaşayan toplumdur. Bunlar məgər gerçəkliyi bilmir ki, nə Ağrı dağının, nə Tiqranın, nə Urartunun, nə də başqa iddia etdikləri ərazilərin, dövlətlərin, mədəniyyətlərin bunlara heç bir aidiyyəti yoxdur? 

Danielyanın bu fikirləri Türkiyəyə qarşı ərazi iddialarını daha da körükləyir və bir tərəfdən də hökumətin əsl mahiyyətini ifadə edir. 

“Ağrı dağı Türkiyənin, türk xalqının simvoludur,  o heç zaman ermənilərin “milli kimlik simvolu” olmayıb, ola da bilməz”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər son 200 ildə bəlli dünya gücləri qarşısında götürdüyü öhtəlikləri “yaxşı icra edir”. Q.Hacıyev vurğuladı ki,  XX əsrə qədər dövləti olmayan bir xalqın gətirilib bizim ərazilərdə yerləşdirilməsindən sonra onlar onları burada yerləşdirən dövlətlərə xidmət borclarını yerinə yetirirlər. “Həmin o dövlətlər bizim regionda heç bir xalqa ermənilər qədər rəğbət göstərmir. Bunun da səbəbi ermənilərin onlara xidmət etmələri, digər tərəfdən də onların xristian olmasıdır. Ermənilər ənənəvi olaraq Qərb ölkələrinin işinə yarayır. Ermənilərdən uzun illərdir ki, həmin Qərb dövlətləri Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. O dövlətlərin əl alətinə çevrilən ermənilər və Ermənistandan hər cür işlərdə istifadə edirlər. Onlar Ermənistana öz əlaltıları kimi yanaşırlar. Məsələn, Türkiyə, Azərbaycan, Gürcüstan və digər dövlətlər dünyanın irticaçı qüvvələrinin əlində heç zaman oyuncağa çevrilməyib, çevrilə də bilməz. Bu dövlətləri həmin qüvvələr idarə edə bilmir, istəsələr də buna nail olmaları mümkün deyil. Amma erməniləri və Ermənistanı heç bir əziyyət çəkmədən idarə edirlər, alətə çevirirlər, hansı dövləti şərləmək, hansı dövlətin içində separatrizm, terrorizim yuvası yaratmaq istəyirlərsə dərhal ermənilər istifadəyə hazır olur. O dövlətlər Ermənistana uzun illərdir ki, şərait yaradırlar, ona arxa-dayaq dururlar. Bəzən də ermənilər öz havadarlarının gücündən istifadə edib öz çirkin əməllərini həyata keçirə bilirlər. 

Ərazi iddiaları məsələsinə gəlincə, erməniləri bu regionda yerləşdirən dövlətlərin təkidi və havadarlığı ilə onlar yerləşdikləri bu bölgədə müxtəlif dövlətlərin ərazilərinə qarşı iddia irəli sürürlər. Ertmənilər burada öz ağaları olan dövlətlərə “tarixi əsas” yaratmağa çalışırlar. Nə ermənilərin, nə də onların havadarlarının bu ərazilərə tarixi, hüquqi əsası çatmır. Bu bölgə ermənilərin tarixi ərazisi deyil. Sonradan gəlib yerlışdikləri bu ərazilərdə özlərinə “qədim” tarix, mədəniyyət, hansısa bir irs yaratmaq üçün çoxlu cəhdlər edirlər. Buna görə də, imkan düşən kimi arxiv sənədlərini, qədim mənbələri də saxtalaşdırırlar. Bununla yanaşı qondarma, uydurma tarixşünaslıq yaradırlar ki, guya bu ərazilərdə onların çoxlu mədəni abidələri olub, onların bu ərazilərə tarixi bağları “güclüdür”. O qədər saxta məlumatlar ortaya atırlar ki, heç birinin də əsası yoxdur. 

Şərq ölkələri, Cənubi Qafqazla bağlı elə bir tarixi yer yoxdur ki, onun ən qədiminə və ən qiymətlisinə ermənilər iddia etməsin. Qədim dövlətdən danışanda bilirlər ki, ən qədim dövlətlərdən biri Urartudur, ona iddia edirlər. Ən qədim yazılardan biri Urartu yazısıdır, onu da özlərinə çıxmağa çalışırlar. Efiopiya əlifbasını “erməni əlifbası” edib onu qədimləşdirirlər”.

Q.Hacıyev qeyd etdi ki, bu ərazilərdə ən qədim coğrafi ünvanlardan biri Qafqaz dağlarıdır, Türkiyə ərazisində yerləşən qədim Ağrı dağıdır. “Ermənilər Ağrı dağına uzun illərdir ki, iddia edirlər və saxta tarix yazırlar, nağıllar, miflər yaradırlar. Nuhun gəmisi barədə ilk əfsanələri, mifləri yaradan da elə ermənilər olub. Adından da göründüyü kimi, Nuh əfsanəsi bir əfsanədir və onun haqqında qədim kitablarda yazılanlara da ermənilər məhəl qoymurlar. Özlərindən əfsanələr udurub Ağrı dağının adını “Ararat” qoyurlar, onu ermənilərin “milli simvolu” elan edirlər. Halbuki, Ağrı dağı ilə ermənilərin heç bir əlaqəsi yoxdur. Bu birmənalı şəkildə aydındır ki, nə Türkiyə, nə Azərbaycan, nə Gürcüstan, nə də Qərbi Azərbaycan ərazisində ermənilərin heç bir qədim tarixi abidəsi, heç bir tarixi yeri-yurdu, təbii-coğrafi şəraiti yoxdur. Çünki ermənilər bura XIX əsrin əvvəllərində kütləvi şəkildə köçürülüb gətirilib. Bunların sayı da, köçürülmə tarixi də, onların bura hansı şərtlərlə gətirildiyi də məlumdur. Ermənistan adlı dövlətin də nə vaxt yarandığı bəllidir. Ona görə də ermənilərin bu məsələ ilə bağlı dediklərinin hamısı əfsanədir, saxtakarlqıdır, uydurmadır. Onların bu təbliğatının yalan və mənasız olduğunu onlara bir daha eşitdirməyə ehtiyac var”.

Q.Hacıyev bildirdi ki, Ağrı dağının şəklinin Ermənistanın dövlət gerbində əks etdirilməsinin özü böyük bir qanunsuzluqdur, bunun tarixi və hüquqi əsası yoxdur: “Ermənistanın konstitusiyasında da, gerbində də başqa dövlətlərə qarşı ərazi iddiaları rəsmən öz ifadəsini tapıb. Ağrı dağının Türkiyə ərazisində olduğu və bu ölkəyə məxsus olduğu birmənalıdır. Amma ermənilər Ağrı dağına qarşı əsassız iddia irəli sürürlər. Bir tərəfdən Ağrı dağının şəkilini gerblərində əks etirirlər, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmirlər, o biri tərəfdən də Türkiyə ilə sərhədləri açmaq, münasibətləri normallaşdırmaq istəyirlər, bu, anormal düşüncədir. Ermənistanın öz davranışları ilə bir daha təsdiq edir ki, onun niyyəti sülh deyil və Türkiyəyə, eləcə də Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkmək fikrindən uzaqdır. Ermənistan doğrudan da Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, Ağrı dağının şəklini öz gerbindən götürsün və birdəfəlik bu xəstə düşüncədən əl çəksin. Ağrı dağı Türkiyənin, türk xalqının simvoludur, o heç zaman ermənilərin “milli kimlik simvolu” olmayıb, ola bilməz də. Tarix var, sənəd var, gerçəklik var, bu məsələ miflə, nağılla bağlı ola bilməz” - deyə Q.Hacıyev bildirdi.  

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031