"Ukrayna ordusunda mərmi çatmır" - "Forbes"dən iddialı AÇIQLAMA
“Forbes” jurnalı Ukrayna ilə bağlı yeni iddia irəli sürüb. Nəşrin yazdığına görə, mərmi çatışmazlığı Ukrayna silahlı qüvvələrinin Rusiya hərbçilərini atəşə tutmasına mane olur.
Nəşr qeyd edib ki, ABŞ yardımının dayandırılması ilə Ukrayna artilleriya batareyaları atılan mərmilərin sayını 6 mindən 1000-ə endirib. Sursat çatışmazlığı səbəbindən bir çox hallarda Ukrayna qoşunları rus hücum qruplarını aşkar etmələrinə baxmayaraq, onları vura bilmir. Həmçinin bildirilib ki, Ukrayna silahlı qüvvələrinin Avdiivkadan geri çəkilməsinə də sursat çatışmazlığı səbəb olub.
Mətləb Salahov