Makron yenə başından böyük danışdı - Rus qoşunlarını dayandırmaq üçün əməliyyat keçirə bilərik...
Fransa prezidenti Makron bildirib ki, “ölkəsi Rusiyaya qarşı quru əməliyyatını tamamilə mümkünsüz hesab etmir”.
"Bunu arzulamıram və təşəbbüs göstərməyəcəyəm, amma ola bilsin ki, müəyyən bir məqamda harada olurlarsa olsunlar, rus qoşunlarını dayandırmaq üçün əməliyyat keçirmək lazım gələ bilər. Fransız əsgərləri olaraq bizim bunu etmək gücümüz var" - Makron deyib.
Ölkənin hər cür ssenariyə hazır olması gərəkdiyini deyən Makron, bir çox Avropa ölkəsinin Fransa ilə eyni mövqedə olduğunu iddia edib.
Fevralın sonunda Avropa liderləri ilə keçirilən sammitdən sonra Makron Avropa ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyini demişdi və ancaq Almaniya, ABŞ və Ukrayna da daxil olmaqla bir çox ölkə belə bir planın olmadığını və buna qarşı olduqlarını açıqlamışdı.
TAHİR