Çərşənbə günü, 9 iyul 2025
     

Gürcüstan seçkiləri Ermənistan üçün bu problemi yaratdı...

Image

Gürcüstanda oktyabrın 26-da keçirilmiş parlament seçkiləri Qərbin Cənubi Qafqazda ciddi məğlubiyyəti hesab olunur. Elə bu fonda Gürcüstanda baş verənlər Ermənistanda da ciddi narahatlıq predmeti olaraq qalmaqdadır. Hesab edilir ki, bu gedişlə Ermənistanda daha çətin durum formalaşacaq.

Qeyd edilənlər fonunda Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan bildirir ki, geosiyasi müstəvidə Ermənistanı yaxşı vəziyyət gözləmir: "Gürcüstanda baş verənlər Ermənistan üçün narahatlıq doğurur". O, Tiflisdə hakim partiyanın qalibiyyətinin digər ölkələrə də təsir edəcəyini bildirib: "Bu, həm də Moldova, Ukrayna, Ermənistan və Gürcüstanın olduğu Cənub-Şərqi Avropa regionu üçün bir şansdır. İrəvan bölgədə demokratiyanın lideri ola bilər. Lakin baş nazir Nikol Paşinyanın qalib "Gürcü Arzusu" Partiyasını tələsik təbrik etməyə çalışması uğursuz diplomatik addım idi. Bu, şansımızı zəiflədir. İndi Qərbdə Paşinyanla bağlı əvvəlki illüziyalar yoxdur. Amma İrəvan üçün problemli vəziyyət var. Sabah Gürcüstan Rusiyanın tələbi ilə Fransa silahlarının Ermənistana daşınması üçün ərazisini bağlasa, o zaman Bidzina İvanişvilinin partiyasına səs verən Cavax erməniləri də, bunu dəstəkləyən Ermənistan hakimiyyəti də günahı üzərinə götürəcək". Ermənistan parlamentinin "Şərəfim Var" fraksiyasının rəhbəri Hayk Mamicanyanın seçkilərin nəticələri gürcü xalqının bu məsələyə münasibətini və yanaşmasını açıq şəkildə göstərib: "Rusiyanın Cənubi Qafqazda təsirini azaltdığını və ya ümumiyyətlə, Rusiyadan imtina edildiyini deyənlərin hamısı indi Rusiya-Azərbaycan, Rusiya-Gürcüstan münasibətlərinin hansı səviyyədə olduğunu görür. Buna görə də burada bu sual əsas hala gəlir ki, bəs Ermənistan idarəçiləri ölkəmizin xarici siyasəti ilə nə edirlər? Ermənistan idarəçilərinin fəaliyyəti ümumiyyətlə absurddur. Ermənistanın təhlükəsizlik arxitekturasının sütunu olan KTMT-yə gəlincə, onlar əvvəlcə KTMT-yə üzv dövlətlərin Qarabağdakı hərbi əməliyyatların bir hissəsi olması ilə bağlı bəzi yüksək səslə bəyanatlar verirlər, sonra isə həmin sistemə alternativ yaratmayaraq, başqa bəyanatlar verirlər". Mamicanyan bildirib ki, yaranmış vəziyyətin səbəbləri var, bu, Ermənistanda hakimiyyət başında oturan şəxsin Ermənistanın maraqlarına xidmət etməməsinin nəticəsidir. Baş verənləri şərh edən hərbi-siyasi analitik, Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi Aleksandr Tixanski Gürcüstanda keçirilən parlament seçkiləri ərəfəsində və ondan sonra Ermənistanda gürcü müxalifətini dəstəkləyən bəyanatların səslənməsi faktlarını  şərh edərkən bildirib: "Bu gün bir çox erməni millətçiləri, o cümlədən gürcü pasportu olanlar həm Rusiyaya, həm də "ruspərəst" adlandırdıqları Gürcüstan hökumətinə nifrət edirlər". Ekspert bu vəziyyəti erməni millətçilərinin Gürcüstanı Qərblə Rusiya arasında döyüş meydanına çevirmək istəyi ilə izah edib: "Erməni ekspertlər səsvermənin elektron formatda keçirilməsindən təəssüflənir, çünki seçkilərin nəticələrini saxtalaşdırmaq çətin idi. Qanun pozuntuları ilə bağlı faktlar o qədər də inandırıcı deyil. Seçki dairələrinin ən azı 75 faizində seçkilər elektron qaydada keçirildiyi üçün pozuntuların olduğunu söyləmək çətindir. Bəli, müəyyən problemlər var idi, amma ümumilikdə deyə bilərik ki, seçkilər bəzi nöqsanlarla baş tutmuş sayılır.

Gürcüstanda gedən proseslər, qonşu ölkədə siyasətin necə davam edəcəyi Ermənistan üçün önəmlidir. Belə ki, Ermənistanın ixrac və idxalının təxminən 70 faizi Gürcüstan ərazisindən keçir. Ermənilərin Gürcüstandakı iğtişaşlara verdiyi dəstək siyasi elitanın qonşu ölkədə hakimiyyəti dəyişməyə yönəlmiş hərəkətləri ilə izah olunur".

Onun sözlərinə görə, erməni elitası Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası ilə xarici agentlər haqqında qanunun qəbuluna qarşı birgə müraciət imzalayanda hamını təəccübləndirib: "Ermənistanın siyasi elitasının bir hissəsinin Gürcüstan hakimiyyətinə qarşı çıxması, bu ölkənin daxili işlərinə qarışması ilə bağlı vəziyyətin özü unikaldır. Aydındır ki, erməni millətçiləri Gürcüstan müxalifəti illə eyni komandada işləyir. Siyasi elitanın bu hissəsi müəyyən ölkələrdə birləşərək bir-birini dəstəkləməyi xoşlayır. Onlar qarşılıqlı əlaqədə olur və postsovet dövlətlərini Rusiyadan ayırmaq üçün fəal işləyirlər. Beləliklə, Ermənistan iqtidarı və müxalifəti göstərdi ki, onlar da Qərbin sifarişi ilə hərəkət edirlər. Gürcüstanda seçkilərdən sonra vəziyyətin sabitliyini pozmaq üçün təxribatçılara, o cümlədən vicdan əzabı çəkmədən digər Gürcüstan vətəndaşlarını öldürməyə başlaya bilənlərə ehtiyac var. Çox təəssüf ki, həm Qərbdə, həm də qərbyönlü müxalifətdə belə insanlar var. Onların arasında etnik ermənilər və ikili vətəndaşlığı olanlar - erməni və gürcülər də var. O cümlədən Ermənistan Respublikasında daimi yaşayanlar və Qarabağdan olan zərərsizləşdirilməmiş yaraqlılar seçkiyə qədər Gürcüstana köçürülə bilər". Ekspert bununla bağlı xatırladıb ki, oxşar ssenari artıq NATO-nun Brüsseldəki mənzil-qərargahında müzakirə olunub və burada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla alyans nümayəndələri arasında görüşlər keçirilib. Görüşdə Ermənistan xüsusi xidmət orqanlarının Gürcüstanda yaşayan etnik ermənilər arasında yaradılmış agent şəbəkəsinin köməyi ilə "aktiv tədbirlər" hazırladığı açıqlanıb: "Ermənistanda işə götürülən şəxslərin iştirakı ilə fəal şəkildə hazırlıq işləri aparılır. Bu hadisələrə küçə toqquşmaları elementləri daxildir. Gözlənilir ki, yaxın gələcəkdə onlara Balkan ölkələrindən əvvəllər aktiv şəkildə Serbiya hökumətinə qarşı fəaliyyət göstərən ən təcrübəli mütəxəssislər də qoşulacaq. Gürcüstanda münaqişənin alovlanmasında bu cür təxribatçıların rolunu lazımınca qiymətləndirməmək olmaz. Bu baxımdan 2019-cu ilin yayında rusiyalı deputat Qavrilovun spiker kürsüsündə əyləşdirilməsindən sonra yaranmış emosional vəziyyətdən istifadə edən müxalifətin parlament binasını ələ keçirməyə cəhd etməsini xatırlatmaq yerinə düşər. Daha sonra Ermənistan vətəndaşları da saxlanılıb. Bu gün bir çox erməni millətçiləri, o cümlədən gürcü pasportu olanlar həm Rusiyaya, həm də "rusiyapərəst" adlandırdıqları Gürcüstan hökumətinə nifrət edirlər". Tixanskinin fikrincə, əvvəllər Rusiyaya sevgi və ümid bəsləmiş bir çox erməni separatçıları indi ümidlərini Qərbə bağlayırlar: "Öz xalqından dəfələrlə geosiyasi oyunlarda istifadə edən erməni millətçiləri Gürcüstanı Qərblə Rusiya arasında döyüş meydanına çevirmək istəyirlər. "Rusiyayönlü" erməni lobbisi qeyri-sabit vəziyyətdən sui-istifadə edərək Rusiya ordusunun Gürcüstana yenidən girməsini təhrik etməyə çalışır. Öz növbəsində, İrəvan yeni revanşist müharibənin baş verəcəyi təqdirdə Gürcüstana Qərbin hərbi tranziti üçün ərazi kimi baxır. Bu, Tbilisidə qərbyönlü müxalifətin hakimiyyətə gələrək Rusiyaya qarşı "ikinci cəbhə" açacağı halda baş verə bilər. Hər iki ssenari gürcü dövlətçiliyi üçün faciəli ola bilər. Ona görə də Gürcüstanda sabitlik və əminamanlıq yalnız Rusiyanın deyil, Türkiyə və Azərbaycanın da maraqlarına cavab verir".

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

08.07.2025 / 18:48
Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

08.07.2025 / 18:44
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

08.07.2025 / 18:35
Şəmkir, Göygöl və Gəncədə abadlıq nümunəsi: Regionların siması yenilənir

08.07.2025 / 18:23
3 bank Maliyyə Nazirliyinin 500 milyon manatını 7,5 faiz əlavəsilə necə qaytaracaq?..

08.07.2025 / 18:10
Azərbaycan kişilərində psixi pozğunluq qadınlardan 3 dəfə çoxdur...

08.07.2025 / 17:57
Erməni iranşünas Pezeşkiana şər atdı - İran susdu...

08.07.2025 / 17:44
Manat kreditləri niyə bu qədər bahalaşır?..

08.07.2025 / 17:34
CHP liderinin toxunulmazlığı ləğv edilə bilər - Türkiyə parlamentinə vəsatət təqdim edildi...

08.07.2025 / 17:15
Qonşu ölkələrdən İrana hücumda istifadə olunmayıb – Pezeşkian İranın Ermənistandakı səfirinin yalanını ifşa etdi

08.07.2025 / 16:56
Azərbaycan və İordaniya arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqləndi

08.07.2025 / 16:56
İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

08.07.2025 / 16:54
Diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələr verildi

08.07.2025 / 16:53
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

08.07.2025 / 16:51
Türkiyənin Antalyada tarixi sualtı kəşfi - eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları və...

08.07.2025 / 16:26
Tramp Ukrayna siyasətini dəyişir - ABŞ Kiyevə daha çox silah verəcək…

08.07.2025 / 16:07
Xəzər polisi əməliyyat keçirdi - qadın narkotacirin evindən 10 kq narkotik çıxdı...

08.07.2025 / 15:43
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

08.07.2025 / 15:31
Yol polisi motosiklet sürücülərinin qayda pozuntularına qarşı nəzarəti gücləndirdi

08.07.2025 / 15:30
Ekranda nə var, cəmiyyətdə də o var

08.07.2025 / 15:16
"İrandan nüvə müzakirələrinə qayıtmağı tələb etməyin heç bir mənası yoxdur" – İranlı parlamentaridən ABŞ-a mesaj...

08.07.2025 / 15:03
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif etdi

08.07.2025 / 14:22
Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

08.07.2025 / 14:08
"Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırıldı

08.07.2025 / 13:55
Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alındı - DTX-dən növbəti əməliyyat...

08.07.2025 / 13:23
"Ümummilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir" - Natiq Məmmədli

08.07.2025 / 13:12
С. Маркедонов, вместо сказок, научитесь смотреть на Россию со стороны! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.07.2025 / 12:58
Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı

08.07.2025 / 12:46
Qanuna dəyişiklik edildi - polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

08.07.2025 / 12:34
"Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır" - Əhməd İsmayılov

08.07.2025 / 12:18
"Yaranmış vəziyyətdən siyasi xal qazanmağa çalışanlar var" - rusiyalı deputat

08.07.2025 / 12:11
"Azərbaycanın lider mövqeyinin güclənməsi medianın gündəmini də zənginləşdirir"

08.07.2025 / 12:05
ABŞ-da təyyarə qəzası olub - 4 nəfər həlak olub

08.07.2025 / 12:00
Dağıstanda 100-dən çox şəxs sudan zəhərlənib

08.07.2025 / 11:40
Tanınmış iş adamının oğlu faciəvi şəkildə ölüb

08.07.2025 / 11:21
Türkiyədən Fransaya ETİRAZ - ölkədaxili hüququmuza hörmətlə yanaş"

08.07.2025 / 11:15
Milli Məclis iclas keçirir - 15 məsələ müzakirə olunur

08.07.2025 / 11:05
Zəngilanda 1 tona yaxın çətənə bitkisi məhv edilib - polis açıqlama yaydı

08.07.2025 / 11:04
Rusiya Azərbaycandan qisas almağa hazırlaşır. Amma nəyin? - CANLI

08.07.2025 / 11:02
Bu axşam “Çelsi” - “Fluminense” görüşü olacaq

08.07.2025 / 10:30
Dünya bazarında qızıl və gümüş bahalaşıb

08.07.2025 / 10:22
Vaqif Poeziya Günləri yenidən poeziya sevərləri bir araya gətirir!

08.07.2025 / 10:17
Kəlbəcərdə “UAZ” aşıb, iki nəfər xəsarət alıb

08.07.2025 / 10:12
Tramp Nobel Sülh Mükafatına namizəd oldu

08.07.2025 / 10:10
Dəmiryolçular İtaliyada tətilə başlayıb

08.07.2025 / 10:04
Biləsuvar sakininin maşınından 2 kiloqram narkotika tapıldı

08.07.2025 / 10:01
"Kilsəni əxlaqsızlardan şəsxən özüm azad edəcəm" - Paşinyandan səs-küylü açıqlama

08.07.2025 / 09:35
Pentaqon təsdiqlədi - Ukraynaya əlavə müdafiə silahları göndəriləcək

08.07.2025 / 09:25
Lənkəranda sürücü yol qəzasında ölüb

08.07.2025 / 09:20
"Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır" - Hikmət Hacıyev

08.07.2025 / 09:20
Rusiyada işdən çıxarıldıqdan saatlar sonra meyiti tapılan nazirin ölümü ilə bağlı müəmmalar artır...

08.07.2025 / 09:12
Texasdakı daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

08.07.2025 / 09:06
Məşhur qapıçı daha 2 il "Barselona"da

08.07.2025 / 09:00
Tramp 14 ölkəni hədələdi - avqustun 1-dən ticarət tarifləri artırılır...

08.07.2025 / 08:56
ADY qatarları yay qrafikinə keçir- açıqlandı

08.07.2025 / 08:37
Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910