"ASAN Xidmət"in işçilərinin sayı artırıldı
Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") fəaliyyətinin təmin edilməsi haqqında fərmanda dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, agentliyin işçilərinin say həddi 1 539-dan 1 560-a çatdırılıb.