KÖHNƏ VERSİYA            

Fəlsəfə doktorlarının ictimai statusu dəyişdirilir - nazir anons etdi...

Image

“Elmi tədqiqatlar olmayan yerdə innovasiyalar yaratmaq olduqca çətindir. Elmi araşdırmaların düzgün qurulması olduqca vacibdir. Biz "phd"ni, yəni "fəlsəfə doktoru"nu ictimai statusu olan adamdan elmlə məşğul olan adam statusuna gətirib çıxarmalıyıq”. Bu sözləri Bakıda keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

Elm və təhsil nazirinin “biz “fəlsəfə doktoru”nu ictimai statusu olan adamdan elmlə məşqul olan adam statusuna gətirib çıxarmalıyıq” fikrinə fəlsəfə doktorları necə baxır?

Vüsalə Ağabəyli: “Bu ifadə, əslində, elmlə real olaraq məşğul olan alimlərə qarşı doğru yanaşma deyil”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə şərhində “Bu ifadə, əslində, elmlə real olaraq məşğul olan alimlərə qarşı doğru yanaşma deyil. Bu nə deməkdir? Real götürsək təhqirdir. Bəlkə də, elə haqqına təhqirdir. Elmlə məşğul olmayan, lakin fəlsəfə doktoru, elmlər doktoru dərəcələrini alanlara verilməli olan düzgün mesajdır. 

Bəs real tədqiqatçılar? Əsl elm adamları? Maddiyyata köklənmədən özlərini tədqiqata həsr edənlər üçün necə? Onlar üçün bəs real qiymətləndirməni kim edəcək? Məncə, bu cür ikibaşlı yanaşmadansa, başqalarının hesabına və vasitəsilə elmi dərəcə alanları elmdən uzaqlaşdırmağa, ifşa etməyə çalışmaq lazımdır. Belə olarsa, elmi mühitdə məhz elə elmlə məşğul olan fəlsəfə doktorlarını görmək mümkün olacaq”-deyə bildirdi. 

V.Ağabəylinin sözlərinə görə, onlar da arzu edirlər ki, fəaliyyətləri və zəhmətləri layiqli qiymətləndirilsin. “Bəli, bu, mübarizə meydanıdır və bu mübarizə meydanında elm və təhsil naziri də bizim kimi real tədqiqatçıların yanında olub Azərbaycan elmini bataqlığa aparmağa çalışanlarla, elmi işindən xəbəri olmadan dərəcə alanlarla mübarizə aparsa, o zaman elmlə məşğul olan fəlsəfə doktorları, elmlər doktorların elmə verdiyi töhfə də layiqli dəyərini tapar”-deyə V.Ağabəyli bildirdi.

İlqar Orucov: “Nazirin istəyi odur ki, Azərbaycanda elm olsun, elm indiki kimi görüntü xarakteri daşımasın”    

Nazirin bu fikrinə münasibət bildirən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə “Zatən, fəlsəfə doktoru ictimai statsulu adamdır. Yəni fikri, düşüncələri ilə ictimia fikrə, ictimai rəyə təsir göstərən, nüfuzu olan şəxsdir. Amma fəlsəfə doktorlarının hamısı elmlə məşğuldurmu? Təbii ki, yox. Cənab nazirin də dediyi firkin də mahiyyətində bu dayanır. Nazir demək istəyir ki, biz elmi ad daşıyanları mütləq şəkildə elmi fəaliyyətə təşviq etməliyik, həvəsləndirməliyik və onlar üçün şərait yaratmalıyıq. Mən nazirin fikirlərindən bunu başa düşürəm. Yəni mən bunu bu cür yozmuram, sadəcə olaraq, cümlənin mahiyyətində duran fikri bu cür anlayıram. Yəni biz elə şərait yaratmalıyıq ki, fəlsəfə doktoru olan şəxs təkcə ictimai şəxs olmasın, həm də elmi fəaliyyətlə məşğul olsun. Düşünürəm, bu fikirdə həqiqət payı çoxdur. Hesab edirəm ki, biz hər hansı bir fikri düzgün şəkildə anlayıb, onu ifadə edən şəxsin dediklərini düzgün, normal şəkildə qəbul etsək və yaxud qəbul etməsək belə, hər halda bu fikri nazir deyir. Nazirin istəyi odur ki, Azərbaycanda elm olsun, elm indiki kimi görüntü xarakteri daşımasın. Bizim illərdir apardığımız mübarizə nə üstündədir? Elmi mühitin zədələnməsi, eyni zamanda kimə gəldi fəlsəfə doktoru adının verilməsi və elmin bu qədər uzuzlaşması, elmin görüntü xarakter daşıması əlbəttə ki, naziri bu fikirləri söyləməyə sövq edir. Əslində düşünürəm ki, ola bilsin, nazirin bu fikri bəzilərində qıcıq yaradacaq. Amma həqiqət budur ki, biz elmlə məşğul olan şəxslər üçün o mühiti yarada bilmirik. Bu gün cəmiyyətdə elmi dərəcəsi, alimlik dərəcəsi, elmi statusu olan şəxslərin heç də hamısı elmlə məşğul deyil. Çox az sayda həqiqətən də öz zəhməti, gördüyü işlərin müqabilində gəlib elmlər doktoru, fəlsəfə doktoru olan şəxslər var. Sizinlə də müsahibələrimdə mən dəfələrlə bu məsələyə toxunmuşam. Bir də görürsən heç bir istedadı, bacarığı olmayan bir şəxs gəlib asanlıqla bu elmi adları, bu elmi dərəcələri alır. Özü də asanlıqla alır. Siz son illər müdafiə edən elmlər doktorlarının işlərini əgər təftiş edə bilsəniz görərsiz ki, müdafiə şuralarında nə cür işlər buraxılıb. Sadəcə, bu biabırçılıqdı. Eyni zamanda tutaq ki, kimsə fəlsəfə doktorudursa sonrakı fəaliyyətini özü seçər, o elmlə məşğul olmaya da, aktiv elmdə olmaya da bilər. amma əgər elmlə məşğuldursa, elmi müəssisəsdə çalışırsa o gerçəkdən də elmlə məşğul olmalıdır. Gəlib işlədiyi elmi müəssisəsinin divarları arasında vaxtını keçirməli deyil. Bu gün bizim elmi-tədqiqat müəssisələrimizin əksəriyyətində elmdən başqa hər şey var. Məsələnin mahiyyətində bu dayanır. Biz elə etməliyik, istedadlı insanlar elmə gəlsinlər, onlar elmdə qalsınlar, müdafiə edəndən sonra başqa iş axtarmasınlar. Biz nə qədər istedadlı insanlarımız bu yolla itirmişik. Elmdə olan o qüsurlu, zədələnmiş mühit nə qədər həqiqi alim ola biləcək insanları elmdən soyudub və onları uzaqlaşdırıb. Universitetlərimizdə, elmi-tədqiqat institutlarımızda bu mühit yoxdur. Hesab edirəm ki, nazirin fikirlərini bu kontekstdə qəbul etsək əlbəttə, biz həm də gerçək realallığa düzgün diaqnozu qoymuş olarıq. Fikrimcə, düzgün diaqnoz məsələnin həllində çox vacib bir faktordur. Mən sadəcə olaraq bu cür qəbul edirəm və hesab edirəm ki, hər halda cənab Prezident tərəfindən etimad göstərilən, dövlətin elm və təhsil siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi bir quruma rəhbərlik edən bir  şəxsin ifadə etdiyi  cümlədə məhz elmimizin və təhsilimizin gələcəyinə hədəflənmiş məqamlar yer alır”-deyə bildirdi.

İ.Orucovun sözlərinə görə, onu nazirlə heç bir məqam bağlamır, amma onun fikirləri düzgün fikirlərdir.  “Tam səmimi deyirəm, elmin bu dərəcədə korlanması bəlkə də heç vaxt olmayıb. Bu gün elmə rəhbərlik edən şəxslər var və onlar çox təsadüfi adamlardır. Onlar illərlə elmə xidmət etmək yolunu yox, elmi mühiti korlamaq yolunu tutublar, bu mühüti zədələyiblər. Bunu aradan qaldırmalıyıq və biz elə şərait yaratmalıyıq ki, istedadlı gənclərimizi vaxtında seçək, onlara düzgün və həqiqi himayədarlıq edək. Yoxsa yalandan “bu mənim qohumumdur, bu mənim yaxınımdır “ məsələsi olmamalıdır. Akademiyada institut rəhbərləri tanıyıram (indi o institutlar Elm və Təhsil Nazirliyinin tabeliyindədir-İ.O), inanın ki, heç bir savadı olmayan şəxsləri elmə gətiriblər, onlar ya qohumlarıdır, yaxud onları hansısa məqamlar birləşdirir. Onları nə birləşdirə bilər ki? İmanımı yandıra bilmərəm. Amma bəlkə də onları rüşvət birləşdirib. Bu institut direktorları o adamlara himayədarlıq ediblər və onlar yüksək elmi dərəcələr, elmlər doktoru, fəlsəfə doktoru elmi dərəcəsi qazanıblar. Siz bilirsizmi bu nə deməkdir? Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin siyahısına baxın və elmin nüfuzuna baxın. Akademiklərin, müxbir üzvlərin arasında bilirsiz nə qədər təsadüfi, bu cür qüsurlu insanlar var? Onlar illərlə elmi çökdürüblər. Düşünürəm ki, nazirin fikirlərini qəribçiliyə salmalı deyilik. Biz mühütin bu qədər korlanmasının fərqində olmalıyıq. Biz illərdir bunu deyirik. Mən nə qədər istedadlı gənclər tanıyırdım, onlar həqiqi elm adamları idilər. Nə qədər istedadlı gəncləri saxta himayədarlıq etməklə elmdən uzaqlaşdırdılar. 

Kobud səslənsə də deməliyəm: atı eşşəyin ayağına bağlamaq. Bunu belə demək olar. Çox maraqlıdır ki,  elmə rəhbərlik etmiş həmin o şəxslər həm də yaltaq bir mühit yaradıblar.

Bu gün akademiyanın rəhbərliyində təmsil olunan İsa Həbibəylini kifayət qədər pozitiv bir şəxs kimi qəbul edirəm, həqiqətən də onun elm üçün çalışmaq istədiyinə inanıram, amma düzəldə bilmir. Niyə düzəldə bilmir? Çünki bir nəfər onu düzəldə bilməz. Hər kəs vicdanını qabağına qoymalı idi, hamı vicdanlı olmalı idi, amma ola bilmirlər. Mən doktoranturaya qəbul imtahanlarında gəlib mənə müraciət edən şəxslərin bəzən ah-naləsini eşidirdim. Bunu heç Allah götürməzdi. O insanlara qarşı gerçəkdən nə qədər də ədalətsizlik olmuşdu və və onların neçəsi elmi atıb getdilər, gəlmədilər. Onlar o saxtakarlıqları akademiklərin timsalında gördülər. Sizə tam səmimi deyirəm, adam tanıyıram ki, deputat ola-ola gəlib elmi iş müdafiə edib, amma dissertasiyasının bir cümləsindən də xəbəri yoxdur. Məmurlar tanıyırdım ki, gəlib çox asan yollarla bir günün içində müdafiə edirdilər. Fikirləşirdim ki, onlar elmin, elmi mühütin bundan ibarət olduğunu düşünürlər. Ona görə də həqiqi elm adamlarına yuxarıdan aşağı baxırdılar. Çünki onlar elmi bu cür gəlib bir günün içində müdafiə etmək kimi görürdülər və  yalandan onlara tərif yağdıran akademiklərin simasındakı o saxtakarlığı görüb nifrət edirdilər ki, elm budur? Amma elm bu deyildi. Gənclər var ki, illərlə süründürürlər, çünki bir kimsələri, arxaları yoxdur. Hesab edirəm ki, nazir bu kimsəsiz gənclərin arxasında duracaq. Sevinirəm ki,  fikirləri ilə nəhayət ki, bu məsələni ali səviyyədə gündəmə gətirənlər var. Buna çox sevinirəm və dəstəkləyirəm. Hesab edirəm, elmi gələcəyi puç olmuş, elmdən küsdürülmüş  gənclər, insanlar vardı, onların arzuları nəhayət gerçəkləşəcək və həqiqi alimlərimizi yetişdirə bilərik”. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031