İsrail ordusundan İran AÇIQLAMASI - "nə etməli olduğumuzu bilirik"
İsrail ordusu İrana qarşı həm müdafiə, həm də hücumda necə əməliyyat aparacağını bilir. Bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.
"Bilin ki, İsrail Ordusunun qoşunları bütün istiqamətlərdə - cənubda, şimalda, Yəhudeya və Samariyada (İsrailin İordan çayının qərb sahili üçün təyinatı - red.) və daha uzaq istiqamətlərdə fəaliyyət göstərməyə hazırdır. İsrail ordusu İrana qarşı həm müdafiə, həm də hücumda nə etməli olduğunu bilir. Buna hazırıq, yaxşı müdafiə sistemlərimiz var və həm yaxın, həm də uzaq yerlərdə İrana qarşı necə qətiyyətli davranacağımızı bilirik”, - Halevi bildirib.
Mətləb Salahov