Kobaxidze COP29-da iştirak üçün Bakıya gəlir...
Gürcüstanın baş naziri İrakli Kobaxidze noyabrın 11-13-də Azərbaycanın paytaxtı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında (COP29) iştirak edəcək.
Gürcüstan hökumətinin məlumatına görə, konfransda iştirak edəcək liderləri BMT baş katibi Antonio Quterreş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edəcəklər.
“Gürcüstanın baş naziri Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə təkbətək görüş keçirəcək. İrakli Kobaxidzenin COP29 liderlərinin sammitində çıxışı, həmçinin müxtəlif mövzular üzrə dəyirmi masa formatında keçiriləcək panel müzakirələri planlaşdırılır.
Gürcüstanın Baş naziri COP29-da baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili və hökumət administratorunun daxil olduğu nümayəndə heyəti ilə birlikdə iştirak edəcək.
TAHİR