Almaniyanın Ukraynaya yardım üçün pulu tükənir... Kiyevə vəd olunan tanklar da...
Almaniyanın müdafiə naziri Boris Pistorius iki gün əvvəl rəsmi təmaslar üçün Ukraynanın paytaxtı Kiyevə gedib. Pistorus burada həmkarı Rustem Umerovla görüşüb.
İki nazirin görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında Pistorius Almaniyanın Ukraynaya yeni hərbi yardım paketi hazırladığını və paketə 4 IRIS-T hava hücumundan müdafiə raket sistemi, 20 min 155 millimetr kalibrli artilleriya mərmisi, tank əleyhinə minalar və digər silahların daxil olduğunu bildirib.
Boris Pistorius Almaniyanın gələn il Ukraynaya 140 min 155 millimetrlik artilleriya mərmisi verməyi planlaşdırdığını da bildirib.
Ancaq alman mətbuatı bu açıqlamanın tam əksini iddia edən bir xəbəri gündəmə gətirib. "Der Tagesspiegel" Almaniyanın Ukraynaya müdafiə yardımı göstərmək üçün maliyyə imkanlarının son həddinə çatmağa yaxın olduğunu iddia edib. Qəzet həmçinin Berlinin Kiyevə vəd etdiyindən çox tank çatdıra bilməyəcəyini yazır.
TAHİR