Rusiya Qərb sanksiyalarına qarşı hərəkətə keçdi - rus qazının ixracı üçün Dubayda ikinci “kölgə tanker donanması” yaradılır...
Rusiya Qərbin yeni sanksiyalarından sonra maye qaz ixracı üçün ikinci “kölgə tanker donanması” yaradır. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentlik iddia edir ki, Rusiya artıq bununla bağlı gizli fəaliyyətə başlayıb. İddialara sübut kimi isə Dubayda bəzi tankerlərin az tanınan şirkətlərin mülkiyyətinə keçməyə başlaması və bu gəmilərin sığorta məlumatlarının olmamasını göstərilib.
TAHİR