Pentaqonda ŞOK İSTEFA
Pentaqonun son bir neçə ayda tənqidlərlə üzləşən aparat rəhbəri Kelli Maqsamen bu ayın sonu istefa verəcək. Bu barədə Müdafiə Departamentinin sözçüsü Sabrina Sing açıqlama verib. O qeyd edib ki, Kelli Maqsamen bu administrasiyanın ilk günündən bu vəzifədə olub və üç il yarımdan sonra digər imkanları dəyərləndirməzdən öncə məzuniyyətə çıxmağa qərar verib.
K.Maqsamen ABŞ müdafiə katibi Lloyd Ostinin 2021-ci ilin yanvarında fəaliyyətə başladığı ilk gündən etibarən onun sağ əli olub. Lakin bu ilin yanvarında aparat rəhbəri xərçəng xəstəliyinə görə müdafiə katibinin xəstəxanaya yerləşdirilməsinə dair məlumatı Ağ Evə və Konqresə 3 gün sonra verdiyi üçün tənqidlərə məruz qalıb.
Mətləb