Rusiya Ukraynaya hücumları gücləndirəcək - ABŞ İnstitutundan XƏBƏRDARLIQ
Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Rusiya ABŞ-nin elan etdiyi təhlükəsizlik yardımı Ukraynaya çatana qədər hücumları intensivləşdirməyə çalışa bilər: “Yəqin ki, Moskva yaranan məhdudiyyətlərdən istifadə etməyə cəhd göstərəcək”.
İddiaya görə, Rusiya qüvvələri qarşıdakı həftələrdə Ukraynanın mühüm infrastruktur obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücum edə bilər”.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi təsdiqlənməsi üçün Senata ötürüləcək.
Mətləb Salahov