KÖHNƏ VERSİYA            

COP-a görə Bakıda əkilən minlərlə Pavlon ağacının qeyri-adilikləri...

Image

Sadıq Qarayev: “Bu ağaclar oksigen bolluğu yaradırlar” 

COP29 çərçivəsində COP29 Miras parkı salınacaq. Bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Heydər Əliyev Mərkəzində media nümayəndələri üçün "ESG Hesabatlarının Tərifi və Təhlili" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

A.Nəcəf bildirib ki, həmin məqsədlə 10 hektar ərazidə 10 min ədəd Pavloniya ağacı əkiləcək.

Pavloniya ağacı nədir? Bu ağacın nə kimi üstünlükləri var? Bakı şəraitində inkişaf edəcəkmi? Yeni salınacaq park Pavloniya ağaclarından ibarət olacaq. Bu ağacın təbii olaraq üstünlükləri nədir? Ekoloji cəhətdən hansı müsbət tərəfləri var? Havanı təmizləmək, gözəllik, estetik baxımdan bütövlükdə Pavloniya ağacının üstünlükləri nədən ibarətdir? Belə bir parkın salınmasının nə kimi önəmi var? Əsasən də Pavloniya ağacı nədir, onun texniki xarakteristikası barədə nə kimi məlumatlar var?

Pavloniya ağacı ilə bağlı kiçik araşdırma apardıq. Məlumata görə, Pavloniya (Paulownia) - bitki cinsidir. Çin qovağı olaraq da tanınır. İldə təxminən 5-6 metr böyüməsi və digər ağac növlərindən daha asan inkişaf etməsi, daha az zəhmət tələb etməsi ilə tanınır. Buna həm də Adəm ağacı deyilir. 

Geniş yarpaqları ilə böyük miqdarda co² həll etdiyi üçün şəhər yerlərində havanın çirklənməsinin qarşısını almaq üçün geniş istifadə olunur. Bundan əlavə, co² analizində digər ağac növləri arasında bugünə qədər liderdir. Bu xüsusiyyəti ilə son illərdə Qlobal İstiləşməyə bir həll yolu olaraq ön plana çıxıb. O, həm də qısa müddətdə yüksək gəlir gətirən ağacdır.

Məlumata görə, Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun istixana kompleksində pavloniya bitkisi çoxaldılaraq yetişdirilir. Az qulluq tələb edən bu ağac bir çox sahələrdə, xüsusilə mebel sənayesi və dekorativ bitkiçilikdə istifadə olunur.

Bu bitkinin kütləvi çoxaldılmasına nail olmaqla mebel sənayesində xaricdən alınan materialın qismən qarşısını almaq mümkün olacaq. Çox sürətli böyüməsi ilə tanınan pavloniya ağacı ildə təxminən 3-4 metr boy atır. Ölkəmizdə hələ çox tanınmayan pavloniya ağacının vətəni Çindir. Yaponiya, Avstriya, ABŞ, Vyetnam, Laos, Tailand, Yeni Zelandiya, Malayziya, İtaliya, Avstriya və Fransa da daxil olmaqla dünyanın 40-dan çox ölkəsində geniş şəkildə becərilir. Ölkəmizdə qışın çox sərt keçdiyi yerlər istisna olmaqla, qovaq əkini aparılan yerlərdə bitir. Orta ömrü 70 il olan bir ağacdır. Yarpaqları zülalla zəngin ağacın çiçəkləri bənövşəyi, ətirli, boruşəkilli və salxım şəklində olur. Bu gözəl çiçəkləri may ayında müşahidə etmək mümkündür.

Pavloniyanın gövdəsi çox hamardır və taxtası çox qiymətlidir.

“İri şəhərlərdə çirkli, tozlu havanın, suların çirkablardan təmizlənməsində bu ağacın özəl xüsusiyyətləri var” 

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, ekspert Sadıq Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, bu ağacın özəl xüsusiyyətləri var. “Pavloniya deyilir, əslində bu Pavlovniyadır. Bu da rus çarının qızının adı ilə bağlıdır. Yəni ad burdan götürülüb.  Pavloniya pavloniyakimilər fəsliləsinə aiddir. Bunun vətəni Şərqi və Cənub-Şərqi Asiyadır, əsasən də Çindir. XIX əsrdən bu tərəfə dünyanın 40-dan artıq ölkəsində bu bitki bağçılıqda və digər məqsədlər üçün geniş becərilir. Mərkəzi Amerikada, Şimali Amerikada, Avropada, Mərkəzi Asiyada və Tailandda, eləcə də bir çox ölkələrdə becərilir. Pavloniyanın becərilməsinin geniş yayılması onun müxtəlif xüsusiyyətləri ilə əlaqəlidir. Birinci, bu bitkinin güclü kök sistemi var, quraqlığa davamlıdır. Amma bununla yanaşı, tez-tez suvarılanda daha intensiv böyüyür. Yəni normal suvarılanda bu bitkinin yetkin fərdləri  hardasa üç-dörd metrə qədər böyüyə bilər. Sürətlə böyüməsi onun bağçılıqda, parkların salınmasında əsas xüsusiyyətlərindən biridir. İşıqsevən bitkidir, yarpaqları dekorativdir. Yəni iri yaşıl yarpaqları var və buna Çin qovağı da deyirlər. Qovaq ağaclarının bitdiyi yerdə, o təbii şəraitdə bitə bilir. Soyuğa çox davamlı deyil. Eyni zamanda bu bitkinin dekorativ xüsusiyyətləri təkcə yarpaqları ilə deyil, o həm də tez böyüyür, bənövşəyi boru şəkilli çox dekorativ çiçəkləri var. Çiçəklərində 16 faizə qədər nektar olur, bu da xoş ətir saçır. Eyni zamanda bundan arıçılıqda da geniş istifadə olunur. Bu xüsusiyyətlərinə görə bu bitkilərdən bəzək-bağçılıqda, parkların salınmasında istifadə olunur. Ümumiyyətlə, xüsusilə də şəhər yerlərində parkların salınmasında həm tez böyüyən, həm də yarpaq və çiçəkləri dekorativ olan bitkilərə daha çox üstünlük verirlər. Mənə elə gəlir ki, yeni salınacaq parkda Pavloniya ağacının əkilməsində onun bu xüsusiyyətləri əsas götürülüb. Pavloniya bitkisinin-ağacının başqa sənaye əhəmiyyəti də var. Onun oduncağından mebel sənayesində, musiqi alətlərinin düzəldilməsində geniş istidafə olunur. Pavloniyanın çox keyfiyyətli mebelləri olur. Bu ağacın gövdələri düz olduğu üçün onlardan alınmış taxtalardan geniş istifadə olunur. Eyni zamanda  Orta Asiyada Pavloniya dərman bitkisi olaraq da becərilir. Bu bitkinin iri şəhərlərdə parklarda əkilməsinin çox mühüm xüsusiyyətlərindən biri də onların daha artıq oksigen vermə qabiliyyətinin olmasıdır. Məsələn, onlar digər ağaclara nisbətən daha çox oksigen verirlər. Bu ağaclar oksigen bolluğu yaradırlar. Eyni zamanda iri şəhərlərdə çirkli, tozlu havanın, suların çirkablardan təmizlənməsində bu ağacın özəl xüsusiyyətləri var”-deyə S.Qarayev bildirdi. 

S.Qarayevin sözlərinə görə, görünür, bu ağacın mühüm xüsusiyyətlərinə görə onu yeni parkda salmaq qərarına gəliblər. O qeyd etdi ki, bu ağacın Abşeron şəraitində becərilmə təcrübəsinin olub-olmadığından məlumatsızdır. O vurğuladı ki, bu bitki ayrı-ayrı bağlarda fərdlər şəklində ola bilər. “Bu təcrübədən keçibmi ki, bir hektar ərazidə, yaxud kiçik bir sahədə başdan-başa Pavloniya ağacları əkilsə Abşeronun təbii quru-subtropik iqliminə dözəcək, yaxud da dözməyəcək? Bunun təcrübədən keçirildiyini bilmirəm. Amma mənə elə gəlir ki, dözərlər.  Bu ağaclar uzunömürlüdürlər, 100 ildən artıq yaşaya bilirlər. Ona görə deyirəm ki, dözərlər, çünki Bakıda qovaq ağacı cinsinə aid olan növlər çox yaxşı becərildikdə yaxşı effekt verirlər. Yəqin ki, bu da yaxşı bir park olacaq”.

S.Qarayev əlavə etdi ki, ulu öndər Heydər Əliyevin təbirincə desək, Abşeronda ağac əkib-becərmək çox çətindir, amma bu ağacları əkib-becərmək şəhərimiz, gələcək nəsil üçün çox faydalı bir işdir. “Biz Bakı şəhərində baxırıq ki, səkilərin qırağında böyük ağaclar var, çinarlar, palıdın bəzi növləri-daş palıdı, yapon sakurası mövcuddur. Bunlar hamısı çoxdan əkilmiş ağaclardır. Hesab edirən ki, bəlkə də onların çoxu ümummilli liderin Azərbaycanda hakimiyyətdə olduğu illərdə əkilmiş ağaclardır. O vaxtı bu ağaclar olmasaydı indi Bakıda külək nə qədər olardı, bu ağaclar küləyin, toz-torpağın qarşısını alır. Onu da təəssüflə qeyd etmək lazımdır ki, daha çox sakini olan yeni tikilmiş yaşayış çoxmərtəbəli binalarının ətrafında ağacdan çox obyektlərə rast gəlmək olur. Buna xüsusi fikir verilməlidir. Bəlkə də inzibati yollarla konkret qaydalar qoyulmalıdır ki, bir bina tikilirsə orda nə qədər sakin yaşayırsa ona uyğun şəkildə binaların ətrafında kiçik parklar salınsın, bağ olsun, xüsusən də uzunömürlü ağaclar əkilsin. Yəni binanın ətrafının yaşıllaşdırılması onların qarşısına şərt kimi qoyulmalıdır.   

Bir şeyi də xüsusi vurğulamaq istəyirəm ki, 10 min Pavlovniya ağacının əkilməsi alqışlanmalıdır. İstənilən ağacın əkilməsi alqışlanası hadisədir. Amma Bakıda park və yaşıllıqlar salanda Azərbaycanın yerli, nadir, nəsli kəsilməkdə olan relik bitkiləri içərisindən dekorativ görünüşlü, yarpaqları, çiçəkləri dekorativ olan növlərdən seçib əkməyimiz daha yaxşı olar. Bu həm dekorativ xüsusiyyətləri qoruyub saxlamaqla dekorativ bitkilərin çoxaldılması, eyni zamanda da həmin bitkilərin genofondunun yaradılması, artırılması  deməkdir. Məsələn, istərdim ki, Bakıda səkilərin qırağında Şərqi Zəngəzurda nadir bitki olan Araz palıdı, Qarabağdakı qırmızı palıd, yaxud digər nadir nəsli kəsilməkdə olan ağac və kol növləri əkilsin, rəngarənglik olsun. Misal üçün, Bakıya baxırsan, görürsən ki, yolların qırağı başdan-başa çinardı, sakuradı. Məsələn, Lənkəran İpək Akasiyasının çox qəşəng dekorativ xüsusiyyətləri var. Yəni bir çox növlərimiz var ki, onların Bakıda əkilməsi vacibdir. Dəmir ağacının özünün payızda yarpaqları rəngarəngdir, yarpaqlarının rəngi qızılıdan qırmızıya qədər olur. Bizim Mərkəzi Nəbatat bağında var və ziyarətçilər gəlib onun yanında şəkil çəkdirirlər. Yəni Bakının yaşıllıqlarını, parklarını rəngarəng etmək, növ çeşidliyini artırmaq lazımdır və uzunömürlü nadir, relik, dekorativ ağaclardan seçib parklar salmaq daha yaxşı olar. Azərbaycanın beş iri botaniki coğrafiya rayon var. Bunlar Lənkəran-Talış, Naxçıvan, Böyük Qafqaz, Kiçik, Kür-Araz ovalığı botaniki coğrafi rayonlarıdır. Bakının hər bir rayonunda bu botanik coğrafiya rayonuna aid bir kolleksiya yaratmaq olar. Zatən bağların xüsusiyyətidir ki, orada kolleksiya yaradırlar. Məsələn, rayonlardan birində bir park salıb adını Cənub botanika bağı qoymaq olar, yaxud başqa bir rayonda Naxçıvan botanika parkı yaratmaq yaxşı olardı. Özü də Naxçıvanda Qarouş dağında, Batabat dağında, Culfa, Ərəfsə tərəfdə quraqlığa dözümlü nə qədər növlər var. Məsələn, söyüdyarpaq armudu, ardıcların növlərindən parklar salmaq olar. Təkcə özümüzdən yox, Aralıq dənizi ətrafında yetişən daş palıd, mantar palıdı və sairdən ibarət parklar Bakıda salınsa daha yaxşı olar. Məsələn, Cənub-Şərqi Asiya florasına aid növləri qeyd edirəm. Bunlar da var. Onların Botanika bağında da bəzi növləri var, gətirib satırlar da. Bunları bir yerə yığmaq elə də çətin deyildi. İstərdim ki, Bakımızda belə parklar olsun. Məsələn, maraqlananlar desinlər ki, biz filan parka gedirik, orda Şimali Amerikanın florasına  məxsus, Aralıq dənizi ətrafına, yaxud Çin florasına xas bitki növləri var. Gələcəkdə bu istiqamətdə bağların salınması çox vacibdir. Düzdür, bu bir az çətindir, amma çox maraqlı bir mənzərə olardı” - deyə S.Qarayev qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

27.12.2024 | 09:40
ABŞ-da ŞOK HADİSƏ - avtomobildə 4 yaşlı uşaq güllələnib!

27.12.2024 | 09:30
Peru Azərbaycana başsağlığı verib

27.12.2024 | 09:22
Azərbaycanda distant təhsil diplomları birdəfəlik qadağan olundu...

27.12.2024 | 09:18
Yaponiyadan 2025-ci il üçün rekord büdcə - 731 milyard dollar!

27.12.2024 | 09:14
İngiltərə nəhənglərindən xal itkisi

27.12.2024 | 09:05
Şirvanda "Jiquli" hasara çırpılıb, sürücü ölüb

27.12.2024 | 09:00
Bu gün Sumqayıtın böyük hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

27.12.2024 | 08:39
Yumurta yenə bahalaşmağa başladı - qıtlıq, ya bayramqabağı hadisə?..

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031