Netanyahu israilli girovlara görə HƏMAS-a bir neçə milyon dollar təklif etməyə hazırlaşır...
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada girovları götürənlərə (HƏMAS) hər girovun azad edilməsi üçün bir neçə milyon dollar təklif etməyə hazırdır. Bu barədə İsrail mediası məlumat yayıb.
Bununla yanaşı, o da bildirilir ki, baş nazir girovları azad edəcək şəxslərin və onların ailə üzvlərinin Qəzzadan təhlükəsiz çıxışını təmin etməyə də hazırdır.
Anonim mənbənin verdiyi məlumata əsasən, Netanyahu bugünkü məsləhətləşmə görüşündə bu istiqamətdə göstərişlər verib.
TAHİR