KÖHNƏ VERSİYA            

Ermənistanda COP17-nin keçirilməsini pozmaq üçün ciddi əsaslarımız var...

Image

Sadıq Qarayev: “Azərbaycan Ermənistanın bütün ekosid cinayətlərini, ekoloji terror aktlarını faktlarla, sübutlarla sənədləşdirib onun əsasında COP17-ni təsis edən quruma müraciət göndərməlidir”

Məlum olduğu kimi, Tərəflərin COP17 Biomüxtəliflik Konfransı 2026-cı ildə Ermənistanda keçiriləcək.

COP17-nin Ermənistanda keçirilməsi nə dərəcədə düzgündür? Nəzərə alsaq ki, Ermənistan bizim təbiərimizi məhv edib, biomüxtəlifliyə ziyan vurub, bu halda Ermənistanda biomüxtəlifliyin qorunması ilə bağlı konfransın  keçirilməsi, yumşaq desək, gülməli görünür. Çünki Ermənistan Azərbaycanda meşələri məhv edib, flora və faunaya qarşı terror hərəkəti edib. Əslində Ermənistanın bu tədbirə ev sahibliyi etməsindən əvvəl onun 30 il işğal dövründə bu ölkənin Azərbaycanın fauna və florasına vurduğu ziyan dəqiq hesablanmalı idi. Yalnız Ermənistan bu məsələdə məsuliyyətini etiraf edəndən sonra onun belə bir tədbir keçirilməsinə razılıq vermək olardı.

Ermənistanda COP17 - nin keçirilməsinə qarşı Azərbaycan hansı addımları ata bilər? Bunun qarşısını necə ala bilərik?

“Müraciətdə göstərilməlidir ki,  Ermənistan Azərbaycan ərazisində ekosid törədib, biomüxtəlifliyə ziyan vurub...”

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, ekspert Sadıq Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, bir mütəxəssis kimi elmə, ekologiyaya, mədəniyyətə, idmana siyasətin qarışdırılmasının əleyhinədir. O vurğuladı ki, elm elmdir və burada siyasətin yeri olmalı deyil. S.Qarayevin sözlərinə görə, iqlim dəyişmələri ilə bağlı COP29-un, yaxud biomüxtəlifliklə əlaqədar COP17-nin siyasətə qarışdırılması düzgün deyil, çünki bu, dünyanın qlobal problemidir. “Təəssüf ki, Ermənistan və havadarları belə məsələləri siyasi müstəviyə gətirirlər. Azərbaycanda COP29 keçiriləcək. İndi bəzi dövlətlər istəyirlər ki, hansısa maraqları üçün Azərbaycana təzyiq etsinlər.  Cənub qonşumuzdan tutmuş Ermənistana, Fransaya qədər hamısı var. Bunların da əsasında bizim qələbəmizi, uğurlarımızı həzm edə bilməmək siyasəti dayanır. Ona görə də COP29 ərəfəsində Azərbaycana qarşı müxtəlif çirkin kampaniyalar aparırlar, şər atırlar. 

Biomüxtəlifliklə bağlı COP17-nin Ermənistanda keçirilməsi qərarı da siyasi mənaya gəlir. Necə oldu ki, biomüxtəliflik konfransını bugünə qədər Ermənistanda keçirmək heç kəsin ağlına gəlmədi, indi ağıllarına gəldi? Guya bunu öz aləmlərində COP29-a alternativ kimi ortaya atırlar”.

S.Qarayevin sözlərinə görə, necə ki, 30 il ATƏT-in Minsk qrupunun həmsədrləri gəlib bizim başımızın altına “yasdıq” qoyurdular, gəlib burda bir söz, burdan gedəndən sonra isə başqa söz deyirdilər, ermənipərəst mövqedən çıxış edirdilər. “COP29 Azərbaycanda keçirilir deyə Ermənistanın havadarları, ona siyasi dəstək verənlər istəyirlər ki, COP17-ni də orda keçirsinlər ki, Ermənistanın olmayan imici, nüfuzu qalxsın. Yəni Azərbaycan beynəlxalq iqlim tədbiri keçirir, siz də biomüxtəliflik tədbiri keçirin. 

Birincisi, COP29-un Azərbaycanda keçirilməsinin bir sıra real, elmi səbəbləri var. Bizim ərazilərimizin işğalda olan hissəsi azad olandan sonra orada Ermənistanın həyata keçirdiyi ekoloji terrorun vurduğu ziyanların aradan qaldırılması üçün çoxlu tədbirlər görülür, yol qıraqlarında, Hadruta gedəndə Şuşa yolunun qırağında nə qədər ağaclar əkilir. Amma artıq mövcud olmayan qondarma rejim orda haranısa “qoruq” etmişdimi? Hardasa bir yaşıllıq salmışdımı? Əksinə, ermənilər bizim Ağdam, Xocalı, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi şəhərlərin özlərini də, mədəni florasını da tamamilə məhv ediblər. 400-ə yaxın kəhriz qurudulub. Bütün bunlar hamısı ümumi bəşəriyyətin, təbiətin problemidir. Təbiət bütün bəşəriyyətindir. Biz bunları bərpa edirik, Ermənistan isə torpaqlarımızı işağlad saxladığı 30 ildə biomüxtəlifliyi məhv edib. Ermənilər biomüxtəlifliklə bağlı heç bir iş görməyib. Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə siyasətini, gördüyü işləri əsas götürüb COP29-u ölkəmizdə keçirirlər. Amma COP17-nin Ermənistanda keçirilməsinin heç bir əsası yoxdur. Bunu bizim bəhsimizə keçirdirlər. Onlar elmi, təbiəti qorumağı siyasi müstəviyə gətirib çıxarmaq məqsədi güdür”.

S.Qarayevin fikrincə, Azərbaycan COP17-nin Ermənistanda keçirilməsinin qarşısını almaq üçün  elmi əsaslara, faktlara söykənib tədbir görməlidir. Azad ərazilərimizdə vaxtilə Ermənistanın törətdiyi ekosid cinayətləri barədə  Ermənistana səs verən ölkələrə ayrıca məlumatlar göndərilməli olduğunu deyən S.Qarayev bildirdi ki, ermənilərin təbiətə, ekologiyaya qarşı törətdiyi terror aktı bir daha dünyanın diqqətinə çatdırılmalıdır. “Müxtəlif aidiyyəti qurumlar tərəfindən elmi əsaslara, faktlara istinad edib COP17-ni təsis edən təşkilata müraciət edilməlidir. Müraciətdə göstərilməlidir ki,  Ermənistan Azərbaycan ərazisində ekosid törədib, biomüxtəlifliyə ziyan vurub,  400-dən artıq kəhrizimizi qurudub, su hövzələrini kəskin şəkildə çirkləndiriblər, meşələrimizi qırıblar, flora və faunamızı məhv ediblər. Bütün rəqəmlər əlimizdədir, təkzibolunmaz faktlarımız var. 

Ağdamın işğaldan əvvəlki fotosunu və azad olunandan sonrakı şəklini qoyub qeyd etmək lazımdır ki, bu şəhərin mədəni florası, ağaclar, kollar, əkin sahələri məhv edilib, torpaqlar eroziyaya uğradılıb, şoranlaşıb. Bundan başqa, ermənilərin Azərbaycan ərazisini tərk edərkən meşələrə divan tutmaları, od verib yandırmaları, ağacları qırmaları, torpaqları çirkəndirmələri göstərilməlidir. 

Belə bir dövlət necə biomüxtəlifliyin qorunmasını təşviq edən tədbir keçirə bilər ki, o özü təbiət düşmənidir?

COP17-nin Ermənistanda keçirilməsinə səs verən dövlətlər bilməlidir ki, bu ölkə Oxçuçayı ağır metallarla çirkəndirir. Azərbaycan Ermənistanın bütün ekosid cinayətlərini, ekoloji terror aktlarını faktlarla, sübutlarla sənədləşdirib onun əsasında COP17-ni təsis edən quruma müraciət göndərməlidir.  Bu prosesə   dünyanın biomüxtəlifliklə bağlı təşkilatlarını, qurumlarını da cəlb etməliyik. Eyni zamanda müxtəlif aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlamalıyıq. Yaxşı olar ki, əvvəlcə bu istiqamətdə beynəlxalq elmi konfranslar təşkil olunsun”.

S.Qarayevin sözlərinə görə, həm torpaqla, həm su hövzələri, həm biomüxtəlifliklə bağlı alimlər məruzə ilə çıxış etməli, o konfransın materialları əsasında ciddi bir sənəd ortaya qoyulmalı və həmin təşkilatlara müraciət qəbul olunmalıdır. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031