KÖHNƏ VERSİYA            

Növbəti delimitasiya sərhədin harasında aparılacaq? - 10-cu görüşün nəticəsi...

Image

Növbəti delimitasiya sərhədin harasında aparılacaq? - 10-cu görüşün nəticəsi...Elşən Manafov: “Çox güman ki, bundan sonra mübahisəli olmayan sərhədlərdə delimitasiya işi sürətləndiriləcək”

Məlum olduğu kimi, noyabrın 1-də iki ölkənin sərhədində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ermənistanlı həmkarı Mher Qriqoryanla görüşərək nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə edib.

Həmin görüşdən öncə isə onların sədrliyi altında iki ölkənin sərhəd məsələlərinə dair komissiyalarının 10-cu görüşü keçirilib. Məlumata görə, görüşdə komissiyaların birgə fəaliyyəti haqqında bu il avqustun 30-da imzalanmış Əsasnamənin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların icrası barədə bildirişləri mübadilə ediblər. Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir: “Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etdilər”.

Maraqlıdır, son görüşdən sonra nə kimi perspektiv var? Növbəti delimitasiya sərhəddin harasında aparılacaq?

“Erməni tərəfinin 1920-1929-cu illər ərzində Azərbaycan torpaqları hesabına genişlənməsi təkzibedilməz faktdır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”-lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycanın Ermənistanla sərhəd xətti təxminən 1007 km məsafəni əhatə edir. Ermənistan 1-ci Qarabağ müharibəsinin gedişində Qarabağ və onun ətrafındakı rayonların işğalı nəticəsində sərhəd və ona yaxın əraziləri ələ keçirilmişdi. Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Qarabağ müharibəsində şanlı qələbəsindən sonra sərhəd və ona bitişik ərazilər üzərində Azərbaycan tərəfi nəzarəti bərpa edib. İranla Azərbaycanın dövlət sərhədləri Ermənistan işğalından azad edilib. Dövlətin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsində bu hadisələrin müstəsna rolu olub. Bununla belə, Ermənistanla dövlət sərhədlərinin delimitasiyası ətrafında mübahisəli məsələlərin həlli məqsədilə tərəflərin razılığı və 2020-ci ilin Moskva razılaşmasının şərtlərinə uyğun olaraq xüsusi səlahiyyətlərə malik dövlət komissiyaları yaradılıb. İki gün əvvəl hər iki tərəfdən rəsmilərin iştirakı ilə keçirilən sayca 10-cu görüşdə bu il noyabrın 1-dən Delimitasiya komissiyalarının Əsasnaməsinin qüvvəyə minməsi haqqında qərarın qəbul edilməsi danışıqların növbəti mərhələlərində hüquqi əhəmiyyət kəsb edəcək faktordur. Çünki 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş bu respublikalar arasında sərhədlərin qarşılıqlı olaraq tanınması barədə bir razılıq yoxdur. Bu isə, çərçivə və ya sülh müqaviləsi ətrafında gedən danışıqlarda ciddi əngəl, onları tormozlayan əyləc mexanizmidir. Ermənistanla dövlət sərhədlərinin bərpası istiqamətində ilk addım 2020-ci ilin noyabrın əvvəllərində Azərbaycan Ordusunun Ermənistanla sərhəddə (Zəngilan rayonu istiqamıtində) yerləşən Bartaz(2300 metr), Sığırt(1370metr) və digər yüksəklikləri ələ keçirməsi ilə atılıb. Ermənistanla denasifikasiya və delimitasiya məsələləri ətrafındakı müzakirələrdə tərəflər ilk növbədə sərhəd böhranının yaratdığı sərhəd anlaşılmazlıqlarını aradan qaldırmalıdırlar. Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək ona məxsus 3.5 km ərazini ələ keçirdiyini iddia edir. Bu isə erməni hədyanalığının növbəti nümayişidir. Bəllidir ki, Ermənistan 1918-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra 9,8 min kv.km ərazi göstəricilərinə malik bir dövlət olub. SSRİ-nin çökməsindən sonra isə onun 29,8 min kv.km əraziyə malik dövlət olması suallar doğurmaya bilmir. Hərçənd, erməni tərəfinin 1920-1929-cu illər ərzində Azərbaycan torpaqları hesabına genişlənməsi təkzibedilməz faktdır. Ermənistanla qərb sərhədlərimiz boyunca (Naxçıvan ətrafı) Kərki anklavı istisna olmaqla ciddi fikir ayrılıqlarımız yoxdur. Ancaq digər bəzi istiqamətlərdə mübahisəli ərazilərin demilitasiya danışıqlarında müzakirə predmeti olacağı birmənalıdır. Çox güman ki, bundan sonra mübahisəli olmayan sərhədlərdə delimitasiya işi sürətləndiriləcək. Mübahisəli yerlər isə sonrakı mərhələdə öz həllini tapacaq”.

Vidadi ORDAHALLI 







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

O hansı prosedurlardır ki, öz alimlərimizə olar, xarici alimlərə olmaz - nazir çox maraqlı məsələ qaldırdı...

Qərbi Azərbaycan konsepsiyası Qlobal forum üzvlərinə paylandı...

Bayden hökuməti son nəfəsində də Azərbaycanın daxili işlərinə müdaxilə etdi...

SON XƏBƏRLƏR

13.12.2024 | 23:10
Rusiya Suriyanın taxılını kəsdi...

13.12.2024 | 22:28
"Azərbaycana qarşı hələ də dezinformasiya siyasəti aparılır" Hikmət Hacıyev

13.12.2024 | 21:44
Sabiq diplomat BAMF-ın beynəlxalq məsələlər üzrə məsləhətçisi seçildi - FOTO

13.12.2024 | 21:18
Suriya erməniləri əslində Paşinyana daha lazım deyil - onları istifadə edib atdılar...

13.12.2024 | 21:02
Paşinyan hələ də “Sovet Ermənistanının xəritəsi” üzərində oynayır, ərazi iddiasını isə yerə qoymur...

13.12.2024 | 20:47
Türkiyə-Ermənistan sərhəd görüşlərinin yeni mərhələsi başladı...

13.12.2024 | 20:32
O hansı prosedurlardır ki, öz alimlərimizə olar, xarici alimlərə olmaz - nazir çox maraqlı məsələ qaldırdı...

13.12.2024 | 20:18
Qərbi azərbaycanlıların qayıdışı dünya gündəminə oturur - Ermənistan əndişə içindədir...

13.12.2024 | 20:04
İran Gürcüstan azərbaycanlıları arasında şübhəli işlər görür...

13.12.2024 | 19:49
Avropa dövlətləri Suriya qaçqınlarını sığınacaq hüququndan məhrum edir...

13.12.2024 | 19:35
14 dekabr - Gürcüstanda silahlı üsyan anonsu verildi... "cinayətə uymayın" əks çağırışlar var...

13.12.2024 | 19:22
Paşinyanın Avropa Birliyi siyasəti başdan-ayağa ziddiyyətlidir, həm də rişxənd obyekti olur...

13.12.2024 | 19:08
Köçəryan, Sarkisyan və Ohanyan müharibə cinayətlərinə görə layiqli cəzalarını ilk növbədə almalıdır...

13.12.2024 | 18:54
Bir saatlıq Makron-İvanişvili telefon danışığının ilginc detalları...

13.12.2024 | 18:40
Qlobal soyqırım forumunda Ermənistanın daha bir cəhdi iflasa uğradı...

13.12.2024 | 18:27
Qərbi Azərbaycan konsepsiyası Qlobal forum üzvlərinə paylandı...

13.12.2024 | 18:14
Yerli istehsal avtobuslar 8 illiyə vergidən azad olunacaq - nə faydası var?..

13.12.2024 | 18:00
Paşinyan Bakının son layihəsinə cavabı Trampa görə(?) gecikdirir...

13.12.2024 | 17:53
"Bakı Sığorta"nın lisenziyası ləğv edildi

13.12.2024 | 17:48
Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət etdi - FOTO

13.12.2024 | 17:46
Bayden hökuməti son nəfəsində də Azərbaycanın daxili işlərinə müdaxilə etdi...

13.12.2024 | 17:33
Medvedyev Suriya ordusunun zəifliyini Bəşərin idarəçiliyinin üstünə atdı, "ölkə bölünəcək" dedi...

13.12.2024 | 17:20
Kənd kitabxanaları getdikcə istifadəsiz hala düşür - çıxış yolları...

13.12.2024 | 17:08
Hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr başladı....

13.12.2024 | 17:01
Xocalının Ballıca kəndinə köç başladı - FOTO/YENİLƏNDİ

13.12.2024 | 16:57
ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbə endirə bilər... Trampdan mesaj - Hər an hər şey ola bilər...

13.12.2024 | 16:51
Heydər Əliyev Fondu “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsini həyata keçirir - FOTO

13.12.2024 | 16:37
Səfərbərlik Xidməti də ödənişli hərbi xidmətlə bağlı təklifi dəstəklədi...

13.12.2024 | 16:28
Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşdü - FOTO

13.12.2024 | 16:24
Azərbaycanın İrandakı Səfirliyinin konsulluq şöbəsi fəaliyyətini bərpa edir

13.12.2024 | 16:15
Tramp Ukraynanın Rusiyanı ABŞ raketləri ilə vurmasına qarşı çıxdı - qəti əleyhinəyəm...

13.12.2024 | 16:12
Prezident Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu təsdiqlədi

13.12.2024 | 16:11
Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edildi

13.12.2024 | 16:09
Azərbaycanla Səudiyyə arasında diplomatik və xidməti pasport sahibləri vizadan azad edildi

13.12.2024 | 16:05
Hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır

13.12.2024 | 16:03
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun təsdiqləndi

13.12.2024 | 15:55
Ağsaqqallar Şurası Eynəddin Məmmədovu təltif etdi - FOTO

13.12.2024 | 15:53
Lerikdə narkokuryer külli miqdarda narkotiklə tutuldu - FOTO

13.12.2024 | 15:37
Azərbaycan SQ-nin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi 35-dən 30-a endirilir

13.12.2024 | 15:26
Dinc dövrdə bu vətəndaşlar hərbi xidmətə çağırılmayacaq...

13.12.2024 | 15:16
Bakıda 4 nəfəri aldadıb pullarını ələ keçirən dələduz yaxalandı...

13.12.2024 | 14:37
Avropa İttifaqı dron ordusu yarada bilər...

13.12.2024 | 14:23
Mənzil özəlləşdirmək üçün sənədlərin tələb edilməsi qaydası dəyişir

13.12.2024 | 14:11
ABŞ Gürcüstan rəsmilərinə viza məhdudiyyəti qoydu...

13.12.2024 | 14:10
Göyçayda pirotexniki vasitələr satan şəxs saxlandı

13.12.2024 | 14:00
Tanınmış restoranlar MICHELIN Guide İstanbul, İzmir, Muğla 2025 seçiminə qoşuldu

13.12.2024 | 13:51
Bakıda 15700 manatlıq mənimsəmə - şirkətin soyuducularını satıb pulunu ələ keçirdi

13.12.2024 | 13:28
Bakıda narkokuryerlərə qarşı əməliyyat keçirildi, saxlanılanlar var - FOTO/VİDEO

13.12.2024 | 13:17
Heydər Əliyevin Azərbaycan Respublikasının milli təhlükəsizlik siyəsətinin formalaşmasında və inkişafında rolu

13.12.2024 | 13:13
Müdafiə Nazirliyində daha bir maliyyə xidmət rəisi məsuliyyətə cəlb olundu

13.12.2024 | 13:03
Что стоит за американской любовью к Армении? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.12.2024 | 12:50
Tramp Avropa ölkələrinin Ukraynaya əsgər göndərməsini istədi, öz əsgərlərini isə göndərmir…

13.12.2024 | 12:47
Ali Məhkəmədən qərar - kommunal borc bu hallarda silinəcək...

13.12.2024 | 11:16
Dələduzluqda şübhəli bilinən 3 nəfər saxlandı

13.12.2024 | 11:03
Sabah Gürcüstanın taleyi həll olunacaq - CANLI

13.12.2024 | 10:54
Hərbi xidmətə çağırış müddətinin yuxarı həddinin 30 yaşa endirilməsi təklif olunur

13.12.2024 | 10:40
Narkotik qəbul edib avtoşluq edən sürücü həbs olundu

13.12.2024 | 10:28
Paşinyan Moskvaya getdi

13.12.2024 | 09:37
ABŞ Ukraynaya yarım milyard dollarlıq yeni yardım paketini açıqladı

13.12.2024 | 09:24
Özəl pensiya fonduna rəsmi start verildi...

13.12.2024 | 08:38
Plastik cərrahlar göbələk kimi qaynayır - Səhiyyənin gözləmə mövqeyi təəccüblüdür...

12.12.2024 | 21:17
Türkiyənin İran və Rusiyaya xəyanəti? - Duqinin sərsəmləmələri...

12.12.2024 | 21:06
Suriya erməniləri niyə Yerevana qaçmaq istəyirlər?..

12.12.2024 | 21:01
Paşinyan Konstitusiyada Müstəqillik bəyannaməsinə istinadın təzə izahını ixtira etdi...

12.12.2024 | 20:46
Fransanın Azərbaycan iqtisadiyyatına investisiyası 1 ildə 77 dəfə artıb - inanılmaz...

12.12.2024 | 20:33
Suriya normallaşmasında Azərbaycanla Türkiyənin birgə vacib işləri var...

12.12.2024 | 20:18
Makron Fransada fövqəladə vəziyyətə hazırlaşır...

12.12.2024 | 20:03
Nazirliyin ali təhsil barədə təkliflərinə bir universitet rektorundan reaksiya yoxdur...

12.12.2024 | 19:49
Ermənilər Messinin Bakıya gəlişindən odlanıblar - "Biz də acığa Ronaldonu İrəvana gətirməliyik"...

12.12.2024 | 19:32
Şəhid şair Teymur Turan - son sorağı Soltanlıdan gəldi...

12.12.2024 | 19:18
Ermənistanın Suriyada terror dayaqları məhv oldu, İrəvan muzdlu dəstələrin köməyini itirdi...

12.12.2024 | 19:04
ABŞ-ın, Rusiyanın, Avropanın Suriya siyasətinə türk faktoru yön verəcək...

12.12.2024 | 18:48
Rusiya Əsədi təslim etməsə, Hmeymim bazası ölkədən çıxarılacaq...

12.12.2024 | 18:34
Əsədin muzdlu qatilləri Qarabağda Ermənistan ordusunun sıralarında...

12.12.2024 | 18:20
Ermənistan Fransa ilə növbəti Müdafiə Əməkdaşlığı proqramını imzaladı...

12.12.2024 | 18:06
Azərbaycan ailəsində braziliyalı dayələrə və aşpazlara üstünlük(?) verilir...

12.12.2024 | 17:53
Roma Papası Korsika xalqının Fransa ilə mübarizəsinə laqeyd qalmamalıdır...

12.12.2024 | 17:40
Dövlət maraqlarının hədəfə alınması ölkənin uğurları ilə bağlıdır...

12.12.2024 | 17:27
Dövlətçiliyin xilası Heydər Əliyevin müvəqqəti atəşkəs qərarından başladı...

12.12.2024 | 17:14
Böyük layihədə dövlətin 2 faiz payının SOCAR-a verilməsi nə deməkdir...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031