KÖHNƏ VERSİYA            

Murmanskda doğuldu, Şuşada şəhid oldu, döyüşə gedəndə bunları dedi... - FOTO

Image

Pəri Məhərrəmova: “Noyabrın 7-də Şuşada əlbəyaxa döyüşlərdə şəhidlik zirvəsinə ucalıb”

Şuşaya uzanan yollara analar-bacılar çox baxıb köks ötürür indi. O yollardan göz yaşları axıb gedib çaylara qarışır. Anaların, bacıların gözləri qaynayan çeşmədir. 

Göz yaşım bulaq oldu

Gəlmədin qardaş, gəlmədin

Ürəyim içi yaradır

Bilmədin qardaş, bilmıədin.

Neçə-neçə bacının ürəyinin yarasından, qardaş həsrətindən soraq verir bu misralar...Qaysaq tutmayan yaralarını sarımağa bacılar qardaş istəyir. Qardaş isə şəhid olub, Vətənə canını fəda edib. Getdiyi yerdən qayıda bilməz. 

Qar daşı,

Qarlı dağdan qar daşı.

Xəstə könlü nar istər

Mənim könlüm qardaşı!

Bu bayatını Pəri və Alsu neçə dəfə ürəklərində oxuyublar Allah bilir. Bircə qardaşları nakam Şamonun şəkillərini oxşaya-oxşaya nə qədər yanıb-yaxılıblar, kül olublar. 

Vətən müharibəsi şəhidi Şamo Məhərrəmovun anası və bacıları hələ də onun yolunu gözləyirlər...

Qardaşlarının uğrunda şəhid olduğu Şuşanı görməyə Pəri də, Alsu da çox can atırdı. Oğul həsrətindən qəlbi yanıb kösövə dönən Ruhiyyə ana da o yerləri görmək istəyir, amma getməyə taqəti yoxdur, ayağının gücü qalmayıb.  

Mədəniyyət Nazirliyi Xatirə Kitabı Redaksiyasının təşkilatçılığı ilə baş tutan  Şuşa səfərinə övladları və yaxınları Şuşada şəhid olan bir qrup şəhid ailəsi üzvləri də qoşulmuşdu. 

44 günlük Vətən müharibəsinə ordumuzun əsgəri olaraq qatılan Vətən müharibəsi şəhidi Məhərrəmov Şamo Mətləb oğlunun bacısı Pəri Məhərrəmova ilə 

oktyabrın 31-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının böyük bir zəhmətlə, fədakarlıqla, məsuliyyətlə ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin Şuşa şəhərində təqdimat tədbiri  çərçivəsində yaradıcılıq ezamiyyətində olarkən həmsöhbət olduq. 

Qardaşından danışdıqca Pərinin üzünü kədər bürüyür. Bircə qardaşı, ata evinin çırağı Şamodan danışmaq, onu xatırlamaq gözəl olsa da, eyni zamanda kədərli olduğu da gizlin deyil.   

“Qardaşım Şamo 1997-ci il aprel ayının 26-sı Rusiyanın Murmansk şəhərində anadan olub. Əslən Qax rayonunun Ləkit kəndindən olduğumuz üçün ailəmiz kəndə qayıdıb və Şamo 1-ci sinfə Ləkit tam orta məktəbinə gedib. Amma sonra Bakıda təhsilini davam etdirib. Belə ki, o, tam orta təhsilini Bakı şəhəri Suraxanı rayonu 279 nomrəli məktəbdə başa vurub. Qardaşım uşaq vaxtından çox ağıllı, səlis danışığı ilə hər kəsi valeh edib, hamının hörmətini qazanaraq hər zaman diqqət mərkəzində  olub. Şamonun hələ uşaq yaşlarından idmana, döyüşlərə həddindən artıq marağı olub. Özü jijutsu ilə bir müddət məşğul olub, medallar, diplomlar ilə təltif olunub. Ailəmizin imkanına görə ali təhsil ala bilməyib. 

Şamo uşaq vaxtından zəhmətkeş, ailəsini başa düşən bir oğlan olub. Ən böyük arzularından biri ev tikdirmək və maşın almaq idi. 9-cu sinifdən restoranlarda, kafelərdə ofisant kimi işləyib  ki, məqsədlərinə çata bilsin. 

Gəncə və Qazax zonasında həqiqi hərbi xidmətdə olub.  Əsgərliyini bitirdikdən sonra maşına olan böyük həvəsinə görə rəngsaz (malyar) sənətinə meyl saldı, həmin sənətin sirlərini öyrənməyə başladı. Bir müddət Rusiyada işlədikdən sonra   yenidən Vətənə qayıtdı və öz işlərini davam etdirdi”.

Pəri deyir ki, qardaşı kənddən uzaqda işləyirdi, evə vaxtı olanda gəlirdi. Şamo o qədər vətənpərvər olub ki, müharibə başlayanda işini yarımçıq qoyub kəndə gəlib. “2020-ci ilin sentyabr ayının 27-də, müharibə başlayan gün kəndə gəldi. O günün səhərisi  Gəncəyə yola saldıq. “Vətən uğrunda şəhid olmağa gedirəm” dedi. Onun bu sözündən anam qorxdu və ağladı. Anam narahat olmasın deyə “qayıdacağam, indi hamı gedir mən də gedəcəm, amma qayıdacam” dedi. Qardaşım şəhid olacağını sanki əvvəlcədən hiss etmişdi. Bu sözü də qeyri-ixtiyari dilinə gətirmişdi. Bəlkə də anamı, atamı, bizi öz şəhidliyinə hazırlayırdı, kim bilir. 

Anamla, bacımla və mənlə sonuncu dəfə noyabrın 3-də danışdı, dedi ki, hər şey yaxşıdır, üç-dörd günə gələcəyəm. Düz yarım saat evlə danışdı. Sonra da dedi ki, adyal paylayırlar, gedim mən də götürüm. Anamla və bizimlə sağollaşdı. Sonra noyabrın 4-də atama zəng vurub deyib ki, bizi aparırlar, narahat olmayın. Bu, onun sonuncu zəngi oldu. 

Aradan vaxt keçdi, amma nə zəngi gəldi, nə də ondan bir soraq ala bildik. Axtarmağa başladıq.  Qardaşım noyabrın 7-də Şuşada əlbəyaxa döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Bu xəbər bir müddət sonra ailəmizə də gəlib çatdı. Qapımızı qara xəbər döydü, heç kəsin qapısını qara xəbər döyməsin. Qardaşım noyabrın 17-də Qax rayonunun Ləkit kəndində torpağa verildi”. 

Pəri deyir ki, qardaşından çox gözəl, əziz xatirələr qalıb və  bu xatirələr heç zaman yaddan çıxmayacaq. 

“Şamo həmişə ailədən kənarda olurdu deyə, biz onun nə vaxtsa gələcəyini, bir gün qapıdan sağ-salamat içəri girəcəyini ümidlə gözləyirik. Anam da, bacım da, mən də ümidimizi kəsməmişik. Hey yol gözləyirik, hey gələcəyinə inanırıq.  Atam-anam Şamonun yolunu çox həsrətlə gözləyiblər. Şamo şəhid olandan bir il sonra atam onun həsrətinə dözməyib oğul nisgili ilə həyatdan köçdü. Qardaşımın bütün arzuları yarımçıq qaldı. Ata-anamızın da onunla bağlı arzuları çin olmadı. Şamo ilə bağlı o qədər gözəl arzularımız vardı ki...” 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Ailəsi Şamonun Vətən uğrunda şəhid olmasını özlərinə təsəlli bilirlər. Deyirlər ki, o, bir cəsur əsgər kimi canını Vətən yolunda fəda edib, ermənilərlə əlbəyaxa döyüşdə hünərini göstərib və qəhrəmancasına şəhid olub, özündən sonra igid adı qalıb Şamonun. İgid ölər, adı qalar deyib ulularımız. Şamo şəhid olsa da, adı, xatirəsi yaşayır, şəhid olduğu əziz Şuşa şəhərində onun da izi qalıb...  

Pəri Məhərrəmova qardaşının şəhid olduğu Şuşaya doğma qardaşı kimi baxır, deyir ki, Şamonun və başqa oğullarımızın qanının töküldüyü torpaq bütün Azərbaycan xalqı kimi onun üçün də əzizdir. Ruhiyyə ana şəhid anasıdır, Pəri və Alsu isə şəhid bacılarıdır...Bu yüksək adı onlara Şamo verib...

İradə SARIYEVA
Şuşa-Bakı








VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

“Şuşanı gördüm, elə bil oğlumu gördüm” - Şəhid Rəşad Mikayılzadənin atası...

Azərbaycanın iqtisadi üstünlükləri Ermənistana təsirli zərbəyə çevrildi...

Növbəti delimitasiya sərhədin harasında aparılacaq? - 10-cu görüşün nəticəsi...

SON XƏBƏRLƏR

05.11.2024 | 19:03
COP29 planetin əsas xilas platformasına çevrilir...

05.11.2024 | 18:49
Ermənistanda “3+3” formatını sülh üçün alternativsiz sayanlar fəallaşır...

05.11.2024 | 18:35
Ermənistanda COP17-nin keçirilməsini pozmaq üçün ciddi əsaslarımız var...

05.11.2024 | 18:22
Kiçik qız uşaqlarının qətli Türkiyəni sarsıdıb - Azərbaycanda da təhlükə var...

05.11.2024 | 18:08
Ən böyük erməni təşkilatı ABŞ prezidentliyinə namizədləri ələ saldı - "səs üçün bizim arxamızca gəzirlər"...

05.11.2024 | 17:55
Mühacirətin artımı və doğumun azalması ölkəni çökdürüb - hökumət “strategiya” qəbul etdi...

05.11.2024 | 17:42
Murmanskda doğuldu, Şuşada şəhid oldu, döyüşə gedəndə bunları dedi... - FOTO

05.11.2024 | 17:30
Belə nəticədə Avropa qurumlarındakı deputatlarımızın da məsuliyyəti var...

05.11.2024 | 17:17
Qazaxıstanda çıxarılan 1500 məşhur universitetin sırasında Azərbaycandan bircə nümunə yoxdur...

05.11.2024 | 17:08
Polyak nazir Zelenskini Polşanı Rusiya ilə münaqişəyə cəlb etmək cəhdində ittiham etdi...

05.11.2024 | 16:55
"Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün hər şeyi edir" - Putin

05.11.2024 | 16:52
Rusiya Kiyevə silah göndərməyə hazırlaşan Cənubi Koreyaya xəbərdarlıq - ağlınızı başınıza yığırn..

05.11.2024 | 16:40
Taksi sürücülərinin imtahanında 3 nəfər başqasının yerinə girməyə cəhd etdi

05.11.2024 | 16:31
ABŞ-da seçkidən sonra xaos xəbərdarlığı - varlılar kütləvi şəkildə ölkəni tərk etməyə başladı...

05.11.2024 | 16:18
Polisin əmrinə tabe olmayan sürücü həbs edildi

05.11.2024 | 15:36
Əli Əsədov Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib - FOTO

05.11.2024 | 15:28
Netanyahu israilli girovlara görə HƏMAS-a bir neçə milyon dollar təklif etməyə hazırlaşır...

05.11.2024 | 15:10
Rusiyanın Ukraynada 700 mindən çox əsgər itirdiyi iddia edildi...

05.11.2024 | 14:37
Xızının Şuraabad kəndində külli miqdarda yiyəsiz narkotik aşkarlandı

05.11.2024 | 14:25
Vətənə məhəbbət və insanlığa sevgi ilə yaşanan ömür

05.11.2024 | 14:05
Bukmeykerlər Trampın seçkilərdə qələbə şansını 61 faiz qiymətləndirir

05.11.2024 | 13:47
Bakıda evdən 3000 manatlıq naqil oğurlayan şəxs saxlandı

05.11.2024 | 13:43
Prezident İlham Əliyevə “Çingiz Aytmatov ordeni" təqdim edildi - FOTO/YENİLƏNDİ

05.11.2024 | 13:25
"Azərbaycanın ekologiyanın qorunması istiqamətində gördüyü tədbirlər nümunəvidir" - Çeçenistan müftisi

05.11.2024 | 13:19
"Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə köhnə münaqişə ocaqları yenidən közərir, yeni savaşlar baş verir"

05.11.2024 | 13:17
Azərbaycan COP çərçivəsində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif etdi

05.11.2024 | 13:10
"İqlim dəyişikliyi ilə mübarizədə həmrəylik göstərməliyik" - Ravvin

05.11.2024 | 13:06
Zəfərin reallıqları - polad iradə, güclü dövlətçilik, etibarlı təhlükəsizlik sistemi

05.11.2024 | 13:03
1932 г. Гадрут, Карабах. Лев Зильбер об армянах и каннибализме - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

05.11.2024 | 12:36
"Ekoloji etika anlayışları gündəmə gətirilməlidir" - Allahşükür Paşazadə

05.11.2024 | 12:21
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başlayıb - FOTO

05.11.2024 | 12:00
İspaniyadakı daşqınlar ulduz futbolçunun evinə zərər vurub

05.11.2024 | 11:43
"Planetimiz xroniki iqlim problemi ilə üz-üzədir" - Migel Anxel Moratinos

05.11.2024 | 11:30
Bütün bunlar bəşəriyyətin məhvinə səbəb ola bilər - bütün Rusiyanın Patriarxı

05.11.2024 | 11:15
Xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanınıb - təkcə 1 ayda...

05.11.2024 | 11:10
Şəhid ailəsinin müraciəti cavabsız qalmadı

05.11.2024 | 11:06
"Bu tədbir bizim planetimizi qorumağa hesablanıb" - Kardinal Klaudio Qucerotti

05.11.2024 | 11:05
Ölkəmizdə orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirilib

05.11.2024 | 11:03
Baxın, erməni səfir Azərbaycanın Brüsseldəki səfiri V.Sadıqovu necə şərləyir - CANLI

05.11.2024 | 11:00
"Ölkəmiz müxtəlif perspektivləri bir araya gətirən körpü rolunu oynamağa qərarlıdır" - nazirdən AÇIQLAMA

05.11.2024 | 10:40
Qazaxda yük maşını piyadanı vurub öldürdü

05.11.2024 | 10:30
Məşhur aktyordan BƏD XƏBƏR - xərçəngə tutulub...

05.11.2024 | 10:20
ABŞ-da 24 yaşlı şəxs terrora cəhd edib

05.11.2024 | 10:15
Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxarır

05.11.2024 | 10:15
Prezident İlham Əliyev Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

05.11.2024 | 10:10
"Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu üçün ciddi təhdidlər yaradır" - Prezident İlham Əliyev

05.11.2024 | 10:05
Ötən il 8,2 milyon insana vərəm diaqnozu qoyulub - ÜST həyəcan təbili çalır

05.11.2024 | 10:00
Şəkidə oğurluq edən maskalı şəxslər yaxalanıb - DİN açıqlama yaydı

05.11.2024 | 09:30
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir

05.11.2024 | 09:24
Bölgələrimiz Bakıya gələn turistlər üçün maraqsız olmağa başlayıb - 80 faiz...

05.11.2024 | 09:20
Qumara görə hər şeyini itirmişdi, son villasını da 10 milyon dollara satışa çıxardı...

05.11.2024 | 09:16
“Beşiktaş”la danışıqlar aparılır - UEFA-dan yeni açıqlama

05.11.2024 | 09:10
Motosiklet "Jiquli" ilə toqquşdu, bir ailənin 4 üzvü xəsarət aldı...

05.11.2024 | 09:06
" Bu, dərhal müharibə deməkdir" - Kim Çen Inın bacısından müharibə açıqlaması

05.11.2024 | 09:00
Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

05.11.2024 | 08:38
Mənzil haqqı məsələsində MTK-ların özbaşınalığı son həddə çatıb - vəsait nəyə xərclənir...

04.11.2024 | 22:35
İki vəkilə töhmət verildi, birinin fəaliyyəti dayandırıldı

04.11.2024 | 20:55
Vaşinqton-Cənubi Qafqaz münasibətlərində yeni mərhələ açılır...

04.11.2024 | 20:38
ABŞ-da 2024 seçkiləri - cəmiyyət heç vaxt belə parçalanmayıb...

04.11.2024 | 20:26
İstanbulda "Aşıq Mikayıl Azaflı. Seçilmiş şeirlər" və "Azərbaycan nağılları" kitablarının təqdimatı keçirilib

04.11.2024 | 20:23
Rusiya Türkiyənin Akkuyu AES-nə yanğın təhlükəsizlik sistemini niyə vermir?..

04.11.2024 | 20:08
Gürcüstan seçkiləri Ermənistan üçün bu problemi yaratdı...

04.11.2024 | 19:55
Türkiyə 2024-cü ilin 3-cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır

04.11.2024 | 19:47
Xroniki və nadir xəstəlik daşıyıcılarına mühüm dəstək jesti...

04.11.2024 | 19:35
İran-İsrail savaşı yeni formaya keçdi - quru qoşunları üz-üzə gəldi...

04.11.2024 | 19:21
Qarabağ və Zəngəzurun sahibkarlıq subyektləri barədə ilginc faktlar var...

04.11.2024 | 19:07
Azərbaycan təmsilçisi Minsk Təhlükəsizlik Konfransından qayıtdı... - MÜSAHİBƏ

04.11.2024 | 18:53
Makron "Şengen zonasını" dağıdır - 6 ölkə ilə sərhədləri bağladı...

04.11.2024 | 18:38
“Şuşanı gördüm, elə bil oğlumu gördüm” - Şəhid Rəşad Mikayılzadənin atası...

04.11.2024 | 18:24
Mədəni-maarif proqramlarına daim yenilikçi münasibət olmalıdır...

04.11.2024 | 18:15
Bakıda və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlandı

04.11.2024 | 18:10
Azərbaycanın iqtisadi üstünlükləri Ermənistana təsirli zərbəyə çevrildi...

04.11.2024 | 17:57
Qazax-İrəvan qaz kəməri bərpa olunur - ermənilər şübhə edir, Naxçıvan-İrəvan variantı da var...

04.11.2024 | 17:44
Növbəti delimitasiya sərhədin harasında aparılacaq? - 10-cu görüşün nəticəsi...

04.11.2024 | 17:36
İran prezidenti COP29-da iştirak edəcək

04.11.2024 | 17:31
Azərbaycan münaqişə boyunca beynəlxalq təşkilatlarla işləməkdən imtina etsəydi... Yaxın tarixə baxış...

04.11.2024 | 17:27
Maya Sandu Moldovada prezidenti seçildi...

04.11.2024 | 17:18
Dünya mediası COP29-da bu "Hədəfin" qəbul olunacağını xüsusi maraqla izləyir...

04.11.2024 | 17:11
Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib

04.11.2024 | 17:05
Braziliya və Səudiyyənin BRİKS-lə əməkdaşlığı uzun sürməz...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930