Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - rusiyalı rəsmi
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin jurnalistlərə açıqlamasında "Ermənistanın noyabrın 28-də KTMT sammitində iştirak etmək imkanı" ilə bağlı sualı cavablandırıb. O bildirib ki, Ermənistan tərəfinin bəyanatları İrəvanın KTMT-nin müxtəlif səviyyələrdə bütün formatlardan uzaqlaşdığını göstərir.
"Sualı Ermənistan tərəfinə ünvanlayın. Lakin Ermənistan tərəfinin bəyanatlarından görünür ki, hazırkı mərhələdə KTMT-nin müxtəlif səviyyələrdə bütün fəaliyyət formatlarında iştirakdan uzaqlaşır", - deyə Pankin cavab verib.
Mətləb