KÖHNƏ VERSİYA            

Vətənə məhəbbət və insanlığa sevgi ilə yaşanan ömür

Image

Ölkəmizin elmi-mədəni və ictimai mühitində zəngin erudisiyası, peşəkarlığı, zəhmətkeşliyi və təvazökarlığı ilə seçilən bir ad var: Respublikanın əməkdar müəllimi, professor, fiologiya elmləri doktoru Mahirə xanım Hüseynova.

Müəllifi olduğu otuzdan çox elmi kitabı, dörd yüzdən çox elmi məqaləsi, on altı şeir kitabı, 10-dan çox dərslik və metodik vəsait, ali məktəblər üçün tərtib etdiyi seçmə fənn proqramları Mahirə xanımı müasir Azərbaycan dilçiliyinin görkəmli müətəxəssislərindən biri kimi tanıtdırıb. Görkəmli alimin çoxsaylı elmi tədqiqatlarda öz əksini tapmış elmi-nəzəri görüşləri Azərbaycan dilçilik elmində və türkologiya sahəsində tədqiqatlar aparan yüzlərlə araşdırmaçı üçün etibarlı istinad mənbəyidir.

Azərbaycan filologiya elminin inkişafına böyük töhfələr vermiş məhşur türkoloq alim, mərhum Həsən Mirzəyevlə ömrünün sonuna yaxın yaranmış şəxsi əlaqəm onun haqqında bütün yazılanları oxumağıma səbəb olmuşdu. Sonuncu telefon danışığımızdan sonra o müəllifi olduğu kitabların hər birindən bir nüsxə mənə göndərmiş və apardığım araşdırmalar üçün faydalı olacağını demişdi. Mahirə xanımı da ilk dəfə qiyabi olaraq Həsən müəllimlə bağlı yazılarından tanıdım. Görkəmli alim və ictimai xadim Həsən Mirzəyevin milli elmimizin və bütövlükdə ziyalı cəmiyyətimizin inkişafı yolunda göstərdiyi xidmətlər Mahirə xanım tərəfindən yazılmış "Alim təfəkkürünün itiliyi", "Dərdi dərin Həsən Mirzə", "Həsən Mirzəyev və Azərbaycan dilində feil", "Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri" adlı kitablarda geniş təhlil olunub. Bu yazıların hər sətrində təvazökar və fədakar bir müəllimə övlad məhəbbəti, onun elmi irsinə əsil ziyalı rəğbəti bütün səmimiyyəti ilə özünü göstərir. Elə Mahirə xanımın yazılarından anladım ki, hələ gənc yaşlarından etibarən onun tədqiqatçılıq bacarıqlarının cilalanmasında, peşəkar alim kimi yetişməsində Həsən müəllim müstəsna rol oynayıb. Təd-

qiqatlarının önəmli bir hissəsini də məhz Həsən müəllimin elmi irsinin araşdırılmasına həsr etməklə Mahirə xanım ustad qarşısında mənəvi borca sədaqətin ən nəcib örnəyini yaradıb.

Həsən Mirzəyev məktəbi Mahirə xanımın özünün geniş diapazonlu elmi və bədii yaradıcılığında da dərin iz buraxıb. Həsən müəllimə xas olan sadəlik, elmi fədakarlıq və təvazökarlıq özünü Mahirə xanımın ictimai mövqeyində, elmi tədqiqatlarında və bədii yaradıcılığında çox aydın şəkildə göstərir.

Hər bir alimin fəaliyyəti onun intellektual qabiliyyətləri və zəhmətkeşliyi ilə yanaşı, həm də öz peşəsinə və gördüyü işə məhəbbəti ilə tamamlandıqda daha məhsuldar olur və beləcə, gələcək nəsillər üçün uzun zaman istinad olunacaq dəyərli elmi əsərlər doğulur. Bu mənada, Mahirə xanımın yaradıcılığında intellektual düşüncə, ictimai fikir, istedad, zəhmətkeşlik və bütün bunlarla yanaşı öz peşəsinə məhəbbət və sədaqət bir-birini tamamlayır və bu keyfiyyətlər onun fədakar müəllim və yorulmaz tədqiqatçı alim obrazını yaradır.

Professor Mahirə Nağıqızının ədəbi-elmi yaradıcılığının böyük bir hissəsini Qərbi Azərbaycanla bağlı elmi-ictimai əhəmiyyət kəsb edən əsərlər təşkil edir. Təsadüfi deyil ki, Mahirə xanım həm də Qərbi Azərbaycan İcmasının fəal üzvü kimi səmərəli fəaliyyət göstərir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində "Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi"nin açılması da məhz Mahirə xanımın fədakar əməyinin nəticəsidir. Professor Mahirə Hüseynovanın yenicə işıq üzü görmüş "XX əsrdə Dərələyəzdə urbisid və etnosid aktları" və 2023-cü ildə nəşr olunmuş "Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili" monoqrafiyaları tariximiz üçün müstəsna dəyər kəsb edən tədqiqat əsərləridir. Bu əsərlərdə Qərbi Azərbaycan ərazisində mövcud olmuş yaşayış məntəqələrinin adlarının elmi-nəzəri əsasları, ayrı-ayrı coğrafi ərazilərdə yayılma arealları, leksik-semantik xüsusiyyətləri tarixi-etimoloji və linqvistik-etimoloji baxımdan təhlilə cəlb olunub. Bu təhlillərdə müqayisəli təhlil metodologiyasına üstünlük verən Mahirə xanımın yeri gəldikcə, hətta ən qədim elmi mənbəyimiz olan Mahmud Kaşğarinin "Divanü-lüğat-it türk"ünə müraciət edərək elmi dəlillərlə doğru qənaətlərə nail olması mükəmməl tədqiqatçılıq səriştəsi ilə yanaşı həm də onun milli düşüncəsindən və türk təəssübkeşliyindən xəbər verir.

Alimin "Ümumtürk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" monoqrafiyası Türk dövlətləri arasında vahid informasiya məkanının aktuallığını üzə çıxaran fundamental tədqiqat əsəri olmaqla yanaşı, həm də türk dillərinin dialekt və şivələrinin öyrənilməsinə böyük töhfədir. Bu əsər türk dillərinin tarixi inkişafını izləmək üçün son dərəcə faydalı və zəngin bir elmi mənbədir. Bu monoqrafiyada əsasən, türk, qaqauz, qazax, qırğız, qaraqalpaq, Altay, tatar, uyğur dillərinin ədəbi dillərə inteqrasiyasında əsas rol oynayan dialektlər müəyyənlənləşdirilir və bu yolla qədim türk protodilləri rekonstruksiya edilir. Dil tarixi sahəsində Mahmud Kaşğaridən başlamış çağdaş Azərbaycan dilçiliyinə qədər uzun bir dövrü əhatə edən araşdırmalarında qarşıya qoyduğu problemə təkcə elmi istiqamətdə deyil, həm də metodiki istiqamətdən yanaşması Mahirə xanımın peşəkar tədqiqatçılıq səriştəsi ilə yanaşı, həm də peşəkar müəllimliyindən xəbər verir.

Mahirə xanımı digər tədqiqatçılardan fərqləndirən unikal bir cəhət ondan ibarətdir ki, onun yaradıcılıq enerjisi və düşüncə diapazonu sadəcə elmi araşdırmalar müstəvisi ilə məhdudlaşmır. Milli təəssübkeşlik, vətən sevgisi, ata yurdu nisgili və zəngin bədii təxəyyülü onu bədii yaradıcılıq yoluna çıxarır. Onun bədii yaradıcılığı öz sadəliyi və səmimiyyəti ilə bərabər, eyni zamanda vətənə məhəbbət tərənnümünün əzəməti ilə seçilir. Milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik, insansevərlik, ana Vətənin təbiətinə vurğunluq, Vətən oğullarının qəhrəmanlığına heyranlıq onun lirik yaradıcılığının ana xəttini təşkil edir. Mahirə xanımın poeziyasının və prozasının, eləcə də publisistikasının özəyində Ana - Vətən - torpaq - yurd sevgisi dayanır.

"Mənim anam" (2006), "Su at dalımca, Ana" (2006), "Ana sevgisindən doğan nəğmələr" (2008), "Yaşadacaq anam məni" (2009), "Ömrün çıraqdır sənin" (2010), "Analı dünyam" (2015), "Haqqa çağıran səs" (2015) kitablarında toplanan ədəbi nümunələri oxuduqca Ana - Vətən, Vətən - Ana məfhumlarının təhtəlşüurda bütövləşdiyini görürük:

"Orxonlardan üzü bəri yazın qalıb / Altaylardan Balkanlara izin qalıb" – deyən Mahirə xanımın "Dilimiz varlığımızdır"(2021), "Ruhuna beşiksə, tanı, Vətəndir" (2017), "Salam olsun" (2021) kitablarında toplanan şeirləri Vətəninə əsgər sədaqəti ilə bağlı olan ziyalı bir xanımın Ana dilimizə bəslədiyi sevginin bədii ifadəsidir.

Millətin taleyüklü məsələləri ilə bağlı Mahirə xanımın prinsipial vətəndaş mövqeyi bütün yazılarında, çıxışlarında və müsahibələrində özünü açıq-aydın göstərir. Müsahibələrinin birində Xocalı soyqırımı ilə bağlı düşüncələrini bölüşən Mahirə xanım deyir: “- Hə, bu, xəyalən min dəfələrlə olduğum, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının − özü elə böyük olmayan bir qəsəbənin dünya boyda dəhşət mənzərəsidir… O mənzərədə insanlığını itirən kəsin ən vəhşi heyvandan belə amansız olduğunu görmək olar… O mənzərənin vəhşəti insanın qəlbində Allahın özünə belə etiraz nidaları yaradır. … Söhbət ondan gedir ki, həmin gecə ancaq azərbaycanlı olduqlarına görə amansızlıqla öldürülən, içərisində körpələrin və qadınların da olduğu 613 nəfərin qanı laxtalanmayıb… Şəxsən mən hesab edirəm ki, o qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanındadır və Xocalı ədaləti bərqərar olmayınca, o qan laxtalanmayacaq”. Xocalı faciəsi kimi ağır bir dərdin doğurduğu acı hisslər Mahirə xanımın bədii təxəyyülündə qəmgin və hüznlü bir melodiya kimi belə səslənir:

Burdan yavaş gedin, astadan keçin,
Qəbirlər titrəyər, daş dinə bilər,
Bir güllə gücünə sükut olanlar,
Bir addım səsinə diksinə bilər.

Milli qürur hissimizi özümüzə qaytaran, tarixi ədaləti bərqərar edən, gücümüzü, bütövlüyümüzü və birliyimizi bütün dünyaya göstərən, ana torpağı azad etmək üçün tərəddüd etmədən öz canlarından keçən gənclərimizə həsr etdiyi şeirdə Mahirə xanım onların xalqımıza yaşatdığı yenilməzlik ruhunu və qürur hissini belə tərənnüm edir:

Yerə qan tökdülər, ruh göyərtdilər
Tarixi yazdılar Vətən daşında.
Minillik xalqlara dərs öyrətdilər
Bu ərən oğullar cavan yaşında.

“Şəhid nəğməsi” adlı şeirində isə müəllif şəhidlərimizin əmanət olunduğu Ana torpağı millətin ən müqəddəs məbədgahı, qutsal ünvanı kimi uca dəyərləndirir:

Şəhidlər! Şəhidlər! Öz canınızla,
Bizə yol açdınız, dövran verdiniz.
Millətə diz çöküb baş əymək üçün,
Şərəfli, müqəddəs ünvan verdiniz.

Elmi zəkası ilə yanaşı, özünün daxili aləmini – xalqla, vətənlə, torpaqla bağlı yaşanan ürək çırpıntılarını və səssiz düşüncələrini nəzm dilində yüksək məharətlə ifadə edən Mahirə Nağı qızı bütün cəhətləri ilə çağdaş dövrümüzdə yetişməkdə olan gənc nəsil üçün canlı örnəkdir. Onun bütün yaradıcılığı ədalətə inam və insanlığa sevgi ilə yoğrulub. Övladlarımız üçün belə bir örnəyin nümunəsini yaratdığına görə görkəmli alim, sevimli şair və fədakar müəllim şəxsiyyətlərini özündə birləşdirən hörmətli Mahirə xanımı doğum günü münasibətilə təbrik edirəm. Ona möhkəm cansağlığı, elmi, bədii yaradıcılıq təşəbbüslərində və pedaqoji fəaliyyətində davamlı uğurlar arzulayıram. Mahirə xanıma uzun illər arzuladığı Qarabağ zəfərinin sevincini yaşadığı kimi, on illərlə həsrətində olduğu Qərbi Azərbaycana – Dədə yurdu Dərələyəz mahalına dönməyin də sevincini yaşamağı arzu edirəm.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

"Bakı-Xəbər" youtube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

SON XƏBƏRLƏR

05.12.2024 | 13:11
ABŞ-nin Qazaxıstandakı səfiri istefa verdi

05.12.2024 | 12:00
Türkiyənin 30 vilayətində PKK-ya qarşı əməliyyat keçirilib

05.12.2024 | 11:47
Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edildi

05.12.2024 | 11:30
"Real" biabırçı antirekordunu yenə təkrarladı...

05.12.2024 | 11:10
Bu ölkədə böhran bitmir - Prezident müdafiə nazirinin istefasını qəbul edib

05.12.2024 | 11:05
Bu, torpaq deyil, insan haqları məsələsidir - Mövlud Çavuşoğlu

05.12.2024 | 11:02
Prezident İlham Əliyev Tailand Kralına məktub göndərib

05.12.2024 | 11:00
"Hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir" - İlham Əliyev

05.12.2024 | 10:47
Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb

05.12.2024 | 10:20
Bir gündə cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

05.12.2024 | 10:16
Sabah Bakı Təşəbbüs Qrupu Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirəcək

05.12.2024 | 10:10
ABŞ bu ölkəyə xəbərdarlıq etdi

05.12.2024 | 10:05
Olimpiya Oyunları ilk dəfə Afrika ölkəsində keçirilə bilər

05.12.2024 | 10:00
Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SİYAHI

05.12.2024 | 09:50
"Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması faktını hər vəchlə danmağa çalışır"

05.12.2024 | 09:30
Bu gün Culfanın bəzi kəndlərində qaz olmayacaq - XƏBƏRDARLIQ

05.12.2024 | 09:24
İpoteka ilə mənzil almaq istəyənlərə daha bir yaxşı şans açıldı....

05.12.2024 | 09:15
Bayden iclasda yuxuya getdi - Afrika liderlərinə 1 milyard dollar söz verdikdən sonra...

05.12.2024 | 09:11
Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” konfransı başlayıb

05.12.2024 | 09:10
OPEC+ nazirləri bu gün toplanır - gələn il üçün neft hasilatı müzakirə olunacaq

05.12.2024 | 09:05
Roma Papası üçün yeni “Mercedes”

05.12.2024 | 09:00
Təhlükəsizlik təmin olunarsa, qaçqınlar Hələbə qayıdacaqlar - türkiyəli nazirdən AÇIQLAMA

05.12.2024 | 08:53
“Mançester Siti” və “Çelsi”dən qələbə, “Liverpul” xal itirdi

05.12.2024 | 08:48
Qobustanda zəlzələ olub

05.12.2024 | 08:40
Soydaşlarımızın Rusiyadan vətənə dollar göndərməsi çətinləşə bilər...

05.12.2024 | 00:59
Fransa parlamenti hökuməti devirdi... Makrona da "istefa ver" mesajı göndərildi - indi növbə sənindir...

04.12.2024 | 23:57
Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi...

04.12.2024 | 22:16
"Beynəlxalq Demokratlar Birliyi Azərbaycanın beynəlxalq platformada qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma olacaq" - Cahit Bağçı

04.12.2024 | 21:37
Gürcüstana bütün təzyiqlər bir “mərkəzdən” idarə olunur...

04.12.2024 | 21:22
Faşist Njdenin İrəvandakı heykəlinin götürülməsi məsələsi BMT-də qaldırıldı...

04.12.2024 | 21:08
İran Suriyaya qoşun yeridir - Əsədlərin ölkəsinin pay-puş edildiyi təsdiqlənir...

04.12.2024 | 20:55
Suriyadan böyük erməni köçü İrəvanı təşvişə salıb...

04.12.2024 | 20:41
Ermənistan boşalır - məsuliyyəti öz hakimiyyətləri daşıyır...

04.12.2024 | 20:27
Qafqaz yanacaq - Qərbin Gürcüstan və Ermənistan planları baş tutsa...

04.12.2024 | 20:14
Nazirliklərin İctimai Şuralarını inhisara almış QHT-nin xarici casusluqları açılır...

04.12.2024 | 20:09
Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşmasını Avrokomissiyanın vitse-prezidenti ilə müzakirə etdi

04.12.2024 | 20:00
Gürcüstan azərbaycanlılarını hakimiyyətə qarşı qaldıran xüsusi missionerlər işləyir...

04.12.2024 | 19:47
İrəvan yola gəlmir, Rusiya Ermənistanı AİB-dən qovmalı olacaq...

04.12.2024 | 19:34
Qaz təhlükəsizliyi qaydalarına səhlənkar münasibət hələ davam edir, fəsadlar da artır...

04.12.2024 | 19:20
"Erməni njdeizmi" BMT-də sarsıdıcı zərbə aldı...

04.12.2024 | 19:11
İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib!

04.12.2024 | 19:11
Antalyanı Santa Klausun izi ilə kəşf edin

04.12.2024 | 18:59
“44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin növbəti təqdimatı keçirilib - FOTO

04.12.2024 | 18:44
Azərbaycanın COP29 uğuru növbəti COP uğuruna səbəb oldu - yeni sədrlik etimadı...

04.12.2024 | 18:35
"Bakı-Xəbər" youtube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...

04.12.2024 | 18:31
Erməni katolikosu Qaregin italyan şəhər merilə xarici işlər naziri kimi danışdı...

04.12.2024 | 18:17
Məktəbliləri siyasi aksiyalara cəlb etmək Qərbdən gələn texnologiyadır...

04.12.2024 | 18:04
Azad rayonlarda yaşıl enerji istehsalı “ekoloji inqilabın” mühüm mərhələsidir...

04.12.2024 | 17:50
Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

04.12.2024 | 17:37
Qərbi azərbaycanlılarla bağlı BMT-də tarixi müzakirə keçirildi...

04.12.2024 | 17:25
ABŞ-dan Əsədə ilginc təklif - İrandan uzaqlaş, sanksiyaları ləğv edək...

04.12.2024 | 17:18
Bakıda məktəbli yoldaşını yaralayan şagird saxlandı

04.12.2024 | 17:14
Konstitusiya Məhkəməsi hakimiyyətin və müxalifətin müraciətlərini rədd etdi - sonra nə olacaq?..

04.12.2024 | 17:03
Nazir Vilayət Eyvazov Balakəndə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO

04.12.2024 | 16:55
“Baydenin oğlu ilə bağlı qərarı amerikasayağı demokratiyanın növbəti təzahürüdür” - Vüqar Rəhimzadə

04.12.2024 | 16:50
Ukraynanın Əsədə qarşı Suriyaya əsgər göndərdiyi iddia edildi...

04.12.2024 | 16:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə nəfər həbs edildi

04.12.2024 | 16:30
Zəfər şəhidlərinə ehtiram...

04.12.2024 | 16:14
Şuşaya köçən daha 48 ailəyə evlərin açarları təqdim olundu

04.12.2024 | 16:06
"İrəvanın BCM-də iştirakı Rusiya ilə münasibətlərə zərər vurur" - Zaxarova

04.12.2024 | 15:50
Fransızların 63 faizi Makronun istefasını istəyir - hökumət getsə, o da getməlidir....

04.12.2024 | 15:27
Üç vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub - DİN

04.12.2024 | 15:00
Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng edib

04.12.2024 | 14:20
İran Suriyaya ordu göndərə bilər...

04.12.2024 | 13:52
Minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarına görə Azərbaycan birinci yerdədir...

04.12.2024 | 13:36
Dələduzluqda şübhəli bilinən 5 nəfər saxlandı

04.12.2024 | 13:20
Rüşvət alarkən yaxalanan bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır...

04.12.2024 | 13:07
Messi və komanda yoldaşları Bakıya gəlir...

04.12.2024 | 12:53
"Azərbaycan “Rio-Trio” təşəbbüsünün məqsədlərini konkret nəticələrə çevirməyə sadiqdir" – Muxtar Babayev

04.12.2024 | 12:40
Macar nazir Avropanın iç üzünü açdı - Gürcüstanda müxalifət qalib gəlsəydi...

04.12.2024 | 12:26
Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salındı

04.12.2024 | 12:20
Məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq - nazirdən AÇIQLAMA

04.12.2024 | 12:10
Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaradacaq - rusiyalı vitse-spiker

04.12.2024 | 12:00
Sumqayıtda piyada yol qəzasında ölüb

04.12.2024 | 11:35
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO

04.12.2024 | 11:30
Xətai rayonunda çayxana yanıb

04.12.2024 | 11:20
Bu gün Bakıda və bir neçə rayonda qaz olmayacaq

04.12.2024 | 11:12
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin təqdimatı olub

04.12.2024 | 11:10
Bu Afrika ölkəsində ilk dəfə qadın Prezident seçildi

04.12.2024 | 11:05
Qətər Əmiri üçün Bukinqem sarayında ziyafət verilib

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031