"Cənab Borel, ola bilər ki, yuxular görür" - Prezident
Cənab Borrelin son bəyanatları çox qeyri-səmərəsizdir. Dünən o, bir bəyanat verib ki, Qarabağı 150 min erməni tərk edibdir. Bu, tamamilə yanlış bəyanatdır.
Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib.
Prezident İlham Əliyev bu cür təcrübəli avropalı diplomatın yalan danışdığından təəssüfləndiyini dilə gətirib:
"Mən təəssüf edirəm ki, bu cür təcrübəli təcrübəli avropalı diplomat yalan danışır. Hətta ermənilərin özləri etiraf edirlər ki, 100 min insan Qarabağı tərk edib, 150 min deyil. Yəni, cənab Borrel bu cür davam etsə, bir aydan sonra 200 min adam deyəcək? Ola bilər ki, müəyyən yuxular görür cənab Borrel.
Bu, tamamilə qəbuledilməzdir. Təkcə bu, rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır. Bizim etmədiyimizlə bağlı bir növ ittihamdır. Çox təəccüblüdür ki, bizim Xarici İşlər Nazirliyi bununla bağlı bəyan etdi: onun öz ölkəsi separatçılıqdan əziyyət çəkirdi. Yəni, bu cür, belə bir şəxs necə separatçıları müdafiə edər? Bu, çox təəccüb doğurur".