" Bu, dərhal müharibə deməkdir" - Kim Çen Inın bacısından müharibə açıqlaması
Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini, ölkə lideri Kim Çen Inın bacısı Kim Yo-conq bəyan edib ki, Koreya yarımadasında və ona bitişik regionda qüvvələr paritetinin pozulması müharibəyə gətirib çıxaracaq. O qeyd edib ki, məhz buna görə də Şimali Koreya həmişə öz nüvə arsenalını gücləndirmək xəttinə sadiq qalacaq.
SİTAT: "Bu gün Koreya yarımadasında və regionda düşmənlərlə bizim aramızda güc paritetinin pozulması - bu, dərhal müharibə deməkdir. Bu, inkar edilə bilməyən obyektiv reallıqdır".
Mətləb