İrakli Kobaxidzedən Bakı açıqlaması - COP29 yüksəksəviyyəli konfransdır
“Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çox yüksək səviyyədə təşkil olunub. Bu konfrans siyasi baxımdan da mühüm əhəmiyyət kəsb edirdi. Bu konfransda iştirak bizim üçün yeni imkanlar açdı”.
Bu barədə fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin İctimai Televiziyasına (1tv.ge) müsahibəsində söyləyib. Baş nazir deyib ki, Bakıda keçirilən COP29 yüksəksəviyyəli konfransdır:
“Təbii ki, bu, həm də siyasi baxımdan mühüm və maraqlı idi. Belə format ölkəmizlə bağlı məsələlərdə müxtəlif formatlarda onlarla liderlə danışmağa imkan verir və biz bu imkandan maksimum yararlandıq. Azərbaycan Prezidenti İlham Əliyevlə çox mehriban və məhsuldar görüş keçirdim. Bundan başqa bir çox liderlərlə görüşüb söhbət etmək imkanım oldu. Konfrans bu baxımdan da çox əhəmiyyətli idi”.
Mətləb