KÖHNƏ VERSİYA            

Azərbaycanın 11 sentyabr saziş təklifinə İrəvandan yarımçıq reaksiya...

Image

Abutalıb Səmədov: “Ermənistan susur, təkliflərimizə ləngimələrlə yarımçıq cavab verir, bəzən də heç cavab vermir"

Ermənistan Azərbaycan tərəfinin sülh sazişi üzrə növbəti təklifinə cavab verib. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqlamasından sonra Ermənistan tərəfinin sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycana təqdim etdiyi və bundan əvvəl bəyan olunmuş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiq olduğu deyilir.

Bunu Ermənistanın sülh təklifinə cavabı hesab etmək olarmı?

“11 sentyabrda Azərbaycanın göndərdiyi təkliflərə Ermənistan yeni əlavələr edib, onun mahiyyəti nədən ibarətdir, bu hələ məlum deyil” 

“Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 44 günlük müharibədən sonra sülh sazişinin imzalanması təşəbbüsü ilə qalib Azərbaycan tərəfi çıxış etdi. “Sonradan 2021-ci ilin martında ortaya konkret 5 baza prinsipini qoydu və bunu Ermənistan tərəfinə göndərdi. Həmin dövrdən başlayaraq Ermənistan hər dəfə sülh danışıqları aparmaq görüntüsü yaratdı, amma prosesi uzatmaq üçün əlindən gələni etdi. 5 baza prinsipinə Ermənistan 6 prinsiplə cavab verdi. Azərbaycan tərəfinin təklif etdiyi prinsiplərdən artıq olması üçün 6-cı prinsip kimi belə bir cümlə yazdılar ki, bizə göndərdiyiniz məktub gec yetişdiyindən gec cavab verməli olduq. Ermənilərin düşüncəsinə görə, guya bu, 6 prinsipdən birincisi sayılmalı idi. Ondan sonrakı dövrdə daim bu cür pozucu təşəbbüslər ortaya çıxdı. Yeri gəlmişkən, həmin o 6 təklifli məktubda Ermənistan tələb edirdi ki, birincisi, danışıqlar Minsk qrupu çərçivəsində aparılsın, ikincisi, Qarabağın status məsələsi mütləq sülh sazişində öz əksini tapsın. Sonrakı dövrlərdə qoşunların sinxron şəkildə geri çəkilməsi və arada ATƏT-in müşahidəçilərinin yerləşdirilməsi təklifi verildi, ermənilər silahsızlaşdırılmış zonalar yaradılması təşəbbüsü ilə çıxış etdilər.  Təklif etdilər ki, təkcə sərhəddə yox, eyni zamanda Qarabağda silahsızlaşdırılmış zonalar yaradılsın. Bu da, təbii ki, Azərbaycanın suveren hüquqlarına müdaxilə idi. Bununla da kifayətlənməyib sonradan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmlərlə müzakirəsi və təmin olunması təklifi ortaya çıxdı.  Bu da Azərbaycanın suverenliyinə kobud müdaxilə idi və qəbul oluna bilməzdi. Son olaraq Qranada sammiti ərəfəsində üç prinsip ortaya atdılar. Birincisi, ərazi bütövlüyün konkret rəqəmlərlə göstərilməsi, ikincisi, delimitasiyanın 1975-ci il xəritələri əsasında aparılması və üçüncüsü də kommunikasiyaların ölkələrin suverenliyi və yurisdiksiyası əsasında açılması məsələsi idi”-deyə A.Səmədov qeyd etdi.

A.Səmədovun sözlərinə görə, təbii ki, bütün bunlar müzakirə oluna biləcək təkliflərdir, ancaq Ermənistan hər dəfə ortaya yeni bir müddəa atmaqla danışıqları uzadır. “İndi də 11 sentyabrda Azərbaycanın göndərdiyi təkliflərə Ermənistan yeni əlavələr edib, onun mahiyyəti nədən ibarətdir, bu isə hələ məlum deyil. Ancaq məqsəd aydındır. Məqsəd danışıqları mümkün qədər uzatmaqdır. Çox qəribədir ki, bu vəziyyətdə ABŞ və onun Avropadakı müttəfiqləri Azərbaycanı sülh prosesini  ləngitməkdə günahlandırırlar. ABŞ tələb qoyur ki, əgər Azərbaycan sülh danışıqlarına davam etməsə heç bir rəsmi nümayəndə Azərbaycana getməyəcək. Bu bizim yadımıza 1992-ci ilin oktyabrında qəbul olunmuş 907-ci düzəlişi salır. O dövrdə Ermənistan Azərbaycan ərazilərini işğal edirdi, ancaq ABŞ Azərbaycanı günahkar elan etdi və hərbi yardım göstərməmək barədə qanun qəbul etdi. O, Ermənistanın son dövrlərdə sülh danışıqlarını pozmaq cəhdlərinə ABŞ-ın “ədalətli” münasibəti kimi qiymətləndirilə bilər. Yenə 907-ci düzəliş ortaya çıxdı və yaxın illərdə Azərbaycana hərbi yardımın göstərilməsi qadağan edildi. Bu, təbii ki, bizim üçün elə də ciddi itki deyil, amma ədalətsiz yanaşma həm bizi, həm də bu prosesləri yaxından izləyən insanları ciddi şəkildə narahat edir. 

Son olaraq Azərbaycan sülh danışıqlarını dalandan çıxarmaq üçün konkret təkliflərlə çıxış etdi. Burada əsas problem sülh sazişinin mətnindən daha çox, onun harada imzalanması ilə əlaqədardır. Çünki Ermənistan qəti şəkildə Rusiyada gedən danışılarda iştirak etmir və etməyəcək, bu aydındır. Azərbaycan Avropanın və ABŞ-ın tutduğu açıq ermənipərəst mövqe səbəbindən Vaşinqtonda və Brüsseldə keçirilməsi planlaşdırılan son danışıqlardan imtina etmək məcburiyyətində qaldı. Təklif etdi ki, danışıqlar Gürcüstanda keçirilsin. 3+3 formatı çərçivəsində Tehranda keçirilən tədbirdə sülh danışıqlarının aparılması və 3+3 formatı çərçivəsində sülh sazişinin imzalanması təklifi ilə çıxış etdi. Sonuncu da sərhəddə iki tərəfin nümayəndələrinin görüşməsi təklifi Ermənistana təqdim olundu. Tehranda keçirilən 3+3 formatında görüşdə Ermənistan qəti şəkildə sülh sazişini müzakirə etməyəcəyini bildirdi, bu platformada yalnız iqtisadi və hərbi təhlükəsizlik məsələlələrini müzakirə etmək istədiyini bəyan etdi. Gürcüstanla bağlı təklifə hələ də cavab verilməyib. Sonuncu təklifimiz olan sərhəddə görüşmək məsələsinə də hələ bir cavab yoxdur. Ermənistan susur, təkliflərimizə ləngimələrlə yarımçıq cavab verir, bəzən də heç  cavab da vermir. Son nəticədə bu “ədalətli” Qərbin nəzərində yenə də “günahkar”  Azərbaycandır. Ancaq ümid edək ki, Ermənistan nəhayət konstruktiv mövqe tutmağa başlayacaq və Azərbaycanın təkliflərinə müsbət cavab verərək sülh danışılqlarını sürətləndirmək yolunu seçəcək”-deyə A.Səmədov əlavə etdi. 

İradə SARIYEVA  







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

04.01.2025 | 18:47
Qərbi Azərbaycan İcması Ermənistanın irqçi siyasətini ifşa etdi - Petrosyanın 1993-dəki çıxışı...

04.01.2025 | 17:53
Almaniyalı nazir Rusiyanı hərbi bazalarını Suriyadan çıxarmağa çağırdı...

04.01.2025 | 16:43
ABŞ narahatdır - Rusiya nüvə silahından istifadə edə bilər...

04.01.2025 | 16:10
Ermənistanın Baş Qərargah rəisinin keçmiş müavini 44 günlük müharibə ilə bağlı saxlandı

04.01.2025 | 14:43
Goranboyda narkokuryerlik edən 48 yaşlı qadın saxlandı - FOTO

04.01.2025 | 14:18
Qəzaya uğrayan AZAL təyyarəsilə bağlı istintaqın yekunlaşacağı son tarix açıqlandı

04.01.2025 | 13:30
Braziliyada AZAL-ın təyyarəsinin “qara qutu”larının açılmasına başlanıb

04.01.2025 | 12:55
Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpıldı - ölən və yaralananlar var...

04.01.2025 | 11:00
ABŞ-dan ŞOK addım - İsrailə 8 milyard dollarlıq silah satacaq

04.01.2025 | 10:30
Ötən gün 27 cinayətin üstü açılıb - DİN açıqlama yaydı

04.01.2025 | 10:20
"Burda son mövsümümdür" - Məhəmməd Salah "Liverpul"dan gedir

04.01.2025 | 10:05
Gürcüstandan ABŞ dolları ilə bağlı YENİ QƏRAR

04.01.2025 | 10:00
Bu tarixdə Trampa qarşı məhkəmə hökmü oxunacaq - aktrisanı rüşvətlə susdurmaqda ittiham olunur..

03.01.2025 | 23:28
AZAL Bakı–Kazan reysilə bağlı iddiaları təkzib etdi

03.01.2025 | 21:49
Moskva rus qazının Avropaya nəqlinin dayandırılmasına görə ABŞ-ı günahlandırdı - bədəlini ödəyəcəklər...

03.01.2025 | 20:07
Ermənistandakı pirotexniki məmulatlar anbarında yanğın olub

03.01.2025 | 19:07
Antalyada qorxulu anlar - 4,5 bal gücündə zəlzələ oldu...

03.01.2025 | 18:38
Cənubi Koreyada gərgin anlar - prezidenti həbs etmək üçün saraya minlərlə polis və xüsusi təyinatlı yeridildi

03.01.2025 | 16:57
Trampın sülh mesajları Moskvanın diqqətini çəkmədi - "...bizi maraqlandıracaq heç nə yoxdur”

03.01.2025 | 16:36
Slovakiya Zelenskiyə görə ukraynalı qaçqınlara dəstəyi azaldır...

03.01.2025 | 15:47
Bayden və ailəsinin xarici liderlərdən aldıqları hədiyyələr ortaya çıxdı - 20 min dollarlıq 7,5 karatlıq brilyant...

03.01.2025 | 14:58
Tokayev BMT baş katibi olacağı ilə bağlı şayiələrə aydınlıq gətirdi

03.01.2025 | 13:00
Qadın azarkeşi qucaqladı, yarım milyard cərimələndi - İranda skandal hadisə!

03.01.2025 | 12:10
"Milan" və "Yuventus" görüşəcəklər - bu dəfə Səudiyyə Ərəbistanında

03.01.2025 | 12:00
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənəd qəbulu bu tarixdə başa çatır

03.01.2025 | 11:13
Almaniyalı nazir Dəməşq yolçusudur - Əhməd əl-Şaraa ilə görüşəcək

03.01.2025 | 11:10
20 il əvvəl İraqda necə oldusa, Suriyada da elə olacaq- sabah Ümumsuriya konfransı başlayır, sonda yenə Kürd muxtariyyatı...

03.01.2025 | 11:03
MSK seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını açıqladı

03.01.2025 | 11:00
ABŞ bu ölkəyə 3,64 milyard dollarlıq raket satdı

03.01.2025 | 10:20
"Qara qutuların Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir" - Tokayevdən AÇIQLAMA

03.01.2025 | 10:10
Hacıqabulda dəhşətli yol qəzasında 3 nəfər ölüb

03.01.2025 | 10:00
20 yaşlı özbək futbolçu İngiltərə nəhənginin transfer hədəfində

03.01.2025 | 09:51
Bu ölkə prezidentindən Makrona çağırış - "qoşunlarını ölkəmizdən çıxart!"

03.01.2025 | 09:48
Türkiyəli aktyor özündən 22 yaş kiçik xanıma eşq elan etdi...

03.01.2025 | 09:00
Berlində baş verən partlayışda 2 polis yaralanıb

02.01.2025 | 23:46
Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...

02.01.2025 | 23:00
Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib

02.01.2025 | 22:41
"Opel" Gəncədə qəza törətdi, 1 nəfər öldü

02.01.2025 | 22:30
Məşhur türkiyəli müğənni 80 yaşında vəfat etdi

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 17:00
"Qalatasaray" 62 hektarlıq idman kompleksi tikir

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031