Bazar günü, 16 fevral 2025
     

İran-İsrail savaşı yeni formaya keçdi - quru qoşunları üz-üzə gəldi...

Image

İran İsrailə qarşı cavab zərbəsinin miqyasını artıra bilər ki, bu dəfə təkcə İslam İnqilabı Keşikçiləri Korpusu deyil, həm də nizami ordu iştirak edəcək. Belə bir məlumat "The Wall Street Journal" nəşri tərəfindən yayılıb. 

Nəşrin mənbələrinə əsasən, Tehran bu qərarı son İsrail zərbələri nəticəsində İran hərbçiləri və mülki şəxslər arasında itkilər olduğunu nəzərə alaraq qəbul edib. Bildirilib ki, İran hökuməti İsrailə cavabında əvvəlki hücumlarda olduğu kimi raket və pilotsuz uçuş aparatları ilə kifayətlənməyi planlaşdırmır. Mənbələr iddia edir ki, bu vəziyyətdə istifadə ediləcək hər bir raket daha güclü döyüş başlığına malik olacaq. Lakin nəşr qeyd edib ki, İslam Respublikasının reaksiyası regionda qoşunların yerləşdirilməsini nəzərdə tutmayacaq. Buna rəğmən, İsrailə zərbə üçün İraq ərazisindən istifadə oluna bilər.

İranın ali dini lideri Ayətullah Əli Xamenei də budəfəki cavab zərbələrinin sarsıdıcı olacağını bildirib: "Düşmənlər, istər sionist rejim, istərsə də Amerika Birləşmiş Ştatları, İrana, İran xalqına və müqavimət cəbhəsinə etdiklərinə görə mütləq sarsıdıcı cavab alacaqlar". Ali lider təhdid edilən hücumun vaxtı və miqyası barədə ətraflı məlumat verməyib. Qeyd edək ki, ABŞ ordusu bütün Yaxın Şərqdə fəaliyyət göstərir və bəzi qoşunlar hazırda İsraildə Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (THAAD) batareyasını idarə edir. Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail 1 oktyabr tarixli kütləvi hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. İsrail Müdafiə Ordusu raket istehsalı müəssisələri və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla İran müəssisələrinə zərbələr endirdiyini bildirib. İran oktyabrın 26-da İsrailin hava hücumundan hərbi obyektlərinə dəyən zərərin ciddi olmadığını bəyan etsə də, peyk görüntüləri bunun əksini söyləyir. Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Fabian Hints deyib ki, İsrail İranın uzaqmənzilli raket istehsal etmə qabiliyyətinə ciddi zərbə vurub. Burada bir məqamı qeyd edək ki, oktyabrın 1-də İran İsrailə 200-dək raket zərbəsi endirmişdi. Bu, Tehranın başlıca düşməninə qarşı gerçəkləşdirdiyi ən miqyaslı birbaşa raket hücumu idi. Hərbi obyektləri hədəfləyən onlarca raket İsrailin keçilməz sayıldığı havadan müdafiə sistemini yarmışdı. Elə İsrailin sonuncu hücumun da əsas məqsədi İranın bərk yanacaqlı ballistik raket istehsalını əngəlləmək olub. Çünki Tehranın hücumunda İsraildə ən çox təlaşı da elə bu raketlər yaradıb. Bərk yanacaqlı raketlərin maye yanacaqlılardan fərqi ondadır ki, bunları atmağa daha az adam və vaxt lazımdır. Ekspertlərin fikrincə, aramsız yaylım atəşləri zamanı belə raketlər çox effektiv silahdır. İsrail sözügedən hücumunda İranın dörd raket istehsal edən obyektinə zərbələr endirib. Yaxın Şərq üzrə müdafiə mütəxəssisi Ceremi Binninin fikrincə, obyektlərə dəyən zərərin tam ölçüsü hələ də bilinmir. Binninin dediyinə görə, indi İsrail keçilməz saydığı öz havadan müdafiə sistemini yarmaq üçün düşmənə neçə raket lazım olduğunu bilir: "İsraillilər İranda ballistik raketlərin dəqiq sayını bilməsələr də, onun artmasının önünü kəsmək istəyirlər".

İsrailin hücumu həm də İranın radarlarını və Rusiya istehsalı olan S-300 zenit-raket komplekslərini hədəf alaraq hava hücumlarını dəf etmək qabiliyyətini zəiflətmək məqsədi daşıyıb. ABŞ və İsrail rəsmilərinə istinadən, hücum zamanı üç S-300-ün sıradan çıxarıldığı barədə təsdiqlənməmiş xəbərlər var. Binninin sözlərinə görə, S-300 İranın ən güclü havadan müdafiə sistemidir: "Bu üzdən, onların hədəfə alınması bir daha İranın özünü qoruya bilməməsini göstərir və gələcəkdə İsrailin hava qüvvələrinə daha çox hərəkət azadlığı verir. Radarlar İranın erkən xəbərdarlıq sisteminin vacib hissəsidir". Bu radarlar hücum zamanı da yararlı idi, çünki ballistik raketlərin trayektoriyalarını ölçməyə və lazəmolarsa, hərəkət kursunu dəqiqləşdirməyə yardım edir. Ekspertlər deyir, İranın istər hücum, istərsə müdafiə qabiliyyəti zəiflədiyindən İsrailə qarşı irimiqyaslı savaş aparması inandırıcı deyil. Binninin söylədiyinə görə, ABŞ İsraildə THAAD-ı yerləşdirəndən sonra güc nisbəti İsrailin xeyrinə dəyişib. Mediaya sızan xəbərlərdə İranın hazırladığı hücumda İraqdakı şiə döyüşçülərdən yararlanacağı deyilir.  İslam İnqilabı Keşikçiləri Korpusunun komandan müavini general Əli Fədəvi bildirib ki, İranın sionist təcavüzünə reaksiyası qətidir: "40 il ərzində biz heç vaxt aqressiyanı cavabsız qoymamışıq. Biz bir əməliyyatda sionistlərin sahib olduğu hər şeyi məhv etməyə qadirik". İsrail kəşfiyyatı təsdiq edir ki, İranın çoxlu sayda pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edərək cavabı həqiqətən də gözlənilir. İki ölkə arasında münasibətlərin gərginləşməsi bütün Yaxın Şərq regionunu genişmiqyaslı müharibə həddinə çatdırıb. Bəzi ekspertlər isə hesab edirlər ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələri məlum olana qədər Tehran heç nə etməyəcək. Vaşinqton Tehranı fəlakətli nəticələrə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

16.02.2025 / 09:48
Prezident məmurları təvazökarlığa çağırır, generallar 100 minlik maşınlardan düşmür...

15.02.2025 / 22:25
Tramp Avropanı “ofsaytda” qoydu - Ukrayna danışıqlarında iştirak etməyəcəklər …

15.02.2025 / 22:08
Tramp və Putinin bu ayın sonuna kimi Səudiyyədə görüşəcəyi gözlənilir - hazırlıqlar başladı…

15.02.2025 / 21:20
Rusiya Tartusdakı hərbi bazasını Afrikaya köçürür – Sudanla razılıq əldə edildi...

15.02.2025 / 21:07
ABŞ-ın Ukrayna siyasətində xaos başlayıb - VİDEO

15.02.2025 / 19:37
ABŞ bir şərtlə Ukraynaya qoşun yeritməyə hazır olduğunu açıqlayıb

15.02.2025 / 19:25
Ukraynada müharibə bu tarixlərdə dayana bilər – “Putin sövdələşmə üçün əlamətdar tarixləri seçəcək”

15.02.2025 / 17:51
Qlobal geo-siyasi mühitdə Azərbaycan-Çin əlaqələri

15.02.2025 / 17:26
Zelenski Putinlə görüşmək üçün şərtlərini açıqladı – yalnız bu halda müharibəni dayandıracağıq...

15.02.2025 / 16:52
Zaxarova təyyarə qəzası haqda qeyri-səmimi danışdı... - VİDEO

15.02.2025 / 16:35
ABŞ-ın vitse-prezidenti Avropa üçün əsas təhlükəni açıqladı – nə Rusiya, nə də Çindir...

15.02.2025 / 16:17
Polşanın baş naziri Ukrayna ilə bağlı təcili plan hazırlamağa çağırdı

15.02.2025 / 16:02
Münhendə Zelenskiyə ukrayna dilində danışmağa icazə verilmədi

15.02.2025 / 15:44
Martda 18 gün iş olmayacaq...

15.02.2025 / 15:28
Zelenski Venslə görüşdən pörtmüş vəziyyətdə çıxıb

15.02.2025 / 15:11
Binəqədidə içərisində 5400 manat olan 2 ödəmə terminalını oğurladılar

15.02.2025 / 14:39
Dünya deputatları Bakıdakı məhkəməyə unikal qiymət verdilər - Rusiyanı da, separatçıları da vurdular...

15.02.2025 / 14:32
Pozuntuya görə 10-dan çox seçki məntəqəsi buraxıldı - cəza qanuna uyğundur?

15.02.2025 / 14:23
İlham Əliyevin adlarını çəkdiyi qəzetlər ABŞ büdcəsini talayıblar...

15.02.2025 / 13:45
Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

15.02.2025 / 12:26
İş və istirahət günlərinin yerləri dəyişdirildi - 12 gün ardıcıl iş olmayacaq...

15.02.2025 / 12:10
Türkiyə parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək...

15.02.2025 / 11:07
Bu ölkədə təhsil nazirinə silahlı hücum olub

15.02.2025 / 11:02
ABŞ -ın Ukrayna siyasətində dərin xaos yaranmaqdadır...

15.02.2025 / 09:27
MTK-lar dövlətin əhaliyə kommunal xidmətlərini hansı hüquqla dayandırırlar...

15.02.2025 / 08:44
Beynəlxalq maliyyə-qrant layihələri universitetlərimiz üçün təhlükəli ola bilər...

14.02.2025 / 23:28
Paşinyan Aİ üzvlüyünə doğru daha bir addım atdı, ancaq Avropa Ermənistanı saymadı...

14.02.2025 / 23:23
"Biz bilirik rəsmi Bakını nə narahat edir"..

14.02.2025 / 22:08
Ceyhun Bayramov Münxendə Avropa Şurasının baş katibi ilə görüşdü

14.02.2025 / 21:55
Ceyhun Bayramov israilli nazirlə Qəzzadakı vəziyyəti müzakirə etdi

14.02.2025 / 21:43
Məhkəmədə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə terrorçuluğun maliyyələşdirilməsi faktları sadalandı

14.02.2025 / 21:33
Ermənilərin müharibədə muzdlu döyüşçülərdən istifadə etməsinə dair faktlar açıqlandı...

14.02.2025 / 21:23
Mərkəzi Bank müştərini ən çox incidən bankları açıqladı - "hansı məsələlərdə" sualı isə açıq qaldı...

14.02.2025 / 21:07
“Putinin pul kisəsi”, Bakı məhkəməsi, dünya cana gəldi - niyə?..

14.02.2025 / 21:03
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

14.02.2025 / 20:53
USAID-in 3 Qafqaz dövlətinə qarşı fərqli üsullarla işlədiyi açılır...

14.02.2025 / 20:40
Kobaxidze Bakı-Tbilisi-Bakı sərnişin qatarının bərpası barədə konkret heç nə demədi...

14.02.2025 / 20:37
1979-cu ildən dövlətlərin arasında ilk dəfə... - Bakı İrəvanı bu Konvensiya ilə vurur...

14.02.2025 / 20:25
USAID-in Bakıda "informasiya diversantları" hazırlayan xüsusi institutları...

14.02.2025 / 20:22
Bu nə biabırçılıqdır? - Şəhərin ortasında sərxoş hallı eyni geyimli qızlar dubinka ilə polisi döyürlər... - VİDEO

14.02.2025 / 20:10
USAİD Ukrayna mediasının 90 faizini Rusiyaya qarşı qaldıra bildi...

14.02.2025 / 20:02
Azərbaycanda universitet rektoru istefa verib - bu postdan ikiəlli yapışanlara gözəl nümunədir...

14.02.2025 / 19:57
Qərbin dəstəyi itirildi, prezidentlə merin davası başladı - bu ölkənin gələcəyinə zülmət çökdü...

14.02.2025 / 19:43
Azərbaycandan Çinə neft ixracının böyük mərhələsi açılır - Prezident anons etdi

14.02.2025 / 19:30
Avropa İttifaqının 4 mühüm qurumu Ermənistana qrup göndərdi...

14.02.2025 / 19:16
Azad edilmiş ərazilərdə məskunlaşma prosesi daha intensiv xarakter alır

14.02.2025 / 19:04
335 milyard dollar səmərəsiz səpələndi - USAİD sonda ABŞ-ın özünə də ziyan vurdu...

14.02.2025 / 19:01
Prezident İlham Əliyev Əhməd əl-Şaraanı təbrik etdi

14.02.2025 / 18:50
Ermənilər Trampın vəzifə verdiyi şəxsi ABŞ-ın Qafqaz siyasətinə qarşı qaldırır...

14.02.2025 / 18:41
Paşinyan Münhendə biabırçı duruma düşdü – onu heç bir alman məmuru qarşılamadı...

14.02.2025 / 18:33
“Transparency İnternational" Azərbaycan əleyhinə qərəzli reytinq rəqəmi uydurdu...

14.02.2025 / 18:32
MSK bələdiyyə seçkilərinə yekun vurdu

14.02.2025 / 18:27
Dövlət katibinin təyyarəsi "nasazlıq" üzündən Münhenə uça bilmədi, Trampın Ukrayna planı eşidilməz qaldı - təsadüfdür?...

14.02.2025 / 18:21
ABŞ Dövlət katibi Münhenə uça bilmədi, ya uçmaq istəmədi... - VİDEO

14.02.2025 / 18:14
İrəvanda Bakı-Moskva gərginliyi "təhlil" edilir - qaz məsələsi, İran və Qərb faktorları...

14.02.2025 / 18:01
Azərbaycan və Ermənistan delimitasiya Komissiyalarının işçi görüşü keçirildi

14.02.2025 / 17:53
“USAİD büdcəsinin hər sətri ya korrupsiyadır, ya da gülməli...” - Tramp baltanı kökdən vurdu...

14.02.2025 / 17:40
Dünyaca məşhur qəzetlər USAİD-in pulu ilə “muzdlu geosiyasi alətlərə” çevrildi...

14.02.2025 / 17:36
Mülkiyyəti əlindən alınmış Cəlilabad sakini - Kərəm Həsənovun qəbulunda oldum.... - VİDEO

14.02.2025 / 17:29
QHT-lər USAİD-in əməlləri ilə bağlı ABŞ səfirliyində görüş keçirəcəklər...

14.02.2025 / 17:16
Seçkilərdə yol verilən nöqsanlara görə bəzi seçki komissiyaları buraxıldı

14.02.2025 / 17:10
Bayden hökuməti Azərbaycana qarşı USAID-lə birgə sinxron iş aparırdı...

14.02.2025 / 17:03
2 bələdiyyəyə seçkilərin nəticələri etibarsız sayıldı

14.02.2025 / 16:53
Orban Rusiya-Ukrayna sülh masasında yer tələb edən Aİ-ni sərt tənqid etdi – siz buna layiq deyilsiniz...

14.02.2025 / 16:46
Heydər Əliyev Fondu yeni məktəb binaları inşa edir

14.02.2025 / 16:37
"Biz bilirik ki, aviaqəza ilə bağlı faciə həm Bakıda, həm də Moskvada çox həssas qarşılanır" - Zaxarova

14.02.2025 / 16:28
Nazirlik hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı yenidən müraciət yaydı

14.02.2025 / 16:25
Tramp böhtan kampaniyaları üçün ABŞ-dan maliyyə alan media qurumlarını ifşa etdi - Pulları geri qaytarın…

14.02.2025 / 16:16
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

14.02.2025 / 16:14
KOBİA nümayəndə heyəti “Veysəloğlu”na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib

14.02.2025 / 16:14
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - SƏRƏNCAM

14.02.2025 / 16:06
Trampdan BRİCS ölkələrinə 100 faizlik vergi təhdidi - dollarla oynasalar…

14.02.2025 / 15:33
“Konstitusion, suveren dövlətin müdrik Lideri” - Akademik Əhliman Əmiraslanov yazır...

14.02.2025 / 15:25
Ağcabədidə narkotikin təsiri altında avtomobil idarə edən sürücülər həbs olundu

14.02.2025 / 15:10
Putin işğalçılıq siyasətini davam etdirmək üçün ABŞ–la danışıqlardan istifadə edir

14.02.2025 / 14:41
Əmək hüquqlarını pozan şirkətlərlə bağlı məhkəməyə müraciət edildi

14.02.2025 / 14:20
Moldova Rusiya ilə 1998-ci il sazişini ləğv etdi - Kişinyovdakı Rus Mədəniyyət Mərkəzi bağlanır...

14.02.2025 / 14:10
İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlandı - FOTO

14.02.2025 / 13:56
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni sədri kollektivə təqdim edildi - FOTO

14.02.2025 / 13:42
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

14.02.2025 / 13:27
“Lazer Beauty Klinikası” bağlanır - Nazirlik hərəkətə keçdi...

Azad edilmiş ərazilərdə məskunlaşma prosesi daha intensiv xarakter alır

XƏBƏR ARXİVİ

Fevral
B.eÇ.aÇC.aCŞB
272829303112345678910111213141516171819202122232425262728123456789