Maya Sandu Moldovada prezidenti seçildi...
Moldovanın hazırkı prezidenti Maya Sandu Moldovada prezident seçkilərinin ikinci turunda səslərin 99,86 faizinin (930 512) hesablanmasından sonra 55,41 faiz səs toplayıb.
Trend xəbər verir ki, bu barədə Moldovanın Mərkəzi Seçki Komissiyası (MSK) səslərin 100 faizinin hesablanmasından sonra məlumat verib.
Bu, onun prezident postunda yeni mandatını təmin edə bilər.
"Moldova, bu gün qələbə qazandınız. Birlikdə birliyimizin, demokratiyamızın və layiqli gələcəyə sadiqliyimizin gücünü nümayiş etdirdik", - Maya Sandu “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, onun rəqibi Aleksandr Stoyanoqlo 44,59 faiz səs toplayıb.