"Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün hər şeyi edir" - Putin
Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına köməklik göstərməyə davam edəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin bir sıra dövlətlərin səfirlərinin etimadnamələrinin təqdimatı mərasimində bildirib.
Rusiya Prezidenti qeyd edib: “Bizim Ermənistan və Azərbaycanla əməkdaşlığımız eyni ruhda qurulub. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün hər şeyi etmişik və edirik. Biz 2020-2022-ci illər üçün ən yüksək səviyyədə sülh sazişi, dövlət sərhədinin delimitasiyası və məlum üçtərəfli sazişlərə uyğun olaraq iqtisadi-nəqliyyat əlaqələrinin açılması üzrə işlərə yardım göstərməyə davam edəcəyik”.
Vladimir Putin əlavə edib ki, Azərbaycan və Ermənistan liderləri BRICS platformasında “regionda davamlı sülhə və millətlərarası harmoniyaya nail olmaq üçün fundamental məsələlər üzrə faydalı danışıqlar aparıblar”.
ZÜMRÜD