Bukmeykerlər Trampın seçkilərdə qələbə şansını 61 faiz qiymətləndirir
ABŞ-da Respublikaçılar partiyasının prezident postuna namizədi Donald Trampın seçkilərdə qələbə ehtimalı 61 faizdir.
“Polymarket” bukmeyker agentliyinin analitiklərinin hesablamalarına görə, Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harrisin dövlət başçısı seçilmə şansı 39 faizə bərabərdir.
İndiyədək Ağ evin sabiq rəhbərinin qələbəsinə dair mərclərin məbləği təxminən 1,3 milyard dollara, ölkənin hazırkı vitse-prezidentinin qələbəsinə dair mərclərin həcmi isə 808 milyon dollara çatıb.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-da keçirilən seçkilərdə amerikalılar Birləşmiş Ştatların dövlət başçısını, Senatın üçdəbirini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorunu seçirlər. ABŞ-ın hakim Demokratlar partiyasının namizədi Kamala Harris və respublikaçıları təmsil edən Donald Tramp ali dövlət postu uğrunda mübarizə aparır.
ZÜMRÜD