KÖHNƏ VERSİYA            

COP29 - iqlim məsələsində dövlət və ictimaiyyət bir mövqedə...

Image

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanın ev sahibliyi ilə keçirilməsi mühüm tarixi hadisədir. Heç şübhəsiz ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə ardıcıl və qətiyyətli mövqeyinin göstəricisidir. 

COP29-un ölkəmizdə keçirilməsinin və Azərbaycanın bütün bəşəriyyət həyati önəm kəsb edən mövzuların müzakirə edildiyi bir platformaya çevrilməsinin həm də böyük siyasi əhəmiyyəti var.
 Belə mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi həm də ona görə əhəmiyyət kəsb edir ki, bəşəriyyətin gələcəyi ilə bağlı ən mühüm qərarlar ölkəmizdə verilir. COP29 iqlim dəyişmələri ilə mübarizə sahəsində mühüm töhfələri ilə yadda qalır. Onu da qeyd edək ki, bu tədbirin ölkəmizdə keçirilməsi dövlət və ictimai maraqların bir-birini tamamlamasını ifadə edir. Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə ictimiayyətimiz də müxtəlif formalarda aktiv iştirak edir. Bu tədbirin keçirilməsi, burada iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı, eləcə də bizi və regionu narahat edən mina probleminin müzakirəyə çıxarılması ictimaiyyətin də maraqlarını tam olaraq təmin edir. 

Ekspertlərə görə, COP29-un Azərbaycanda keçiriləcəyi ilə bağlı qərar qəbul edildikdən sonra ölkəmizdə bu istiqamətdə aparılan hazırlıqlarda ictimaiyyətin fəal iştirakı gözdən qaçmadı.  Əlbəttə, biz xalq və dövlət olaraq bu tədbirin uğurla keçirilməsinə öz töhfəmizi veririk. 

Bu ilin noyabr ayının 11-də start götürən COÖ29 tədbiri hələ davam edir və dünyanın dörd bir yanından gələn rəsmi şəxslər, dövlət və hökumət rəhbərləri, QHT nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri Azərbaycan xalqının və dövlətinin humanist niyyətlərinin, ənənəvi qonaqpərvərliyinin şahidi olurlar. Bu gün şəhərimizin demək olar ki, hər yerdində, eləcə də ictimai nəqliyyatda COP29 iştirakçısı olan xarici ölkə vətəndaşları ilə sıx-sıx rastlaşırıq. Onların üzündən məmnunluğu oxumaq o qədər çətin deyil. Onlar Azərbayan ictimaiyyətinin qonaqpərvərliyindən, səmimiyyətindən çox razı qalırlar. Bütövlükdə, COP29-u keçirməklə biz xalqımızın və dövlətimizin iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv rolunu təqdim edə bilirik.  Bu tədbirdə dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti institutu da çox aktiv iştirak edir və öz töhfələrini əsirgəmir. 

“Dövlət, özəl və ictimai sektor birgə hərəkət edir”    

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi dövlət və ictimai maraqların bir-biri ilə uzlaşmasının təzahürlərindən biridir. “COP29 Azərbaycanın tarixibndə çox mühüm bir hadisədir. 33 il bundan əvvəl dövlət müstəqilliyini əldə etmiş Azərbaycan çox mühüm beynəlxalq bir tədbirə ev sahibliyi edir və böyük bir uğura imza atdı. İndiki dövrdə belə bir tədbirə ev sahibliyi etməyimiz bizə çox vacib idi. Bu tədbirdə dövlət sektoru ilə yanaşı özəl və  ictimai sektor da yaxından iştirak edir. Maksimum çalışdıq ki, dövlətimizin, xalqımızın maraqlarını, o cümlədən “Yaşıl dünya naminə həmrəylik” məsələlərini dünya ictimaiyyətinin diqqətinə çatdıraq. Əvvəla, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu tədbirin Azərbaycanda keçirilməsinə ehtiraz edənlərə layiqli cavabların verilməsi baxımından bu tədbirin əhəmiyyəti böyükdür. Ali Baş Komandan COP tribunasından dünya ictimaiyyətini lazımı şəkildə məlumatlandırdı. Prezident “bizə neft ölkəsi kimi baxırdılar, bizə yaşıl enerji ölkəsi kimi baxmalıdırlar” dedi. Dediyim kimi bütün bunlarla bağlı, dövlət, özəl və ictimai sektor birgə hərəkət edirlər. COP çərçivəsində çox səviyyəli tədbirelər, təqdimatlar keçirildi, ictimai müzakirələr təşkil olundu. İqlim dəyişmələrinə qarşı mübarizə, yaşıl enerji, gələcəkdə həyata keçirməyi nəzərdə tutduğumuz yaşıl enerjinin təmin olunması ilə əlaqədar layihələrlə bağlı geniş müzakirələr keçirildi, bu müzakirələr yenə də davam etdirilir. Burada bütün əlaqədar nazirliklər, komitələr, digər dövlət qurumları yaxından iştirak edir. O cümlədən də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Milli QHT Forumunun təşkilatçılığı ilə Milli QHT Formunun pavliyonunda və digər pavliyonlarda,   Qlobal Şimal - Cənub layihəsi çərçivəsində əməkdaşlıq məsələləri və sair müzakirə edildi, təqimatlar oldu. Məsələn, Milli QHT Formunun təşkilatçılığı ilə COP28, COP29, COP30-un təşkilatçıları ilə birgə konfranslar keçirildi. Müxtəlif tədbirlər baş tutdu”. 

“Biz də ictimaiyyət olaraq bundan fərəhlənirik, ruhlanırıq, ölkəmizlə qürur duyuruq”

R.Zeyni qeyd etdi ki, bu tədbirdə səsləndirlən fikirlər, aparılan müzakirələr, təkliflər, təşəbbüslər, eyni zamanda da antiazərbaycan qüvvələrinin qarayaxma kampaniyasına qarşı atılan addımlar ictimaiyyətin maraqlarını tam əks etdirir. R.Zeyni vurğuladı ki, bir qrup Azərbaycan QHT-lərinin rəhbərləri və ictimai fəallar Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloniyə qarşı qaldığı hotelin qarşısında keçirdiyi etiraz aksiyaları nəticəsiz qalmadı. “Mediada gedən məlumatlara görə, QHT-lərin haqlı etirazlarına görə Frank Peloni artıq Bakını tərk edib”. 

COP29 tədbirlərində iştirak edən xarici nümayəndələrin burada gördüyü münasibət onları məmnun edir və onların ölkəmiz barədə düzgün təsəvvürü formalaşır: “Bunlar hamısı ondan irəli gəlir ki, Azərbaycan çox sivil bir ölkədir. Məsələn, 169 ölkədən 73 min nəfərə yaxın qeydiyyatdan keçən şəxs COP-da iştirak etmək üçün Azərbaycana gəldi. Onlar Bakını gördülər, dövlətimizin, xalqımızın səmimi, humanist, qonaqpərvər münasibətinin şahidi oldular. Bizim ölkəmizi, xalqımızı çox bəyəndilər. Biz o qonaqlarla ünsiyyətdə olduq, onlar hamısı Azərbaycandan çox razılıq edirdilər, COP29-a çox yüksək səviyyədə ev sahibliyi etməsindən ağız dolusu danışırdılar. Çox tanınmış şəxslər COP29-u çox yüksək qiymətləndirirlər. Əkrəm İmamoğlu da bilirdi ki, 8-10 COP-da iştirak etmişəm, amma bu dərcədə COP təşkil olunmasını birinci dəfədir görürəm. Bu Azərbaycana, Azərbaycanın təşkilatçılığına, idarəçiliyinə, beynəlxalq tədbiri necə yüksək səviyyədə keçirməsinə veriən yüksək dəyərdir. Biz də ictimaiyyət olaraq bundan fərəhlənirik, ruhlanırıq, ölkəmizlə qürur duyuruq”.

R.Zeyni qeyd etdi ki, COP çərçivəsində alınan qərarlar, icra ediləcək yaşıl enerji layihələri, bu sahəyə yatırılan investisiya məsələsi ilə bağlı müzakirələrin əhəmiyyəti böyükdür. O, vurğuladı ki, 2050-ci ilə qədər hansı layihələr nəzərdə tutulur və həm Birləşmiş Ərəb Əmirliklərinin, həm digər ölkələrin əlaqədar qurumları öz layihələrini COP iştirakçılarının diqqətinə çatdırdılar. “Zəngin, geniş miqyaslı bir tədbirdir və tədbir hələ də davam edir. COP-un tarixində Azərbaycan çox gözəlbir nümunə göstərdi. Azərbaycan Respublikası olaraq COP-un tarixinə yenilik gətirdik. Bu da əlbəttə, bu tədbirin yüksək səviyyədə keçirilməsidir. Gəlib gördülər ki, Azərbaycan Şərqlə Qərbin mənəvi körpüsü olmaqla yanaşı Şərqin də, Qərbin də bütün müsbət əlamətlərini özündə birləşdirən azad, demokratik, sivil bir ölkədir ki, istənilən tribunada öz sözünü də deyə, hüquqlarını, haqqını da müdafiə edə, eyni zamanda gələcək inkişaf üçün çox səmərəli təkliflər də verə bilir, hər zaman öz töhfəsini verməyə də hazırdır. Əlbəttə, COP-un da tarixinə Azərbaycan öz layqili töhfələrini verdi. 

İctimai sektora da öz minnətdarlığımı bildirmək istəyirəm ki, Azərbaycan milli və dövlətçilik, ictimai  maraqlarını müdafiə etmək üçün gecəli-gündüzlü fəaliyyət göstərib öz addımlarını atdılar, tədbirlər keçirdilər. İctimai sektor etiraz aksiyası belə həyata keçirdi və göstərdilər ki, Azərbaycan cəmiyyəti azad, demokratik, müstəqil bir cəmiyyətdir, Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti istənilən məqamda özünün, dövlətinin, o cümlədən də bəşəriyyətin hüquqlarını, maraqlarını qorumaqdan ötrü ədalətli mövqe nümayiş etidirir. Onlar həm də bizim ədalətli olduğumuzu gördülər”. 

R.Zeyni qeyd etdi ki, müxtəlif ölkələrdən gələn 73 min insana COP çərçivəsində Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti, dövləti öz həqiqətlərini çatdıra bilir.  

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031