KÖHNƏ VERSİYA            

Məktəblərdə qızılca ilə mübarizə hansı nazirliyin borcudur?..

Image

Respublikada qızılca epidemiyası ilə bağlı həyəcan artır. Xüsusən də məktəblilər arasında qızılca xəstəliyinə tutulanların sayının artması, hətta ölüm halının baş verməsi, məktəblərdən birinin distant təhsilə keçməsi narahatlığı daha da artırır. 

Qrip, qızılca, su çiçəyi kimi xəstəliklər uşaqların yaxasına çökməkdədir. Ölkədə qızılca problemi ilə isə hələ ki, yalnız Elm və Təhsil Nazirliyi məşğul olur. “Qızılcanın tədris prosesinə mane olmamasına çalışırıq. Bizim üçün əsas uşaqların sağlamlığıdır. Artıq məktəblərdə uşaqların hərarəti ölçülür”. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

“Bizim indi üzləşdiyimiz vəziyyət 9-10 il əvvəl valideynlərin verdiyi qərarın nəticəsidir. Bu virusda peyvəndlənmə önəmlidir. Hazırkı rəqəmlər onu deyir ki, böyük bir pandemiya təhlükəsi yoxdur. Ayrı-ayrı yerlərdə, məktəblərdə yoluxmalar var. Başqa məktəblər və ya siniflər distant təhsilə keçirilməyib, yalnız bir məktəbdə yoluxma sayı çox olduğu üçün distant təhsilə keçilib”, - deyə nazir əlavə edib.

Belə görüntü yaranıb ki, hazırda ölkədə məktəblərdə şagirdlər arasında qızılcaya qarşı mübarizə ilə ancaq Elm və Təhsil Nazirliyi məşğul olur. 

Məktəblərdə qızılca ilə mübarizənin təşkili Elm və Təhsil Nazirliyinin əsas vəzifəsidir, yoxsa Səhiyyə Nazirliyi və TƏBİB-in? Elm Təhsil Nazirliyi olmazmı ki, elə elm və təhsillə məşğul olsun, bu xəstəliyə qarşı mübarizə Səhiyyə Nazirliyinin əsas fəaliyyət istiqaməti deyilmi? Bəyəm qızılca ilə mübarizənin yükünü Elm və Təhsil Nazirliyi çəkməlidir? 

Sabah başqa bir sahədə xəstəlik yayılarsa, bununla mübarizəni həmin sahəyə baxan nazirlik aparası deyil ki. Ölkədə səhiyyəyə cavabdeh dövlət qurumları var. Bu işin ağırlığını Elm və Təhsil Nazirliyi  deyil, Səhiyyə Nazirliyi və onun strukturları öz üzərinə götürməlidir, amma elə rəy və təəssürat yaranır ki, qızılca ilə mübarizənin bütün ağırlığı Elm və Təhsil Nazirliyinin çiynindədir. burada Səhiyyə Nazirliyi, TƏBİB görsənmir.

Ədalət Rüstəm: “Bütün dövlət qurumları qızılcaya qarşı mübarizəyə səfərbər olmalıdır” 

Azərbaycan Həkimlər Birliyinin İdarə Heyətinin  üzvü  Ədalət Rüstəm   “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda ölkə ərazisində yayılan  qızılca ilə mübarizədə heç bir aidiyyəti qurum yaxasını geri çəkməli deyil. O hesab edir ki, Xarici İşlər Nazirliyindən və Müdafiə Nazirliyindən başqa bütün nazirliklər, dövlət qurumları qızılca ilə mübarizədə aktiv iştirak etməlidir. “Qızılca ilə mübarizədə Səhiyyə Nazirliyi kənarda qalmamalıdır. Ölkədə iki nazirlik istisna olmaqla, Səhiyyə Nazirliyi də, TƏBİB də, Elm və Təhsil Nazirliyi də daxil olmaqla   bütün dövlət qurumları qızılcaya qarşı mübarizəyə  səfərbər olmalıdır. Ölkəni bu bəladan qurtarmaq üçün bütün qurumlar fəaliyyətini ortaya qoymalıdır. COVİD-19-da olduğu kimi hər kəs bu xəstəlikə mübarizədə iştirak etməlidir. Qızılca mini koviddir, ona qarşı mübarizə aparılmalıdır. Səhiyyə Nazirliyi, TƏBİB və başqa orqanlar qızılca ilə mübarizədə çox aktiv olmalıdır. Həyəcan təbili çalınmalıdır”-deyə Ə.Rüstəm qeyd etdi.

Elyar İslamoğlu: “Belə rəy formalaşıb ki, məktəblərdə qıcılca ilə mübarizəni Elm və Təhsil Nazirliyi  təkbaşına aparır, Səhiyyə Nazirliyi və TƏBİB problemə reaksiya vermir”

Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu “Bakı-Xəbər”ə “Qızılca ilə bağlı söhbətlər yayıldıqdan sonra biz yalnız Elm və Təhsil Nazirliyinin panikaya düşdüyünü, bu qurumun məktəblərdə tədbirlər görməyə çalışdığını görürük. Bir sözlə, cəmiyyətdə belə rəy formalaşıb ki, məktəblərdə qıcılca ilə mübarizəni Elm və Təhsil Nazirliyi  təkbaşına aparır, Səhiyyə Nazirliyi və TƏBİB problemə reaksiya vermir. Təəssüflər olsun ki, biz Səhiyyə Nazirliyi və TƏBİB-in qızılca ilə bağlı hansısa geniş açıqlamasına, maarifləndirici tədbirlərinə rast gəlməmişik. Halbuki, istənilən yoluxucu xəstəliklərlə bağlı ilk növbədə Səhiyyə Nazirliyi və TƏBİB açıqlama verməlidir, mübarizə tədbirləri həyata keçirməlidir”-deyə qeyd etdi.

E.İslamoğlu qeyd etdi ki, ölkədə həm Səhiyyə Nazirliyi var, həm də TƏBİB, TƏBİB-in yaradıması ikitirəlik yaradıb. Alim bildirdi ki, ciddi bir problem olanda Səhiyyə Nazirliyi məsuliyyəti TƏBİB-in üzərinə atır, TƏBİB də Səhiyyə Nazirliyinin günahkar olduğunu deyir. O hesab edir ki, TƏBİB-lə nazirlik birləşdirilsə yaxşı olar, heç olmasa məsuliyyəti bir qurum daşıyar. “Qızılca çox qorxulu xəstəlik sayılır. Biz hamımız uşaq vaxtı qızılca keçirmişik, amma valideynlər arasında bu qədər təşviş yox idi, həkimə müraciət etmədən evdə uşaqlarını özləri müalicə edib sağaldırdılar. Uşaqlar on-on beş günün içində sağalıb ayağa dururdular. İndiyə qədər qızılcadan üç uşağın öldüyü açıqlanıb. Görünür ki, uşaqların immuniteti zəifdir. Uşaqların immunitetinin zəifləməsində qida  məhsullarının keyfiyyətsiz olmasının, onların günəş altında az gəzməsinin, ev tapşırıqları ilə yüklənmələrinin də təsiri az deyil. Düşünürəm ki, Səhiyyə Nazirliyi və TƏBİB təxirəsalınmaz işlər görməlidir. Çünki artıq üç uşağın bu xəstəlikdən  ölməsi kiçik göstərici deyil, nəzərə alsaq ki, ölkəmiz tibb sahəsində inkiaf etmiş ölkələrdəndir. Düzdür, bizdə səhiyyə sahəsində müəyyən çatışmazlıqlar, dərmanların keyfiyyətində problemlər var, səhiyyədə rüşvət var, dərman monopolyası mövcuddur. Amma bunlara baxmayaraq, bizim ölkəmiz səhiyyə sahəsində irəlidədir. XXI əsrdə bir şagirdin  qızılcadan həyatını itirməsi yaxşı hal deyil. Yəqin ki, Səhiyyə Nazirliyi və TƏBİB qısa müddət ərazində öz vəzifələrinin öhtəsindən gəlməyə başlayacaqlar. Ola bilsin, Səhiyyə Nazirliyi və TƏBİB gözləyir ki, cənab Prezident qızılca məsələsini də nəzarətə götürsün, bundan sonra hərəkətə keçsin. Təcrübə göstərir ki, hansısa bir sahədəki problemi cənab Prezident nəzarətə götürən kimi nazirliklər əl-ayağa düşür. Əgər bu məsələni də cənab Prezident  nəzarətə götürəcəksə, onda Səhiyyə Nazirliyi və TƏBİB nə üçündür? Ümid edirəm ki, ictimai rəydən nəticə çıxarıb qısa müddət ərzində məktəblərdə şagirdlərin qızılcadan qorunması istiqamətində mübarizə tədbirləri görərlər”-deyə E.İslamoğlu qeyd etdi.

Əli TURABOV







VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

27.12.2024 | 09:22
Azərbaycanda distant təhsil diplomları birdəfəlik qadağan olundu...

27.12.2024 | 09:18
Yaponiyadan 2025-ci il üçün rekord büdcə - 731 milyard dollar!

27.12.2024 | 09:14
İngiltərə nəhənglərindən xal itkisi

27.12.2024 | 09:05
Şirvanda "Jiquli" hasara çırpılıb, sürücü ölüb

27.12.2024 | 09:00
Bu gün Sumqayıtın böyük hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

27.12.2024 | 08:39
Yumurta yenə bahalaşmağa başladı - qıtlıq, ya bayramqabağı hadisə?..

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031