Ötən il 8,2 milyon insana vərəm diaqnozu qoyulub - ÜST həyəcan təbili çalır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 2023-cü ildə dünyada 8,2 milyon insana vərəm diaqnozu qoyulduğunu bildirib. Anadolu Agentliyinin xəbərində deyilir ki, bu, ÜST-nin 1995-ci ildən bəri qlobal vərəm vəziyyətini izləməyə başladığı tarixdən etibarən ən yüksək göstəricidir.
T.A.Qebreyesus vərəmlə bağlı illik hesabatı təqdim edərək COVID-19 pandemiyasının yaratdığı fasilələrdən sonra profilaktika, diaqnostika və müalicə xidmətlərinə çıxışın yaxşılaşmağa davam etdiyini vurğulayıb. O, ardıcıl ikinci il vərəmdən ölənlərin sayında azalma olduğunu diqqətə çatdırıb.
Mətləb Salahov