KÖHNƏ VERSİYA            

Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm yoxdur

Image

Şəhid qardaşlar Musa və Turalın şərəfli həyat və döyüş yolundan bəhs edən “Gəl, birlikdə köçək dünyadan” adlı kitabdan bir parça.

Bildiyimiz kimi, dini anlamda şəhidlik ölümün ən yük­sək mərtəbəsi, ictimai kontekstdə isə Vətən uğrunda cihada qalxaraq haqq dünyasına qovuşmaqdır. 

İbrətamiz fikirlərdə də göstərilir ki, Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm yoxdur, lakin bu ölümün şərbətini çox az adam içir... Məhz bu aspektdən yanaşaraq insanlar “Şəhidlər ölməz, vətən bölünməz” şüarını dillərində əzbər ediblər. 

Ulu öndər Heydər Əliyevin Vətən haqqında dediyi sözlər də əslində, elə bu məntiqi açır: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır... Hər bir vətəndaş Vətənimizin, xalqımızın taleyi ilə yaşamalıdır! Vətən birdir və hamı bu Və­tən uğrunda çalışmalıdır...”.

Milli mənlik milli mənsubiyyəti ətraflı dərk etməyə imkan yaradır. Mənliyi olan şəxs heç bir hadisəyə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları hər an onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir. Jan Leron Dalamber demişkən, həqiqi namuslu insan ailəsini özündən, Vətənini ailəsindən uca tutmalıdır... 

Belə bir anlam da var: «Uğrunda ölməyəcəyin bayrağın kölgəsinə sığınma. Ya sahib ol, ya uzaqlaş”. Burada nə ­qə­dər dəqiq və sərrast eyham var. Vətən müharibəsində canlarını fəda edən ərənlərimiz öz şərəfli ölümləri ilə torpağa, elə-obaya yad olanlara məhz bunu dedi. Bu eyhamın içində şəhid ucalığı, Vətən uğrunda can verməyin nə olduğu, hansı mahiyyət daşıdığı diqqəti xüsusilə çəkir. 

Biz də məhz üzərində ciddi-cəhdlə işlədiyimiz «Gəl, birlikdə köçək dünyadan...» adlı kitabda Vətən, torpaq sevgisinin hansı anlam daşıdığına diqqət çəkməyə cəhd etdik, bütün şəhidlərin timsalında Mingəçevirin Günəşli qə­səbəsində doğulub, boya-başa çatan Musa və Tural qardaşları kimi qəhrəman, tarix yazan oğullar haqqında fikir yürütdük. O oğullar ki, Vətən naminə hər şeylərindən – həyatlarından, gözəl arzularından, yaşamaq istəklərindən, ailələrindən, onlara «ata» deyən övladlarından, bir sözlə, şirin canlarından keçdilər... Onlar bizim qürur və and yerimizdir, çünki Vətən qoynunda ölməyi özlərinə şərəf bildilər. 

“Gəl, birlikdə köçək dünyadan...” kitabı şəhid qardaşlar Musa və Turala (bir) vəfa borcumuzdur. Burada onların hə­yatı, fəaliyyəti, davranış və münasibəti, döyüş yolu, hət­ta yaradıcı ruhu barədə mümkün qədər təfsilat verdik, hə­ya­tı əhatə edən təsisatları sadəcə status kimi gözdən keçirmədik, real-gerçək təlatümlərlə mübarizə apara-apara bərkidik...

Allah şəhidlərimizə rəhmət eləsin!

Vətənə nə üçün ana deyirlər? 

Məktəbli ikən müəllimdən soruşmuşdum ki, Vətənə nə üçün ana deyirlər? O, sifətini sarmış ilıq-solğun təbəssü­m­lə gözlərini bir az aralıdakı qəbiristanlığa dikib demişdi: 

- Vətən (də) bizi anamız kimi qoynuna alır. Biz daim ona sığınırıq... 

Böyüdükcə anladım ki, (əlbəttə) Vətən anadır, hamımızın anasıdır. Hamımızın borcu­dur ki, dar gündə öz anamızı - Vətənimizi qoruyaq... 

Elə Musa və Tural qar­daşlarının da boynuna belə bir haqq düşmüşdü. Onlar da (mənimtək) hələ uşaq çağlarında Vətən haqqında anlayışa malik oldu, Vətən müharibəsi başlayanda (çoxları kimi) könüllü olaraq döyüşlərə qa­tıl­dılar, torpaqlarımızın düşməndən geri alınmasında əsl hünər və şücaət göstərdilər. 

Şəhadətə yüksələn bu cəngavər qardaşların arzuları ana­ları qədər, canlarından artıq sevdikləri Və­təni azad gör­mək idi, Allah onların arzularını çin et­di... 

Vətən qürur duyur ki, Musa və Tural kimi qəhrəman oğulları var. Taleyə baxın, həyatın təzad dolu anlarına diqqət edin: İki qardaş, ikisi də Vətən qəhrəmanı. İkisi də eyni ailənin, eyni soyadın təmsilçisi. İkisi də bir neçə gün fərqi ilə Vətən uğrunda şəhadət şərbəti içib... 

Belə anlar tarixdə çox nadir hallarda baş verir…

Musa və Turalın Vətən yanğısını, Musanın şeirlərindəki Vətən hissini gördükdən sonra illər əvvəl yazdığım “Vətən” adlı şeir içimdə lərzəyə gəldi:

               ***

Sapı qopdu, şamı atdım,

Neçə arzu-kamı atdım,

Səndən ötrü camı atdım,

Sonra səni dandım, Vətən... - 

Şəhid verdin, yandım, Vətən!

 

Düşmən bizi taladı, bax,

Torpaq çala-çaladı, bax...

Hər oğlun bir qaladı, bax,

Qürur yerim, andım Vətən, - 

Şəhid verdin, yandım, Vətən!

 

Qoşa atdın zərimi sən,

Mum elədin şərimi sən,

Ağ duvaqlı pərimisən?

Səni mələk sandım, Vətən, - 

Şəhid verdin, yandım, Vətən!

 

Xan babamın əsli idim,

Çox hay-küylü, səsli idim,

Cavanşirlər nəsli idim,

Mən də o vaxt xandım, Vətən, - 

Şəhid verdin, yandım, Vətən!

 

Yallarını çox etdilər, 

Ac itləri tox etdilər...

Bölə-bölə yox etdilər,

Mən bədəndim, candım, Vətən, - 

Şəhid verdin, yandım, Vətən!

Şübhəsiz, Vətən amalı, torpaq sevdası güclü olan insanlar ilk anlardan - uşaq və yeniyetmə yaşlarından fərqlənir, diqqəti xüsusilə çəkirlər. Allah sanki belələrinin ilk vaxtlardan içində bir Vətən ocağı qalayır, zaman-zaman o ocağın közü həmin şəxsləri qorxmaz, hünərvər igidə çevirir. 

Mingəçevirdə sadə, olduqca zəhmətkeş bir ailədə dün­yaya göz açan Musa və Tural qardaşları da əslində, qorxmaz, cəsur oğullar idilər. Onların gözlərinin dərinliklərində görünən, sonra da özünü Vətən sevdası kimi göstərən vətəndaşlıq əzmi Vətən müharibəsində bir ocaq, bir od kimi təlatümə gəldi. Torpaq uğrunda apardıqları mübarizə onları yüksək bir məqama – şəhadətə ucaltdı. Tanrı yanında məqam sahibi oldular. İndi onların Vətən eşqi özləri ilə bərabər geniş ənginliklərdə bərq vurur, aydın səmamızda dolanır, ələlxüsus da, övladlarının başı üzərində çətirə dö­nür. 

İndi Günəşli qəsəbəsinin qubar sarmış, külək tutan səm­tində, səssizliyin hökm sürdüyü əzəmətli bir evdə susqun baxışlarla Allaha səcdə edən Nəhayət xanım Musa və Turalın şəhadətinə çıraq tutur, yoxluqlarına dözə bilməsə də, insan - ana qürurunu tox saxlayır, nəvələrinin gözlərində oğullarının vüqarını görür, azacıq da olsa, təsəlli tapır...   

Şəhid qardaşların Vətən yolundakı qəhrəmanlığından xə­bərdarıq. Torpaqlarımızı azad görmək arzusu onlara şəhidlik kimi şərəfli bir missiya bəxş edib. Onların şəhid adı indi dillərdə, dodaqlarda səslənir və onlar hər an ölməz bir Vətən fədasi olaraq xatırlanacaqlar. 

Vətən oğlu, Vətənin qəhrəman cüssəli sadiq vətəndaşları Musa və Tural qardaşları düşmənə ağır zərbələr vu­rub­lar. Düşmən bütün döyüş boyu onları izləyib, erməni snayperçiləri tərəfindən onlar daim hədəfdə olublar. 

Şəhid qardaşların böyüdüyü evin həyətində qərar tutmaq çox çətindir. Bilmirsən, gözlərini hansı səmtə tuş edə­sən ki, dağ vüqarlı ana Nəhayət xanımın çöhrəsindəki tə­latümün “əzabından” qurtulasan. O, gözlərinin yaşını qu­ruda bilmir. Nə vaxt çalışıram ki, ondan oğulları haqqında bir söz soruşum, gözləri qara buludlar kimi dolur, danışmaqda çətinlik çəkir, içini dağıdan susqun hıçqırtılar onu “dünyanın qara daşı kimi cücərdir”. 

Bəzən insan ah çəkəndə ətrafdakılar hiss edir. Ancaq Nəhayət xanım içində ah çəkir, kimsə duymur. Bu ah onun övlad dağı çəkilmiş ürəyini yüz yerdən parçalayır. Qəlpə-qəlpə sızıltı verən ağrılar onu yarasına düz tökülmüş insan qədər göynədir, qubara mübtəla edir.  

İndi Nəhayət xanım bizim üçün qara paltarlı mələktimsal şəhid anası, Musa və Tural qardaşları - torpağı canlarından üstün tutan qeyrət simvollarımızdır! 

Nəhayət xanımın vücudunda ağır ləngər yaradan Vətən sevgisinə heyrət kəsildiyimdən anidən öz-özümə pıçıldayıram:

- Vətən sizin and yeriniz, siz Vətənin hünər dastanısınız, Musa və Tural. İllər ötəcək, zaman keçəcək, biz, ha­mı­mız unudulacağıq, lakin siz və sizin kimi qəhrəman oğullar əsla unudulmayacaq, nəsillər tərəfindən böyük min­nətdarlıq hissi ilə xatırlanacaq. Belə bir xoşbəxtlik yalnız Vətənin məğrur insanlarına nəsib olur. O xoşbəxtlikdən sizə də pay düşüb. Gənc yaşında ömrünüzü hamımız üçün fəda etdiniz. Sizi yaşatmaq, yaddaşlarda bir xatirəyə çe­virmək bizim borcumuzdur. Bu borcun öhdəsindən gələ bilsək, demək, bizim də Vətən şərəfimiz var. Sayənizdə ba­şımız dik, üzümüz ağ, qətiyyətimiz möhkəmdir. Əmin olun, Vətən üçün könül sevdası, qəlb-ürək nəğmələri oxu­­mağı bacaran nəsillər daim sizin ziyarətçiniz olacaq. Siz dastanlaşacaq, obraza çevriləcək, qranit abidələr kimi sərt ilğımlara sinə gərəcəksiniz. Hər kəs sizə “Vətən salamı” verəcək. Nur parıltısı çırpınan gözlərinizdəki qürur, fə­xarət hissi nəsillər üçün bir hünər simvolu olacaq...

Siz də səbrli olun, şəhid anası! Dərdinizi, içinizdə pərvaz edən qubarı silmək, yox etmək mümkün deyil, lakin əmin olun ki, siz övladlarınız qədər ali, uca və əzəmətlisiniz. Vətəni düşməndən qoruyan, qeyrətimizi, insan-kişi adı­mızı bizə qaytaran Musa və Tural kimi oğulları siz bö­yüt­müsünüz. Xalqın şəhidlərə olan ehtiramı, təşəkkürü, minnətdarlığı (bəlkə də) onlardan daha çox şəhid analarına düşür. Siz də xalq sevgisində təcəssüm edən Vətən sevdaları kimi əbədi alqışa layiqsiniz. Vaxt gələcək, bütün şəhid analarına, o cümlədən sizə Vətən deyəcəklər...

Bu gün qapılarınız ziyarətgah, evləriniz ziyarət yeridir. Bu gün ellər axın-axın Musa və Turalın ziyarətinə gəlir, onların şəhid adı, müqəddəs ruhu qarşısında baş əyir, onların fövqündə Vətənə səcdə edirlər. 

Vaxt gələcək ki, yaşadığınız, Vətən üçün iki qeyrətli oğul böyütdüyünüz bu ev hamının səcdəgahı olacaq, bö­yük bir muzeyə çevriləcək... 

O muzeyin də bələdçiləri elə Musa və Tural qardaşları olacaq...

Hikmət Məlikzadə







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

04.01.2025 | 18:47
Qərbi Azərbaycan İcması Ermənistanın irqçi siyasətini ifşa etdi - Petrosyanın 1993-dəki çıxışı...

04.01.2025 | 17:53
Almaniyalı nazir Rusiyanı hərbi bazalarını Suriyadan çıxarmağa çağırdı...

04.01.2025 | 16:43
ABŞ narahatdır - Rusiya nüvə silahından istifadə edə bilər...

04.01.2025 | 16:10
Ermənistanın Baş Qərargah rəisinin keçmiş müavini 44 günlük müharibə ilə bağlı saxlandı

04.01.2025 | 14:43
Goranboyda narkokuryerlik edən 48 yaşlı qadın saxlandı - FOTO

04.01.2025 | 14:18
Qəzaya uğrayan AZAL təyyarəsilə bağlı istintaqın yekunlaşacağı son tarix açıqlandı

04.01.2025 | 13:30
Braziliyada AZAL-ın təyyarəsinin “qara qutu”larının açılmasına başlanıb

04.01.2025 | 12:55
Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpıldı - ölən və yaralananlar var...

04.01.2025 | 11:00
ABŞ-dan ŞOK addım - İsrailə 8 milyard dollarlıq silah satacaq

04.01.2025 | 10:30
Ötən gün 27 cinayətin üstü açılıb - DİN açıqlama yaydı

04.01.2025 | 10:20
"Burda son mövsümümdür" - Məhəmməd Salah "Liverpul"dan gedir

04.01.2025 | 10:05
Gürcüstandan ABŞ dolları ilə bağlı YENİ QƏRAR

04.01.2025 | 10:00
Bu tarixdə Trampa qarşı məhkəmə hökmü oxunacaq - aktrisanı rüşvətlə susdurmaqda ittiham olunur..

03.01.2025 | 23:28
AZAL Bakı–Kazan reysilə bağlı iddiaları təkzib etdi

03.01.2025 | 21:49
Moskva rus qazının Avropaya nəqlinin dayandırılmasına görə ABŞ-ı günahlandırdı - bədəlini ödəyəcəklər...

03.01.2025 | 20:07
Ermənistandakı pirotexniki məmulatlar anbarında yanğın olub

03.01.2025 | 19:07
Antalyada qorxulu anlar - 4,5 bal gücündə zəlzələ oldu...

03.01.2025 | 18:38
Cənubi Koreyada gərgin anlar - prezidenti həbs etmək üçün saraya minlərlə polis və xüsusi təyinatlı yeridildi

03.01.2025 | 16:57
Trampın sülh mesajları Moskvanın diqqətini çəkmədi - "...bizi maraqlandıracaq heç nə yoxdur”

03.01.2025 | 16:36
Slovakiya Zelenskiyə görə ukraynalı qaçqınlara dəstəyi azaldır...

03.01.2025 | 15:47
Bayden və ailəsinin xarici liderlərdən aldıqları hədiyyələr ortaya çıxdı - 20 min dollarlıq 7,5 karatlıq brilyant...

03.01.2025 | 14:58
Tokayev BMT baş katibi olacağı ilə bağlı şayiələrə aydınlıq gətirdi

03.01.2025 | 13:00
Qadın azarkeşi qucaqladı, yarım milyard cərimələndi - İranda skandal hadisə!

03.01.2025 | 12:10
"Milan" və "Yuventus" görüşəcəklər - bu dəfə Səudiyyə Ərəbistanında

03.01.2025 | 12:00
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənəd qəbulu bu tarixdə başa çatır

03.01.2025 | 11:13
Almaniyalı nazir Dəməşq yolçusudur - Əhməd əl-Şaraa ilə görüşəcək

03.01.2025 | 11:10
20 il əvvəl İraqda necə oldusa, Suriyada da elə olacaq- sabah Ümumsuriya konfransı başlayır, sonda yenə Kürd muxtariyyatı...

03.01.2025 | 11:03
MSK seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını açıqladı

03.01.2025 | 11:00
ABŞ bu ölkəyə 3,64 milyard dollarlıq raket satdı

03.01.2025 | 10:20
"Qara qutuların Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir" - Tokayevdən AÇIQLAMA

03.01.2025 | 10:10
Hacıqabulda dəhşətli yol qəzasında 3 nəfər ölüb

03.01.2025 | 10:00
20 yaşlı özbək futbolçu İngiltərə nəhənginin transfer hədəfində

03.01.2025 | 09:51
Bu ölkə prezidentindən Makrona çağırış - "qoşunlarını ölkəmizdən çıxart!"

03.01.2025 | 09:48
Türkiyəli aktyor özündən 22 yaş kiçik xanıma eşq elan etdi...

03.01.2025 | 09:00
Berlində baş verən partlayışda 2 polis yaralanıb

02.01.2025 | 23:46
Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...

02.01.2025 | 23:00
Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib

02.01.2025 | 22:41
"Opel" Gəncədə qəza törətdi, 1 nəfər öldü

02.01.2025 | 22:30
Məşhur türkiyəli müğənni 80 yaşında vəfat etdi

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 17:00
"Qalatasaray" 62 hektarlıq idman kompleksi tikir

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031