Putin gedəcəyi ölkənin adını gizli saxlasa da hər şey məlumdur..
Seçkidən sonra dövlət başçılarının ilk səfər edəcəyi ölkənin hansı olması da müəyyən məna kəsb etməyə başlayıb. Bu mənada Putinin 15 mart seçkisindən sonra hansı ölkəyə gedəcəyi müzakirə olunur . Kremlin mətbuat katibi Peskov deyib ki, bu ölkənin adı artıq məlumdur, lakin zamanında açıqlanacaq.Təbii ki , bu konfidensiallıq təhlükəsizlik mülahizələri ilə bağlıdır.Lakin hər şey indidən məlumdur.Böyük ehtimalla Putin seçkisonrası ilk səfərini Belarusa edəcək.
Daha Yerevana gedəsi deyil ki....hamıya məlumdur ki, Putin bu gün Belarusu özünə ən yaxın və bəlkə də yeganə yaxın ölkə sayır. Onun Suriyaya da ilk ölkə olaraq səfər edəcəyini ehtimal etmək olar.Lakin qaynar sabitsizlik ocağı sayılan Suriya o qədər də uğurlu seçim olmaz.
Namiq Quliyev