Prezident Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqləyib.
Dövlət başçısı bununla bağlı müvafiq qanun imzalayıb.
Qanuna əsasən, 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” təsdiq edilib.