şənbə günü, 04 aprel 2026
     

Prezident İlham Əliyevə “Çingiz Aytmatov ordeni" təqdim edildi - FOTO/YENİLƏNDİ

Image


Noyabrın 5-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "Çingiz Aytmatov" ordeni təqdim edilib. Dövlətimizin başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyinə gəldi.

Prezident İlham Əliyev əvvəlcə ev-muzeyi ilə tanış oldu.

Məlumat verildi ki, muzey Bişkek yaxınlığındakı "Ala-Arça" dövlət iqamətgahında - 1986-cı ildən yazıçının ömrünün son 20 ilini yaşadığı evdə yerləşir. Qırğız xalqının böyük oğlunun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə burada yaşayıblar.

Ev-muzeyi Çingiz Aytmatovun həyat yoldaşı Mariya Urmatovna, övladları Eldar və Şirinin təşəbbüsü ilə 2014-cü il dekabrın 12-də açılıb.

Çingiz Aytmatovun kiçik oğlu Eldar yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev-muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.

Evin ikinci hissəsində Eldar Aytmatov və ailəsi yaşayır. Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.

Dövlətimizin başçısı ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazdı.

Qeyd edək ki, dünyaşöhrətli yazıçının zəngin bədii irsinə Azərbaycanda da hər zaman böyük maraq olub. Ulu Öndər Heydər Əliyev Çingiz Aytmatovu "Türk dünyasının fəxri" adlandırıb. Prezident İlham Əliyev 2008-ci ildə bir nömrəli "Dostluq" ordenini Çingiz Aytmatova təqdim edib. Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə bu il aprelin 24-də Bakı şəhərində Çingiz Aytmatovun abidəsi açılıb.

Sonra Prezident İlham Əliyevə "Çingiz Aytmatov" ordeninin təqdim edilməsi mərasimi oldu.

Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov çıxış edərək dedi:

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Bu gün mən "Çingiz Aytmatov" ordenini Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təqdim etmək şərəfinə nail oluram. Bu mükafat dərin hörmətin və yüksək nüfuzun rəmzidir. Bu, humanist dəyərlərin möhkəmləndirilməsinə, mədəni dialoqun dəstəklənməsinə və böyük yazıçımızın yaradıcı irsinin qorunub saxlanmasına Sizin verdiyiniz müstəsna töhfəyə görə minnətdarlıq əlamətidir.

Çingiz Aytmatov yalnız yazıçı deyil, həm də xalqlar arasında sülh, qarşılıqlı anlaşma və birlik ideyalarını təbliğ edən əsl körpü olub. Cənab Prezident, bu gün biz bu prinsiplərin Sizin fəaliyyətinizdə necə təcəssüm etdiyini görürük. Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətlərarası mübadilənin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir, digər ölkələrlə dinc və yaradıcı münasibətləri təşviq edir.

İcazə verin, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində və Çingiz Torekuloviçin həyatını həsr etdiyi dəyərlərin təbliğində yorulmaz səylərinizə görə Çingiz Aytmatov Beynəlxalq Fondu adından Sizə dərin təşəkkürümü bildirim. İnanırıq ki, Sizin səyləriniz sayəsində Aytmatovun adı bundan sonra da xalqları birləşdirəcək, mədəni tərəqqi və humanizm rəmzi olacaqdır.

Dərin hörmət və qürur hissi ilə Sizə müasir dünyada və ümumi mədəni irsimizin qorunub saxlanmasında oynadığınız rola verilən yüksək qiymətin əlaməti olan "Çingiz Aytmatov" ordenini təqdim edirəm. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Eldar Aytmatov: İcazənizlə, ordeni təqdim edim.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Dövlətimizin başçısına "Çingiz Aytmatov" ordeni təqdim edildi.

Eldar Aytmatov: Qeyd etmək istəyirəm ki, bu bir nömrəli orden Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə təqdim olunur və həmçinin ilk dəfə Azərbaycanın bir nömrəli "Dostluq" ordeni Azərbaycan Prezidenti tərəfindən Çingiz Aytmatova təqdim edilib. Sağ olun.

Prezident İlham Əliyev çıxış edərək dedi:

-Sağ olun. Bu yüksək mükafata görə çox sağ olun. Fəaliyyətimə verilən bu qiymətə görə Çingiz Aytmatov Fonduna, həmçinin onun ailə üzvlərinə və yaxınlarına minnətdarlığımı bildirmək istəyirəm. Həm də bu ordeni onun yaşadığı, işlədiyi, yazıb-yaratdığı, ruhunun indi də dolaşdığı evdə almaq mənim üçün böyük şərəfdir. Mən buraya gələrkən təbii ki, Çingiz Torekuloviçin evinin necə olması barədə fikirləşirdim və məhz orada rahat, isti, yaxşı, yaxınlarının, əzizlərinin əhatəsində olduğu, yaşadığı, işlədiyi və böyük sənət yaratdığı evi gördüm. Onun yaradıcılığı bütün dünyaya məxsusdur. Qeyd etdiyiniz kimi, onun kitabları 185 dilə, demək olar ki, bütün dillərə tərcümə olunub. Bu gün sizdən öyrəndim ki, onun kitablarının yenidən, xüsusən, yeni tərcümədə nəşrinə tələbatın olması onu göstərir ki, Çingiz Aytmatovun həyata, insanlara, təbiətə, öz xalqına münasibətdə sözünə, fikirlərinə ehtiyac var. Sözsüz ki, onun yaradıcılığı bütün mümkün sədləri ötüb keçib və əbədi olaraq oxucuları sevindirəcək, düşünməyə, yəqin ki, bir çox məsələləri yenidən başa düşməyə sövq edəcək. Çünki onun yaradıcılığını çox sevən və bir çox əsərlərini oxuyan insan kimi deyə bilərəm ki, məhz onlar səni düşünməyə, hətta cəmiyyətə, dünyaya, təbiətə, öz fəaliyyətinə yenidən nəzər salmağa vadar edir. Atam Heydər Əliyevin dediyi kimi, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, həm də bütün Türk dünyasının fəxridir. Artıq dediyim kimi, o, dünyaşöhrətli yazıçı, ictimai xadim idi və onun əsərləri müxtəlif mədəniyyətlərə məxsus, müxtəlif qitələrdən olan insanlar tərəfindən başa düşülürdü. Amma, eyni zamanda, onun əsərlərini oxuduqda görürsən ki, Çingiz Aytmatov məhz öz ölkəsinin, öz xalqının problemlərinə dərindən nüfuz edirdi, Qırğızıstanı necə tanıyırdı, öz xalqını necə sevirdi və öz xalqının nümayəndələrini təsvir edirdi. Yəni, o, sırf milli yazıçı idi, eyni zamanda, bütün dünya tərəfindən başa düşülürdü. Zənnimcə, onun mütəfəkkir kimi nadirliyinin sirri də bundadır.

Çingiz Aytmatova Azərbaycanda olan münasibətə gəldikdə, zənnimcə, bu barədə danışmağıma ehtiyac yoxdur. Onu bir insan kimi sevirdilər, onun çoxlu dostu var idi, bir sıra fotoşəkillər onun Azərbaycanın mədəniyyət xadimləri ilə görüşlərini əks etdirir. Həmçinin Heydər Əliyev və Çingiz Aytmatov bir-birinə böyük hörmətlə yanaşırdılar, onların çoxlu görüşləri olmuşdur və mənim atamdan gətirdiyim sitat məhz onun Çingiz Torekuloviçə bəslədiyi hisslərin təzahürüdür.

Bizim görüşümüzü xatırlayıram, yeri gəlmişkən, 2008-ci ildə görüşümüzü əks etdirən fotoşəkil digərləri ilə birlikdə burada nümayiş etdirilir. Siz də qeyd etdiniz ki, ilk "Dostluq" ordeni Çingiz Aytmatova təqdim olunub. Həmin vaxt bu orden mənim tərəfimdən, mənim təşəbbüsümlə yenicə təsis olunmuşdu. Açığını desək, düşünürdüm ki, hər halda rəqəmlərdə bir rəmzilik var, fikirləşirdim ki, bu bir nömrəli ordeni kimə təqdim edək. Sözsüz ki, ilk ağlıma gələn o oldu ki, onu Türk dünyasının hər hansı bir nümayəndəsinə verək. Sonradan sanki fikirlər ard-arda gəldi və qərar verildi. Bəlkə də bədahətən oldu, amma digər tərəfdən, bədahətən verilən bütün qərarlar sənin tərəfindən əvvəlki dövrdə dərindən düşünülmüş olur. Ona görə də bu, tamamilə şüurlu, yeganə düzgün qərar idi. O da bizim üçün xüsusi qürur mənbəyidir ki, bir nömrəli "Dostluq" ordeni Çingiz Torekuloviçə təqdim edilib. Mən bu il Bakıda onun abidəsinin açılışında çıxış etdim. Çingiz Aytmatovun heykəli mərkəzi küçələrdən birində ucaldılıb. Mən dedim ki, onun tezliklə aramızda olmayacağını güman etmirdik. Çünki o, Bakıya yaxşı əhvali-ruhiyyədə gəlmişdi, biz onunla çoxlu söhbət etdik, o, gələcək planlarından danışırdı, çox yaxşı görünürdü, mən buna ürəkdən sevindim. Amma bir neçə aydan sonra o, vəfat etdi. Əlbəttə, bu, kədər hissi doğurur, çünki o, hələ yaşaya, öz yaxınlarını sevindirə, onları qayğısı və şəfqəti ilə əhatə edə, həmçinin məhz bu gün aktual olan xeyli sayda əsər yarada bilərdi. Çünki onun bu dünyadan köçdüyü vaxtdan bəri həm bizim regionumuzda, həm də dünyada çoxlu hadisələr baş verib, zənnimcə, onun sözü çox mühüm olardı, təkcə bizim regionumuz üçün deyil, həm də ümumilikdə dünya siyasəti üçün. Çünki o, yaradıcılıq fəaliyyəti ilə yanaşı, həmçinin çox nüfuzlu ictimai xadim idi.

Məni Çingiz Torekuloviçin ocağına dəvət etdiyiniz, bu mükafata layiq gördüyünüz üçün sizə bir daha təşəkkür etmək istəyirəm. Sizi yaxın vaxtlarda Bakıya dəvət etmək, ailənizlə, Çingiz Torekuloviçin balaca davamçıları ilə birlikdə qonağımız olmağınızı istəyirəm. Onun abidəsini ziyarət etsinlər və onu tanıyanlarla, sevənlərlə ünsiyyətdə olsunlar. Bir daha təşəkkür edirəm.

Eldar Aytmatov: Çox sağ olun.

X X X

Daha sonra Prezident İlham Əliyev və Çingiz Aytmatovun ailə üzvləri birgə çay süfrəsi arxasında söhbət etdilər.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olundu.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər – qlobal neft böhranı daha da dərinləşəcək...

NATO və AB-nin acığına Tramp Rusiya ilə "Dostluq sazişi" imzalayacaq...(?)

SON XƏBƏRLƏR

03.04.2026 / 23:26
İsrail İrana hücumlarını təxirə saldı – səbəb...

03.04.2026 / 23:10
ABŞ ŞOKda - İran Fars körfəzində daha bir Amerika təyyarəsini vurdu

03.04.2026 / 22:55
Makron Trampa daha müdrik reaksiya verdi - “ona qoşulmaq istəmirəm...”

03.04.2026 / 22:34
ABŞ İrana 48 saatlıq atəşkəs təklif etdi - Tehrandan rədd cavabı...

03.04.2026 / 22:17
İrandan ABŞ-ı şoka salan daha bir hücum - vurulan F-15-in pilotunu axtaran ABŞ helikopteri də vuruldu...

03.04.2026 / 21:42
Putin Zəngəzur dəhlizi məsələsinə açıq hücum tapşırığı verdi - Paşinyanla görüşdən sonra nə oldu...

03.04.2026 / 21:17
TDT aparıcı dünya təşkilatlarının sırasına nə zaman daxil ediləcək?...

03.04.2026 / 20:53
TDT İran müharibəsində təsirli rol oynamağa çalışır - İlham Əliyev daha bir prosesi açıqladı...

03.04.2026 / 20:20
Qardaş dövlətlərin Qarabağa bərpa dəstəyi - qeyri-türk dövlətlərə tənə edildi...

03.04.2026 / 20:12
Şirazda Çin istehsalı PUA vuruldu - İran BƏƏ və Səudiyyədən şübhələnir...

03.04.2026 / 20:09
ABŞ rəsmiləri: İranda vurulan F-15 qırıcısının ekipaj üzvlərindən biri xilas edilib

03.04.2026 / 19:49
İranın vurduğu ABŞ qırıcısı ilə bağlı yeni iddia – pilotun başına pul qoyuldu, ABŞ-ın xilasetmə əməliyyatı uğursuz oldu...

03.04.2026 / 19:26
Avropadan enerji böhranı ilə bağlı qorxunc etiraf - yanacaq satışı məhdudlaşdırıla bilər...

03.04.2026 / 18:57
BƏƏ-nin ən böyük qaz emalı zavodu vuruldu...

03.04.2026 / 18:32
Tramp: “Çox qısa vaxtda Hörmüz boğazını asanlıqla aça, nefti götürə və sərvət qazana bilərik”

03.04.2026 / 18:27
Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib

03.04.2026 / 18:17
İranda ABŞ helikopterlərinə qarşı hücuma silahlı qəbilələr də qoşuldu

03.04.2026 / 18:06
Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu

03.04.2026 / 17:58
Tramp Starmeri zəif olmaqda ittiham edib

03.04.2026 / 17:41
"Qlobal gərginliklərə baxmayaraq, Azərbaycanda siyasi sabitlik qorunub saxlanılıb" - DTX rəisi

03.04.2026 / 17:34
İran prezidenti: “Bu, kütləvi müharibə cinayətidir”

03.04.2026 / 17:19
Tramp İranda vurulacaq yeni hədəfləri açıqladı - razılaşma olmasa...

03.04.2026 / 16:50
İsrail Kamal Xərrazini ABŞ-İran danışıqlarını pozmaq üçün vurdu (?)...

03.04.2026 / 16:27
Nizami Kino Mərkəzinin binasına müdaxilə Bakının arxitekturasına qarşı böyük cinayətdir...

03.04.2026 / 16:18
Trampa ağılasığmaz yeni "İran planı" təqdim olunub...

03.04.2026 / 16:09
Prezident =minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif etdi

03.04.2026 / 16:01
İran ABŞ-ın məşhur F-35 qırıcısını vurdu - 12 saatda iki təyyarə...

03.04.2026 / 15:50
Azərbaycanda terror fəaliyyəti ilə bağlı cəzalar sərtləşdirilir

03.04.2026 / 15:49
ABŞ Konqresinə aralıq seçkidə poçtla səsvermə ləğv olundu - seçki nəzarətə götürülür...

03.04.2026 / 15:35
Pentaqonda "ört-basdır" qalmaqalı – ABŞ-ın İran müharibəsindəki itkiləri gizlədilir...

03.04.2026 / 15:11
Taksi avtomobillərinə sığorta haqları üzrə xüsusi əmsallar tətbiq ediləcək

03.04.2026 / 15:02
ABŞ İran rəhbərliyində bəzi şəxsləri məqsədli olaraq məhv etmir - niyə?

03.04.2026 / 14:47
Trampın komandasında daha bir iri fiqur istefa etdi - seçki yaxınlaşdıqca...

03.04.2026 / 14:30
İran vətəndaşları ilə əlbir olaraq ölkəyə narkotik gətirənlər yaxalandı

03.04.2026 / 14:12
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlər saxlandı...

03.04.2026 / 13:45
"Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb" - Hikmət Hacıyev

03.04.2026 / 13:30
Putin MDB ölkələrində seçkilərə açıq müdaxiləyə başlayır - ilk addım...

03.04.2026 / 13:13
Azərbaycanın sayəsində Avrasiya üçün yeni transsərhəd nəqliyyat arxitekturası yaradılır...

03.04.2026 / 12:59
Erməni cəmiyyəti Serj Sarkisyanı və partiyasını tarixə “gömür”...

03.04.2026 / 12:20
Tramp İranda hakimiyyəti dəyişdirmək niyyətindən əl çəkdi...

03.04.2026 / 12:08
Çin və Pakistan Trampın 15 maddəlik İran sülhünə 5 maddəlik sənəd çıxardı...

03.04.2026 / 11:56
Putin Paşinyanı Ukraynanın taleyi ilə hədələyir...

03.04.2026 / 11:51
Problemli kreditlərin təhlükələri artmaqda davam edir...

03.04.2026 / 11:47
Erməni müxalifətində dərinləşən parçalanma Paşinyan iqtidarının qalibiyyət şanslarını artırır

03.04.2026 / 11:39
"Türkiyə və Azərbaycanın qətiyyətli liderlərinin olması böyük üstünlükdür" - Cevdet Yılmaz

03.04.2026 / 11:19
Ermənistanın konteynerləri Bəndər Abbasda itib…

03.04.2026 / 10:55
Azərbaycan və Türkiyə hərbçiləri “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər - FOTO

03.04.2026 / 10:34
Tiflisdəki Azərbaycan teatrının binasının vəziyyəti Gürcüstan Ombudsmanın hesabatında

03.04.2026 / 10:15
Azərbaycan neftinin qiyməti 141 dolları keçdi...

03.04.2026 / 10:05
İsveçrə Gürcüstan rəsmiləri üçün vizasız rejimi dayandırıb

03.04.2026 / 09:47
Göyçayda “VAZ”la avtoxuliqanlıq edən şəxs həbs olundu

03.04.2026 / 08:01
Dövlət Duması Moldovanın MDB-dən çıxmasını intihar adlandırdı

03.04.2026 / 07:44
Avstraliya Xüsusi Təyinatlılarını Yaxın Şərqə yerləşdirir - Telegraph

03.04.2026 / 07:32
ABŞ İrana hücumlarda bir illik JASSM raket tədarükünü xərcləyib…

03.04.2026 / 07:14
ABŞ-ın Aya göndərdiyi kosmik gəmidə tualet problemi yaranıb

03.04.2026 / 06:49
Tramp ABŞ Baş prokurorunu işdən çıxardı - Epşteyn işi…

02.04.2026 / 23:26
Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər: Şamaxı soyqırımı (Mart-aprel 1918-ci il)

02.04.2026 / 22:10
Mənim yadkən doğma anam

02.04.2026 / 20:57
Paşinyan Putinin sirrini açdı - “siz bunu mənə həm də şəxsən demişdiniz”...

02.04.2026 / 20:45
Pezeşkian Prezident İlham Əliyevə zəng etdi

02.04.2026 / 19:44
Tramp ABŞ-ın ən “qədim” müttəfiqi ilə də münasibətləri pozdu

02.04.2026 / 19:15
Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

02.04.2026 / 18:52
Rusiya sahibkarları Paşinyan hakimiyyətinə qarşı üsyana qaldırır...

02.04.2026 / 18:41
Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

02.04.2026 / 18:28
İnklüziv inkişafda özəl sektorun rolu - Elnar Musayev yazır

02.04.2026 / 18:14
İrəvana hibrid təhdid oyunu - Zaxarova nəyi nəzərdə tutdu...

02.04.2026 / 17:35
Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər – qlobal neft böhranı daha da dərinləşəcək...

02.04.2026 / 17:21
Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edildi

02.04.2026 / 17:08
Sürücülər üçün yeni sığorta formulu tətbiq edildi...

02.04.2026 / 16:56
“Bizdə media azaddır, seçki var, rus pasportluları seçkiyə buraxmarıq” - Paşinyan Putini həssas yerlərdən vurdu...

02.04.2026 / 16:40
Biləsuvarın Çaylı kəndində doğuldu, Qarabağımızda Zəfər tarixini yazanlardan oldu – Amid Əliyev

02.04.2026 / 16:33
Azərbaycanda TikTok istifadəçiləri üçün yeni qayda tətbiq olundu

02.04.2026 / 16:17
Paşinyan Moskvaya mesaj - "Rusiya şirkəti ilə sazişi pozmaq üçün rıçaqımız var, ancaq..."

02.04.2026 / 16:01
Namiq Dəlidağlının Qırğızıstanda kitabı nəşr edilib

02.04.2026 / 15:25
Vensin İrəvanda imzaladığı nüvə sazişinə Kreml dərhal “kontr” qoydu...

02.04.2026 / 15:08
Bu universitetdə dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb olunur - Dövlət Agentliyindən açıqlama...

02.04.2026 / 14:55
Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol...

02.04.2026 / 14:55
Nizami Kino Mərkəzi müdaxilə - polis araşdırmaya başladı- FOTO

02.04.2026 / 14:35
Paşinyan Putinə üz-üzə mesaj verdi - "biz bu hərəkatı davam etdirməyəcəyik"...

02.04.2026 / 14:23
NATO və AB-nin acığına Tramp Rusiya ilə "Dostluq sazişi" imzalayacaq...(?)

02.04.2026 / 14:20
"Orta Dəhliz hər birimizin marağına cavab verir" - Prezident

Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

XƏBƏR ARXİVİ