"Azərbaycanın ekologiyanın qorunması istiqamətində gördüyü tədbirlər nümunəvidir" - Çeçenistan müftisi
Hazırda insanlarda ətraf mühitin qorunması təfəkkürü formalaşmalıdır. Çeçenistanda bu, bizim prioritet məsələmizdir.
Bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin sədri, Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Salax Mezhiev deyib.
Azərbaycanın ekologiyanın qorunması istiqamətində gördüyü tədbirlərin çox nümunəvi olduğunu bildirən müfti ekologiya ilə bağlı bütün problemlərin qlobal xarakter daşıdığını diqqətə çatdırıb.
ZÜMRÜD