Ermənistanın DİN rəhbəri də istefa verdi
Ermənistanın daxili işlər naziri Vahe Kazaryan istefa verib. Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, daha əvvəl Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan, Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və İstintaq Komitəsinin sədri Arqişti Karamyan istefa veriblər.
Qeyd edilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz sosial şəbəkə hesablarında məlumatı təsdiqləyib və istefaların məhz onun təşəbbüsü ilə baş verdiyini bildirib.
Onun sözlərinə görə, bu qərar şəxsi motivlərdən deyil, sistem problemlərindən qaynaqlanıb, lakin vəzifəsindən gedən məmurların adlarını açıqlamayıb.