Bazar günü, 20 iyul 2025
     

Azərbaycanın İrandakı səfirliyi qayıtdı - Ermənistan qorxuya düşdü...

Image

Məlum olduğu kimi, Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.

O da qeyd edilib ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, "Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası" çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib: "Hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək. Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir. Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək". Hesab olunur ki, bu hal Azərbaycan və İran arasında münasibətlərin inkişafının mühüm göstəricisidir. Ancaq baş verənlərdən erməni tərəfi ciddi narahat olub. Hesab olunur ki, bu da regionda Ermənistanın mövqeyini alt-üst edəcək. Erməni ekspert Armen Petrosyan qeyd edir ki, hadisələrin bu səpkidə inkişafı İrəvan üçün müsbət heç nə vəd etmir: "Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası mühüm addımdır,  bu, regional vəziyyətin dəyişməsi və regional aktorların qarşıdurma ritorikasından "yumşaq güc"ə keçmək qərarının nəticəsidir". O bildirib ki, Azərbaycan və Türkiyənin məqsədi, müxtəlif üsullardan istifadə edərək, İranı həssas mövzularda, o cümlədən Ermənistan məsələsində öz tərəfinə çəkməkdir. Petrosyanın fikrincə, səfirliyin işini bərpa etməsi vaxtına diqqət etmək lazımdır: İran-Azərbaycan münasibətləri yumşalıb, üstəlik, İran cəmiyyətində Azərbaycana qarşı münasibət də xeyli dəyişib. İbrahim Rəisi ilə sərhəd görüşündən sonra başlayan yaxınlaşmanın, xüsusilə Məsud Pezeşkianın prezident seçilməsindən sonra sürətlənməsinə diqqət çəkən erməni ekspert hesab edir ki, Azərbaycan və Türkiyə yeni prezidentə "özününkü kimi" baxır: "Məsud Pezeşkianın etnik azərbaycanlı olması Azərbaycan və Türkiyənin İranla münasibətləri dərinləşdirməsinə marağını gücləndirir". O iddia edib ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində İranın mövqeyini yumşaltmağa, onun yanaşmasını dəyişməyə çalışır. Əgər İran mövqeyindən geri çəkilərsə, Ermənistan "daha mülayim" davranmağa məcbur olacaq: "Tehran və Bakı arasında sərt qarşıdurma şəraitində "dəhliz" məsələsində mövqelərin yaxınlaşmasını gözləməyə dəyməzdi. Ancaq indi razılaşmaların əhatə dairəsi genişlənir. Nəzəri cəhətdən bu sövdələşmələrin Ermənistanın maraqları hesabına baş verə biləcəyini ehtimal etmək olar". Ekspertlər hesab edir ki, bundan sonra da İran-Ermənistan münasibətlərində gərginləşmə gözləmək olar. Xüsusən də o fonda ki, Ermənistanın Qərblə, xüsusilə ABŞ-la əməkdaşlığı o qədər sürətlə inkişaf edir ki, bu, artıq İranı ciddi narahat edir. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov  bu fonda məsələnin maraqlı tərəfinə nəzər salaraq yazır: "Qərblə İranı birləşdirən məqsəd Ermənistanın Azərbaycana qarşı müqavimət qabiliyyətlərini artırması idi. Eyni zamanda İran Qərbin Ermənistana dəstəyindən müəyyən mənada istifadə edirdi". 

O bildirib ki, Ermənistanın İranla hərbi əməkdaşlıqdan imtina edib ABŞ-la yaxınlaşması Tehran üçün "qırmızı xətt"in keçilməsi olub: "Elə bir dövr gəldi ki, İran Ermənistana Tehran və İrəvan arasında hərbi ittifaq bağlanılması ilə bağlı açıq mesaj yolladı. Ermənistan isə bu təklifə rədd cavabı verərək, Qərblə, xüsusilə ABŞ-la hərbi sahədə əməkdaşlıq prosesini sürətləndirdi. Qərbdən silah alınması İran tərəfindən nisbətən qəbuledilən məsələ idi. Lakin birbaşa ABŞ-Ermənistan hərbi təlimlərinin keçirilməsi, amerikalı hərbçilərin Ermənistana gəlməsi İranı ciddi mənada narahat etməyə başladı. Təsadüfi deyil ki, ABŞ-Ermənistan hərbi təlimlərinin elan edildiyi günün ertəsi İranın İrəvandakı səfiri Mehdi Sübhani Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşə getdi. Belə görüşlərdə İran tərəfi hər zaman izahat istəyir. O izahatın nə dərəcədə qaneedici olub-olmadığını da artıq tərəflərin gələcək fəaliyyətlərində görəcəyik. Amma İran ənənəvi olaraq Cənubi Qafqazda xarici qüvvələrin fəallığından narahat olduğunu bildirir, Türkiyə-Azərbaycan hərbi təlimlərini belə diqqətlə izləyir. Türkiyə NATO üzvü olsa da, region ölkəsi olduğu üçün Azərbaycanla hərbi təlimlərini normal qarşılayır. Amma birbaşa ABŞ-ın İranın şimalında yerləşən ölkədə ikitərəfli təlim keçirməsi, əlbəttə ki, İran üçün də bir siqnaldır". Azərbaycan dəfələrlə İran tərəfinə izah edib ki, Zəngəzur dəhlizinin açılması sərhədlərin toxunulmazlığı, yaxud dəyişdirilməsi demək deyil və bu, demoqrafik dəyişilkiyə də gətirib çıxarmayacaq. Əksinə, bu dəhliz bölgənin beynəlxalq əhəmiyyətini artırır və regionda yaşayan xalqların rifahına müsbət təsir göstərəcək. Bu fonda İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişir. Tehran nəzərə alır ki, Zəngəzur dəhlizi Avropanı Çinlə birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq və belə olan halda Tehran burda pay sahibi ola bilər. 

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910