"Xarkovda vəziyyət çox ağırdır" - Zelenski xalqa müraciət edib
Ukrayna Prezidenti Volodimir Zelenski əhaliyə müraciətində bildirib ki, ruslar Xarkovu atəşə tutmaqda davam edir, şəhərdə vəziyyət çox ağırdır. Dövlət başçısı qeyd edib ki, Ukrayna hakimiyyəti Xarkovu hava zərbələrindən daha çox müdafiə etməyin yollarını axtarır.
"Şəhərdə vəziyyət çox ağırdır, daimi rus terrorudur, indi də demək olar ki, hər gün - hava bombaları ilə. Biz Xarkovu daha çox səmanı mühafizə etmək üçün imkanlar axtarırıq və bu, həm hərbçilər, həm də Ukraynanın bütün diplomatları üçün bir vəzifədir - beynəlxalq ünsiyyətə cavabdeh olan, tərəfdaşlarla hər gün dialoqda olan hər kəs üçün”, - deyə dövlət başçısı vurğulayıb.
Mətləb Salahov