Xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanınıb - təkcə 1 ayda...
Oktyabr ayı üzrə xaricdə təhsil alan 540 nəfərin diplomu tanınıb, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb. Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 101, Dövlət nümunəli olmayan diplom səbəbilə 14, təhsil forması səbəbilə beş, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə bir, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə bir, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə bir, ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə bir, qısaldılmış proqram səbəbilə bir nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərdə isə Ukraynadan 208, Rusiyadan 203, Türkiyədən 135, Belarusdan 41, Gürcüstandan 25, Birləşmiş Krallıqdan 12, ABŞ-dən 9, Almaniyadan 5, Qazaxıstandan 3, Çindən 3, İtaliyadan 3, Macarıstandan 3, İspaniyadan 2, İsveçdən 2, İrandan 1, Kanadadan 1, Şimali Kiprdən 1, Koreyadan 1, Latviyadan 1, Litvadan 1, Misirdən 1, Özbəkistandan 1, Pakistandan 1, Qırğızdan müraciətin olduğu müşahidə olunur.
Mətləb Salahov