Ukrayna Kurskda 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı...
Ukrayna Kursk bölgəsinin 74 yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb. Bu haqda Ukrayna Silahlı Qüvvələrinin rəhbəri Aleksandr Sirski prezident Zelenskiyə məruzə edib.
O, Ukraynanın bölmələri Kursk vilayətinin ərazisində əməliyyatlarını davam etdirdiyini, 40 kvadrat kilometr ərazini nəzarətə götürdüyünü bildirib.
"Bu günə olan vəziyyətə görə 74 yaşayış məntəqəsi nəzarət altındadır. Bütün cəbhə xəttində döyüş gedir. Döyüş əməliyyatlarının yüksək intensivliyinə baxmayaraq, vəziyyət bizim nəzarətimizdədir” – Sirski bildirib.
Öz növbəsində Zelenski yeni rus əsgərləri əsir götürdükləri üçün Ukrayna ordusuna təşəkkür edib: “Məhkum mübadiləsi fondumuzu doldurduğunuz üçün sizə təşəkkür edirəm. Bu, bizim onları əsgərlərimizə dəyişə bilməyimiz üçün vacibdir”.
TAHİR