KÖHNƏ VERSİYA            

İstanbulda "Aşıq Mikayıl Azaflı. Seçilmiş şeirlər" və "Azərbaycan nağılları" kitablarının təqdimatı keçirilib

Image


Noyabrın 2-də TÜYAP kompleksində işə başlayan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi maraqlı tədbir və təqdimatlarla davam edir.  Azərbaycanın "fəxri qonaq ölkə" olduğu sərgi çərçivəsində ədəbiyyat, mədəniyyət və mətbəximizlə bağlı təqdimatlar təşkil olunur. Noyabrın 4-də sərgi məkanında bu il 100 illiyi qeyd olunan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, şair, Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov; 1924-1990) şeirlərindən ibarət kitabın təqdimatı keçirilib. Bu barədə baki-xeber.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Təqdimat mərasimi TÜRKSOY, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşib. Tədbirin moderatoru Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı nəşrin ərsəyə gəlməsindən danışıb. Qeyd edib ki, "Aşıq Mikayıl Azaflı. Seçilmiş şeirlər" adlı kitab görkəmli saz-söz ustadının 100 illiyinə həsr olunub.

Mədəniyyət nazirinin müavini TÜRKSOY-un Türk dünyasının ədəbiyyat və mədəniyyətinin təbliğinə töhfə verən layihələrinin əhəmiyyətini yüksək qiymətləndirib. O, Mədəniyyət Naziriliyi ilə TÜRKSOY-un bu sahədə uğurlu əməkdaşlığının davamlı olacağına əminliyini bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Mikayıl Azaflının keşməkeşli həyat yolu və yaradıcılığından danışıb. Aşıq-şairin əsərlərinin Azərbaycanda və Türkiyədə nəşri tarixinə nəzər salıb. Türkiyədəki “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi (AYB) Türkiyə bölməsinin sədri İmdat Avşar, AYB-nin katibi şair Səlim Babullaoğlu, Mikayıl Azaflının qardaşı nəvəsi, "Azaflı" Sosial yardım və mədəniyyət dərnəyinin başqanı Arzuman Azaflı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nizar Kara və başqaları çıxış edərək ustad sənətkarın ömür yolu və yaradıcılığından danışıb, nəşrin ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür ediblər.


Məlumat verilib ki, şeirləri Zehra Işık türk dilinə uyğunlaşdırıb. Kitab TÜRKSOY-un baş katibi Sultan Raevin təqdimat yazısı ilə açılır. Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı nəşrə geniş ön söz yazıb. Sonra təqdimat ərzurumlu aşıq Erol Erqaninin ifasında Mikayıl Azaflının sözləri üstündə saz havaları ilə davam edib.

Qeyd edək ki, Mikayıl Azaflı yaradıcı aşıq kimi tanınıb. Onun “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Məzahiri”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları dillər əzbəri olub. Bu havaların hər birinin öz ritmi, ahəngi, gözəlliyi və təkrarsız melodik zənginliyi var. Sonda TÜRKSOY-un xatirə hədiyyələri təqdim olunub.

Həmin gün bu il Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış və Türk dilinə tərcümə olunmuş "Azərbaycan xalq nağılları" kitabının təqdimatı keçirilib. Azərbaycanın tanınmış uşaq yazarları Almaz Amanova və Sevinc Nuruqızı çıxış edərək xalq nağıllarının əhəmiyyətini vurğulayıb, uşaqların estetik zövqünün formalaşmasında belə nəşrlərin çap olunmasının vacibliyini diqqətə çatdırıblar.

Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərkəzin nəşr layihələri haqqında məlumat verib, bu kimi layihələrin gələcəkdə də davamlı olacağını bildirib. Bildirilib ki, kitabın tərtibçisi Türkiyədə yaşayan azərbaycanlı alim, kulturoloq Mətanət Hüseynova, nağıllar üzrə çəkilmiş rəsmlərin müəllifi tanınmış uşaq rəssamı Nüşabə Kiçikdir. 

Kitabda “Tıq-tıq xanım", “Cırtdan”, “Şəngülüm, Şüngülüm, Məngülüm nağılı”, “Keçəl”, “Göyçək Fatma”, “Ovçu Pirimin nağılı”, “Sehrli xalça”, “Təpəgözün nağılı”, “Məlikməmməd”, “Tülkü, tülkü, tünbəki” - ümumilikdə 12 nağıl yer alıb. Tədbirdə İstanbulda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan orta məktəbin bir qrup şagirdi də iştirak edib, uşaq yazıçılarına suallar ünvanlayıb, şeirlər səsləndiriblər.

İradə SARIYEVA








VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

“Şuşanı gördüm, elə bil oğlumu gördüm” - Şəhid Rəşad Mikayılzadənin atası...

Azərbaycanın iqtisadi üstünlükləri Ermənistana təsirli zərbəyə çevrildi...

Növbəti delimitasiya sərhədin harasında aparılacaq? - 10-cu görüşün nəticəsi...

SON XƏBƏRLƏR

04.11.2024 | 22:35
İki vəkilə töhmət verildi, birinin fəaliyyəti dayandırıldı

04.11.2024 | 20:55
Vaşinqton-Cənubi Qafqaz münasibətlərində yeni mərhələ açılır...

04.11.2024 | 20:38
ABŞ-da 2024 seçkiləri - cəmiyyət heç vaxt belə parçalanmayıb...

04.11.2024 | 20:26
İstanbulda "Aşıq Mikayıl Azaflı. Seçilmiş şeirlər" və "Azərbaycan nağılları" kitablarının təqdimatı keçirilib

04.11.2024 | 20:23
Rusiya Türkiyənin Akkuyu AES-nə yanğın təhlükəsizlik sistemini niyə vermir?..

04.11.2024 | 20:08
Gürcüstan seçkiləri Ermənistan üçün bu problemi yaratdı...

04.11.2024 | 19:55
Türkiyə 2024-cü ilin 3-cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır

04.11.2024 | 19:47
Xroniki və nadir xəstəlik daşıyıcılarına mühüm dəstək jesti...

04.11.2024 | 19:35
İran-İsrail savaşı yeni formaya keçdi - quru qoşunları üz-üzə gəldi...

04.11.2024 | 19:21
Qarabağ və Zəngəzurun sahibkarlıq subyektləri barədə ilginc faktlar var...

04.11.2024 | 19:07
Azərbaycan təmsilçisi Minsk Təhlükəsizlik Konfransından qayıtdı... - MÜSAHİBƏ

04.11.2024 | 18:53
Makron "Şengen zonasını" dağıdır - 6 ölkə ilə sərhədləri bağladı...

04.11.2024 | 18:38
“Şuşanı gördüm, elə bil oğlumu gördüm” - Şəhid Rəşad Mikayılzadənin atası...

04.11.2024 | 18:24
Mədəni-maarif proqramlarına daim yenilikçi münasibət olmalıdır...

04.11.2024 | 18:15
Bakıda və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlandı

04.11.2024 | 18:10
Azərbaycanın iqtisadi üstünlükləri Ermənistana təsirli zərbəyə çevrildi...

04.11.2024 | 17:57
Qazax-İrəvan qaz kəməri bərpa olunur - ermənilər şübhə edir, Naxçıvan-İrəvan variantı da var...

04.11.2024 | 17:44
Növbəti delimitasiya sərhədin harasında aparılacaq? - 10-cu görüşün nəticəsi...

04.11.2024 | 17:36
İran prezidenti COP29-da iştirak edəcək

04.11.2024 | 17:31
Azərbaycan münaqişə boyunca beynəlxalq təşkilatlarla işləməkdən imtina etsəydi... Yaxın tarixə baxış...

04.11.2024 | 17:27
Maya Sandu Moldovada prezidenti seçildi...

04.11.2024 | 17:18
Dünya mediası COP29-da bu "Hədəfin" qəbul olunacağını xüsusi maraqla izləyir...

04.11.2024 | 17:11
Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib

04.11.2024 | 17:05
Braziliya və Səudiyyənin BRİKS-lə əməkdaşlığı uzun sürməz...

04.11.2024 | 16:51
Şimali Koreya qoşunları Kursk istiqamətində Ukrayna ordusu ilə döyüşə girdi...

04.11.2024 | 16:44
COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək

04.11.2024 | 16:33
Xəzərdə Azərbaycan-İran birgə təlimi keçirilib - FOTO

04.11.2024 | 16:24
Yeni beynəlxalq media kanalı fəaliyyətə başlayır - ANEWZ...

04.11.2024 | 15:48
Azərbaycana İrandan 16 kq narkotikin keçirilməsinin qarşısı alındı

04.11.2024 | 15:42
Naxçıvanın yeni icra başçısı kimdir? - DOSYE

04.11.2024 | 15:30
İran ərəb ölkələrini məlumatlandırdı - İsraili vuracaqlar...

04.11.2024 | 15:20
BMU-da “COP29 HUB” adlı tədbir keçirilib

04.11.2024 | 15:18
Səmimi insan – sadə deputat

04.11.2024 | 15:15
BMT-nin Cenevrə ofisində mina problemi bağlı yan tədbir keçirilib

04.11.2024 | 15:14
Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər - FOTO

04.11.2024 | 14:14
Lənkəranda 42 min manatlıq dələduzluq edən şəxs saxlandı

04.11.2024 | 13:42
Bakıda STM-in təşkilatçılığı ilə qlobal sanksiya tendensiyaları barədə tədbir keçirildi...

04.11.2024 | 13:17
Avtomobildən kompüter oğurlayan şəxs tutuldu

04.11.2024 | 13:05
Azərbaycan Texnologiya Universitetinə rektor təyin edildi - SƏRƏNCAM

04.11.2024 | 13:04
Prezident Naxçıvana yeni icra başçısı təyin etdi

04.11.2024 | 13:03
Армянским религиозным деятелям: прекратите врать, прекратите разжигать ненависть! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

04.11.2024 | 12:48
Bu maşınlar 7 min manatadək cərimələnə bilər...

04.11.2024 | 12:30
"Sanksiyalardan qorunmaq üçün İrəvan-Bakı qarşıdurmasına son qoyulmalıdır" - STM-in sədri

04.11.2024 | 12:06
Bayden gedir, bəs Ukrayna?

04.11.2024 | 12:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda COP29-la bağlı yaradılan şəraitlə tanış olublar - FOTO/YENİLƏNDİ

04.11.2024 | 11:52
Hindistanda avtobus dərəyə aşıb, 23 nəfər ölüb

04.11.2024 | 11:49
Yol polisi COP29 ilə bağlı sürücülərə müraciət etdi

04.11.2024 | 11:33
Bakı Olimpiya Stadionunda “COP29 – müvəqqəti gömrük nəzarət zonası” yaradılıb

04.11.2024 | 11:15
"Bu gün ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyir”

04.11.2024 | 11:06
Qoyunqırxan qayçı ilə yeznəsinə xəsarət yetirdi...

04.11.2024 | 11:03
Rusiya Türkiyədən narazıdır. Səbəb nədir? - CANLI

04.11.2024 | 11:00
"Bu nəticə yeniyetmə idmanımızın göstəricisidir" - nazirdən palaşım

04.11.2024 | 10:21
Cüdo Federasiyasının Təhsil meneceri Orxan Oruczadəni Beynəlxalq Olimpiya Komitəsi diplomla təltif edib

04.11.2024 | 10:20
Sumqayıtda evdən kişi meyiti tapılıb

04.11.2024 | 10:10
Ödəmə terminalından oğurluq etmək istəyirdi, yaxalandı...

04.11.2024 | 10:05
ABŞ-dan sabahkı seçkilərlə bağlı addım - Milli Qvardiya hazır vəziyyətə gətirilib

04.11.2024 | 10:00
Yasamalın bəzi küçələrində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

04.11.2024 | 09:30
Səbaildə motosiklet piyadanı vurub öldürüb

04.11.2024 | 09:28
Millət vəkili yeni model hərbi avtomobili test edərkən qəzaya uğradı...

04.11.2024 | 09:25
Bəzi bölgələrə qar yağır – faktiki hava şəraiti açıqlandı

04.11.2024 | 09:20
Qurban Qurbanovun futbolçu oğlu nişanlanıb

04.11.2024 | 09:15
"Türkiyə Sudandakı vəziyyətdən narahatdır" - XİN bəyanat yayıb

04.11.2024 | 09:10
Daha bir boksçusumuz dünya birinciliyində gümüş medal qazanıb

04.11.2024 | 09:06
Şəkidə ev yanıb

04.11.2024 | 09:00
COP29-un rəqəmsal məlumat platformasının yenilənmiş versiyası istifadəyə verilib

04.11.2024 | 08:48
İspaniyada daşqınlar 217 nəfərin həyatına son qoyub

04.11.2024 | 08:30
Maya Sandu Moldovanın prezidenti seçildi - böyük fərqlə..

03.11.2024 | 22:32
İrəvandakı Fransa səfiri COP29-a qarşı ölkəsinin apardığı "qara işi" bu cür ifşa etdi...

03.11.2024 | 22:19
Moldovada "bomba" xəbərdarlıqları fonunda prezident seçkiləri...

03.11.2024 | 22:05
İran prezidenti Naxçıvana dəhlizlə bağlı bu sözləri niyə dedi...?

03.11.2024 | 21:41
Ermənistanda Trampın guya "Arsax" ermənilərini müdafiə etdiyi" barədə mübahisəli xəbər yaydılar...

03.11.2024 | 19:28
Ukrayna Rusiyanın qarşısında uzağı daha bir il dayana bilər – ölkənin canlı hərbi qüvvəsi tükənir…

03.11.2024 | 18:34
Qərbdən Şimali Koreyanın Ukrayna müharibəsinə qoşulmasına cavab - Qara dənizə hərbi gəmilər çıxarırlar… Putinin köməkçisindən şok iddia…

03.11.2024 | 17:55
Bolton xəbərdarlıq etdi - Tramp uduzsa, nəticələri qəbul etməyəcək, 6 yanvar olayları təkrarlana bilər…

03.11.2024 | 17:10
Masallıda toy karvanında avtoşluq edən sürücü həbs olundu

03.11.2024 | 16:43
Çexiya döyüşmək üçün Ukraynaya 60 əsgər göndərir - prezident Pavel razılıq verdi

03.11.2024 | 15:58
İran yekun qərarını verdi, ölkənin hava məkanı bağlandı - İsrailə hücum hər an başlaya bilər…

03.11.2024 | 15:23
Avropa Tramp seçilsə ABŞ-Avropa münasibətlərinin pozula biləcəyindən narahatdır - 2-ci Tramp dövrünə hazırlıqlar başladı…

03.11.2024 | 15:07
COP29-a hazırlıq çərçivəsində nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçirilib - FOTO

03.11.2024 | 14:23
Lavrovdan Ukraynaya xəbərdarlıq - razılaşmaları pozmaqda davam etsəz daha çox ərazi itirəcəksiz…

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930