KÖHNƏ VERSİYA            

Ermənistanın Azərbaycanla sərhədində Qərb - Rusiya hərbi toqquşmasına hazırlıqlar başladı...

Image

Məlum olduğu kimi, Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi Ermənistan-İran, Ermənistan-Türkiyə dövlət sərhədini, Ermənistan Daxili Qoşunları Azərbaycanla sərhədi, Ermənistan Milli Təhlükəsizlik Xidməti isə Gürcüstanla sərhədi mühafizə edir. 

Amma görünən budur ki, Rusiya  Ermənistanın Azərbaycanla da sərhədini öz nəzarətinə götürmək istiqamətində addımlar atır. Özü də bu o fonda baş verir ki, həmin sərhədə Avropa İttifaqının təmsilçiləri nəzarət etmək istəyir.

Beləliklə, görünən odur ki, Ermənistanın Azərbaycanla sərhədinə nəzarət uğrunda Qərb və Rusiya arasında kəskin rəqabət başlanır. Hər iki tərəf artıq bu istiqamətdə əməli addımlar atır. Məhz belə bir vaxtda Ermənistanın “Hetq” nəşri maraqlı bir yazı paylaşıb: “Ermənistan Milli Təhlükəsizlik Xidməti 1992-ci ildə imzalanmış “Ermənistan ilə Rusiya arasında Rusiyanın Ermənistan ərazisindəki sərhəd mühafizə qoşunlarının statusu və onların fəaliyyəti haqqında” sazişə niyə heç bir dəyişiklik və əlavə edilmədiyini açıqlamır? Bu, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmət edən Rusiya sərhəd qoşunlarının statusunu müəyyən edən və tənzimləyən dövlətlərarası sənəddir. Müqavilənin 3-cü maddəsində aşağıdakılar yazılıb: “Rusiya sərhəd qoşunları Türkiyə və İranla sərhədin mühafizəsi ilə bağlı olmayan başqa tapşırıqların (təbii fəlakətlərin, qəzaların və digər fəlakətlərin aradan qaldırılması istisna olmaqla) icrasına cəlb edilmir”. Buna baxmayaraq, 44 günlük müharibədən sonra Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan təmas xəttində də yerləşdirilib ki, bu da razılaşmaya ziddir. Müharibə başa çatdıqdan dərhal sonra, 2020-ci ilin noyabrında məlum olub ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistan-Azərbaycan təmas xətti yaxınlığında - Arazdəyəndə, Paruyr Sevakda (Ağrı vilayəti), Dığda, Mehridə və Sığırt yüksəkliyi yaxınlığında (Zəngəzur vilayəti) 5 sərhəd mühafizə məntəqəsini yerləşdirib. Çox keçməyib ki, bunlara, xüsusən Zəngəzur və Tavusda yeni dayaq məntəqələri əlavə edilib”. Hazırda  Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən missiyası ilə bağlı yeni proseslər baş verir.

Qeyd edək ki, ötən il Ermənistan və Avropa İttifaqı birtərəfli qaydada 100 nəfərdən ibarət yeni missiyanın iki il müddətinə göndərilməsi barədə razılığa gəldi. Bu ilin fevralında Avropa İttifaqı yeni missiya ilə bağlı qərar qəbul etdi, aprel ayında isə mülki missiya Ermənistan ərazisinə gəldi. Bütün bunların fonunda bir müddət əvvəl Avropa İttifaqının Ermənistandakı mülki missiyasının heyətinin sayının daha 23 nəfər artırılması ilə bağlı qərar verildi. Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi daha bir ölkənin Ermənistandakı monitorinq missiyasına “töhfə vermək” təklifini təsdiqləyib. Belə ki, Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin 18 iyul tarixli qərarına əsasən Kanada Ermənistandakı monitorinq missiyasına qoşulacaq.  Bundan başqa, Avropa ölkələri özləri də missiyada yer alanların sayının artması istiqamətində addımlar atır. Bu xüsusda politoloq Zaur Məmmədov qeyd edir ki, ötən il Aİ missiyasını bölgəyə gətirən Emmanuel Makron bu il də faktiki olaraq NATO tərkibində, Türkiyəni çıxmaq şərti ilə, “xüsusi missiya”nı genişləndirməklə ona Ermənistanda əlavə yeni funksiyalar verilməsinə nail olub: “Bakıda keçirilən Qoşulmama Hərəkatının tədbirində prezident İlham Əliyev kolonializmə qarşı çıxışı zamanı da açıq bəyan etdi ki, Fransa hansı çirkin əməllərlə məşğul olub. Onların istər Afrikada, istər okean ölkələrində və Cənubi Qafqazda atdığı addımlar, əlbəttə ki, xalqların müstəqilliyinə, onların sivilizasiyasına qarşı yönəlib. Hazırda Rusiyanın başının Ukraynaya qarışması, İranın dişsizliyi Qərbin sürətlə Ermənistanda yerləşməsinə imkan yaradır. Militarist Fransanın apardığı siyasət bölgəni yeni müharibəyə sürükləyə bilər”. Politoloq hesab edir ki, Fransa Ermənistana təkcə siyasi baxımdan deyil, hərbi baxımdan da dəstək verir: “Gələcəkdə “Aİ-nin xüsusi missiyası” adı altında keçmiş kəşfiyyatçılar, polis və təhlükəsizlik orqanı nümayəndələrindən ibarət 500 nəfər Zəngəzurda yerləşə bilər. Yaxın aylarda fransız silahlıları Göyçədə və Zəngəzurda ola bilər. Bu, birbaşa olaraq Azərbaycanın müstəqilliyinə, təhlükəsizliyinə təhdiddir. Bununla bağlı ölkəmiz preventiv addımlar ata bilər”. Beləliklə, həm Rusiya, həm də Qərb Ermənistanda yeni qarşıdurmaya gedir və bu xüsusda Azərbaycanla sərhədə indi hər iki tərəf ordu yığır. Bu fonda Rusiyanın əsas istəyi həm də Zəngəzur dəhlizinə nəzarət etməkdir. Düzdür, İrəvan hələ də buna qarşı çıxır. Ermənistan parlamentinin milli müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini, deputat Armen Xaçatryan bu xüsusda bildirir: “Ermənistan 10 noyabr səhvini təkrar etməyəcək. Məqsədimiz odur ki, sülh sazişi imzalanandan sonra konkret təminatçılarımız olsun ki, hər hansı pozuntu baş verərsə, biz hansı beynəlxalq mexanizmlərdən istifadə edə biləcəyimizi bilək. Noyabrın 10-dan sonra Rusiyanın bütün zəmanətləri itdi. Ermənistan bu səhvi ikinci dəfə təkrar etməyəcək. Rusiyanın “əgər Naxçıvanla Azərbaycan arasında yol açılsa, ona nəzarət Rusiya tərəfindən həyata keçirilməlidir” kimi son bəyanatlarına gəlincə, demək istəyirəm ki, bu, heç bir halda ola bilməz, heç bir ölkənin qüvvələri Ermənistanın yollarında ola bilməz. Ölkəmizin xüsusi təyinatlı qüvvələri yollarda təhlükəsizliyi təmin edəcək”. Amma Rusiya Zəngəzur dəhlizi istiqamətində indidən ordu cəmləşdirməklə Ermənistanın yanaşmasını qəbul etmədiyini göstərir.

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

04.01.2025 | 18:47
Qərbi Azərbaycan İcması Ermənistanın irqçi siyasətini ifşa etdi - Petrosyanın 1993-dəki çıxışı...

04.01.2025 | 17:53
Almaniyalı nazir Rusiyanı hərbi bazalarını Suriyadan çıxarmağa çağırdı...

04.01.2025 | 16:43
ABŞ narahatdır - Rusiya nüvə silahından istifadə edə bilər...

04.01.2025 | 16:10
Ermənistanın Baş Qərargah rəisinin keçmiş müavini 44 günlük müharibə ilə bağlı saxlandı

04.01.2025 | 14:43
Goranboyda narkokuryerlik edən 48 yaşlı qadın saxlandı - FOTO

04.01.2025 | 14:18
Qəzaya uğrayan AZAL təyyarəsilə bağlı istintaqın yekunlaşacağı son tarix açıqlandı

04.01.2025 | 13:30
Braziliyada AZAL-ın təyyarəsinin “qara qutu”larının açılmasına başlanıb

04.01.2025 | 12:55
Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpıldı - ölən və yaralananlar var...

04.01.2025 | 11:00
ABŞ-dan ŞOK addım - İsrailə 8 milyard dollarlıq silah satacaq

04.01.2025 | 10:30
Ötən gün 27 cinayətin üstü açılıb - DİN açıqlama yaydı

04.01.2025 | 10:20
"Burda son mövsümümdür" - Məhəmməd Salah "Liverpul"dan gedir

04.01.2025 | 10:05
Gürcüstandan ABŞ dolları ilə bağlı YENİ QƏRAR

04.01.2025 | 10:00
Bu tarixdə Trampa qarşı məhkəmə hökmü oxunacaq - aktrisanı rüşvətlə susdurmaqda ittiham olunur..

03.01.2025 | 23:28
AZAL Bakı–Kazan reysilə bağlı iddiaları təkzib etdi

03.01.2025 | 21:49
Moskva rus qazının Avropaya nəqlinin dayandırılmasına görə ABŞ-ı günahlandırdı - bədəlini ödəyəcəklər...

03.01.2025 | 20:07
Ermənistandakı pirotexniki məmulatlar anbarında yanğın olub

03.01.2025 | 19:07
Antalyada qorxulu anlar - 4,5 bal gücündə zəlzələ oldu...

03.01.2025 | 18:38
Cənubi Koreyada gərgin anlar - prezidenti həbs etmək üçün saraya minlərlə polis və xüsusi təyinatlı yeridildi

03.01.2025 | 16:57
Trampın sülh mesajları Moskvanın diqqətini çəkmədi - "...bizi maraqlandıracaq heç nə yoxdur”

03.01.2025 | 16:36
Slovakiya Zelenskiyə görə ukraynalı qaçqınlara dəstəyi azaldır...

03.01.2025 | 15:47
Bayden və ailəsinin xarici liderlərdən aldıqları hədiyyələr ortaya çıxdı - 20 min dollarlıq 7,5 karatlıq brilyant...

03.01.2025 | 14:58
Tokayev BMT baş katibi olacağı ilə bağlı şayiələrə aydınlıq gətirdi

03.01.2025 | 13:00
Qadın azarkeşi qucaqladı, yarım milyard cərimələndi - İranda skandal hadisə!

03.01.2025 | 12:10
"Milan" və "Yuventus" görüşəcəklər - bu dəfə Səudiyyə Ərəbistanında

03.01.2025 | 12:00
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənəd qəbulu bu tarixdə başa çatır

03.01.2025 | 11:13
Almaniyalı nazir Dəməşq yolçusudur - Əhməd əl-Şaraa ilə görüşəcək

03.01.2025 | 11:10
20 il əvvəl İraqda necə oldusa, Suriyada da elə olacaq- sabah Ümumsuriya konfransı başlayır, sonda yenə Kürd muxtariyyatı...

03.01.2025 | 11:03
MSK seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını açıqladı

03.01.2025 | 11:00
ABŞ bu ölkəyə 3,64 milyard dollarlıq raket satdı

03.01.2025 | 10:20
"Qara qutuların Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir" - Tokayevdən AÇIQLAMA

03.01.2025 | 10:10
Hacıqabulda dəhşətli yol qəzasında 3 nəfər ölüb

03.01.2025 | 10:00
20 yaşlı özbək futbolçu İngiltərə nəhənginin transfer hədəfində

03.01.2025 | 09:51
Bu ölkə prezidentindən Makrona çağırış - "qoşunlarını ölkəmizdən çıxart!"

03.01.2025 | 09:48
Türkiyəli aktyor özündən 22 yaş kiçik xanıma eşq elan etdi...

03.01.2025 | 09:00
Berlində baş verən partlayışda 2 polis yaralanıb

02.01.2025 | 23:46
Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...

02.01.2025 | 23:00
Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib

02.01.2025 | 22:41
"Opel" Gəncədə qəza törətdi, 1 nəfər öldü

02.01.2025 | 22:30
Məşhur türkiyəli müğənni 80 yaşında vəfat etdi

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 17:00
"Qalatasaray" 62 hektarlıq idman kompleksi tikir

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031