Sosial müdafiə xərcləri artırılır...
Gələn ilin dövlət büdcəsində xalqımızın rifahının yaxşılaşdırılması ənənəvi olaraq prioritet təşkil edir. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.
Nazir bildirib ki, sosialyönümlü xərclər 2025-ci il dövlət büdcəsində də əsas götürülüb.
“Prezidentin müvafiq tapşırığının icrası olaraq əməkhaqqı, pensiya, sosial müavinətlər xərcləri üçün 2025-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.
Yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması nəzərdə tutulub. Sosial təminat və sosial müdafiə xərclərinə 2024-cü illə müqayisədə 9,6% artıq vəsait ayrılacaq”, - deyə nazir əlavə edib.